10 avq 19:18divizion

Ruslanın “Şüvəlan”dan ayrılmasına Aqil Nəbiyevin davranışı səbəb olub?

Ruslanın “Şüvəlan”dan ayrılmasına Aqil Nəbiyevin davranışı səbəb olub?
“Başqa səbəblər də var idi, bu haqda heç nə demək istəmirəm”
Birinci divizionda mövsümün başlamasına xeyli vaxt qalsa da, bir çox komandalar artıq indidən heyətini komplektləşdirməkdədi. Bu yöndə daha çox diqqət çəkən kollektivlərdən biri “Şüvəlan”dısa, digəri “Binə”di. Aşağı dəstədə debüt edəcək hər iki komanda bir aydı ki, diqqətləri üzərinə çəkir. İstər futbolçu cəlb etmək, istərsə də yoldaşlıq görüşlərləri keçirmək baxımından hər iki Bakıətrafı qəsəbə təmsilçiləri rəqiblərindən bir addım öndədi. Və ən maraqlısı, adıçəkilən komandaların transfer baxımından göstərdiyi fəallıqdı.
İyulun 19-unda İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Neftçi”ylə “Şüvəlan” qarşılaşanda, ikincilərin heyətində vaxtilə premyer-liqada top qovmuş bir neçə futbolçunun adı diqqətimizi çəkməyə bilməzdi. Onlardan ikisi Ruslan Tağızadə və Orxan Səfiyaroğlu idi. Düşünmək olardı ki, baş məşqçi Aqil Nəbiyev hər iki futbolçunun çıxışından razı qalacaq və “Şüvəlan” onlarla müqavilə imzalayacaq. Lakin çox keçmədən Ruslanla Orxanın adına yeni yaranmış “Göyçə”də rast gəldik. Daha doğrusu, hazırda erməni işğalı altında olan qədim mahalı təmsil edən komandanın baş məşqçisi Bəhmən Həsənov qəzetimizə açıqlamasında bu iki futbolçunun “Göyçə”də çıxış edəcəyini gizlətməmişdi. Belədə ortaya olduqca ciddi sual çıxır: Ruslanla Orxanın “Şüvəlan”dan ayrılmasına nə səbəb olub? Məsələnin izinə düşdük və maraqlı cavab əldə etdik.
Sən demə, futbolçuların qəsəbə təmsilçisində duruş gətirməməsinə Aqil Nəbiyev mane olub. Dəqiq desək, baş məşqçinin xarakteri. Məşqçilikdə indi-indi addım atan çalışdırıcının futbolçularla münasibətdə tələbkar, yəni sərt xarakter nümayiş etdirməsi bəziləri kimi, bu iki nəfərin xoşuna gəlməyib. Belə deyək, Nəbiyevin yoldaşlıq oyunları və məşqlər zamanı təcrübəlilərlə gənclərə eyni cür davranması Tağızadəylə Səfiyaroğlunun ürəyincə olmayıb. Odu ki, özləri “Şüvəlan”da olsalar da, gözləri başqa komanda axtarıb. Bu məqamda “Göyçə” variantının ortaya çıxması isə göydəndüşmə olub. Bu, sadəcə, əldə etdiyimiz məlumatdı. Xəbərin doğruluğunu isə adıçəkilənlərdən biri – Ruslan Tağızadə ya təksib, ya da təsdiq edə bilərdi. Odu ki, onunla danışmaq qərarına gəldik. Futbolçu faktı təsdiqləməsə də, dediklərindən “torbada pişiyin olduğunu” anlamaq çətin deyil: “Əvvəla onu qeyd edim ki, “Şüvəlan”la müqavilə bağlamamışdım. Sadəcə, məşq etmək, formada qalmaq üçün ordaydım. Hər şey tərəfləri razı salacaq səviyyədə olsaydı, qala bilərdim. Lakin alınmadı. Aqil müəllimə də demişdim ki, başqa variantım olsa, gedə bilərəm. O isə komandada qalacağım təqdirdə ən yaxşı şərtlərlə müqavilə bağlanılacağını bildirmişdi. Bu yaxınlarda oturub anlaşma şərtlərini yenidən müzakirə etdik və belə başa düşdüm ki, getməyim daha məsləhətli olar. Başqa səbəblər də var idi. Ancaq bu haqda heç nə demək istəmirəm”.
Maraqlıdı ki, vaxtilə “Sumqayıt”, AZAL, “Qəbələ”, “Rəvan” kimi premyer-liqa təmsilçilərinin formasını geymiş müdafiəçinin “Göyçə”dəki gələcəyi də sual altındadı: “Göyçə”də olacağım dəqiq deyil. Bu haqda söhbət olub, Bəhmən müəllim də məni komandasında görmək istəyir. Di gəl, ortada rəsmi heç nə yoxdu. Rayona getmişdim, həm də ayağımda yüngül ağrılar var deyə, məşqlərə başlamamışam. Ona görə də komanda ilə birgə deyiləm. Məsələyə bu gün, uzağı sabah 100 faiz aydınlıq gələcək. Ciddi bir şey baş verməsə, “Göyçə”də olacam”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq Dünən, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi Dünən, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? Dünən, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” Dünən, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü Dünən, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə Dünən, 11:34 Mövsümün ən məhsuldar həftəsi Dünən, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib Bütün xəbərlər
Ən çox oxunanlar