01 avq 15:31divizion

“AFFA həmişəki maliyyəni yenə ayıracaq”

“AFFA həmişəki maliyyəni yenə ayıracaq”
Musa Qurbanov Şaban Şirdanovu geri qaytardı

Ötən mövsüm birinci divizionda çempion olmağı hədəfləyən “Zaqatala” məqsədinə çata bilmədi. Komanda nəinki qızıl medallar uğrunda mübarizə apara bildi, ümumiyyətlə, ilk “3-lüy”ə də düşməyi bacarmadı. Baxmayaraq ki, bölgə klubu çempionata olduqca yaxşı start vermişdi. Üstəlik, baş məşqçi Şaban Şirdanovun əlinin altında təcrübəli futbolçular var idi. Amma gözləntilər doğrulmadı. Zədələr, qeyri-sabit çıxış, o cümlədən maaşların gecikməsi “Zaqatala”nı hədəfindən uzaqlaşdırdı. Nəticədə klub rəhbərliyi mövsümün sonunda Şirdanovla yollarını ayırdı. Üstəlik, komanda premyer-liqada mübarizə aparmaq üçün AFFA-ya müraciət də etmədi. Klubun İdarə Heyətinin sədri Musa Qurbanov bu qərarına belə aydınlıq gətirmişdi: “Biz ilk “3-lüy”ə düşsəydik, müraciət edərdik. İndi premyer-liqada oynamağı haqq etməmişik”.
Ardınca “Zaqalata” ilə bağlı heç də xoş olmayan xəbərlər gəlməyə başladı. Bəli, aşağı dəstə təmsilçilərinin həmişəki dərdi yenə maliyyədi. AFFA-nın klubu maliyyələşədirməkdən imtina etdiyi haqda söz-söhbət dolaşdı. Təxminən iki aya yaxın “Zaqatala”da tam səssizlik hökm sürdü. Ötən həftə isə İdarə Heyəti keçirdiyi iclasla bu səssizliyə son qoydu. Məlumata görə, AFFA yenidən klubu maliyyələşdirəcək. Lakin bu dəfə hədəflər fərqli olacaq. İdarə Heyətinin qərarına görə, komandanı yenidən Şaban Şirdanov çalışdıracaq. Maraqlıdı, deyilmi? Musa bəy mövsümün sonunda “Şirdanov ümidlərimizi doğrultmadı” deyərək göndərdiyi adamı yenidən baş məşqçi postuna qaytardı. Burda bir əmma var. Bu üzdən Qurbanovun özü ilə danışmağı lazım bildik.
O belə qərarı Şirdanovun Zaqatalada uşaq futbolunu yaxşı tanıdığı üçün verdiyini bildirdi: “Bəli, İdarə Heyətinin iclası oldu. Qərara aldıq ki, Şaban Şirdanovu kluba qaytaraq. Şaban bəylə birillik müqavilə bağlamışıq. Xeyr, məsələ başqa məşqçi tapa bilməməyimizdə deyil. Bilirsiz, baş məşqçi postunda yerli futbolu bilən adam işləməlidi. İndi qarşımızda fərqli məqsədlər olacaq. Başqa məşqçini çağırsaydıq, kluba əlavə maliyyə cəlb etməli olardıq. Çünki hədəflər fərqli olacaqdı. Yeni sponsorların tapılıb-tapılmayacağını isə indidən demək çətindi. Komandada yalnız yerli uşaqlar çıxış edəcək. Şaban Şirdanov bu bölgənin futbolunu yaxşı bilir. Zaqatalada uşaq futbolunun inkişafında onun danılmaz zəhməti olub. Heç kim futbola diqqət ayırmadığı bir vaxtda o bizim yanımızda olub. Hamımız onu yaxşı tanıyırıq. Üstəlik, yeganə zaqatalalıdı ki, A kateqoriyası var. O, bundan sonra uşaq futboluna daha çox diqqət ayıracaq. Bütün bunları nəzərə alaraq, Şirdanova yenidən güvəndik”. Qurbanovun sözlərinə görə, komanda artıq təlim-məşq toplanışına başlayıb: “Dünəndən hazırlığa başlamışıq. Hələ heyət tam yığışmayıb. Dediyim kimi, komandada ancaq yerli uşaqlar olacaq. Qarşıda təlim-məşq toplanışımız nəzərdə tutulub. Bir neçə yoxlama oyunu keçirəcəyik. Avqustda “Səbail”in əvəzedici komandası ilə qarşılaşacağıq. Onlar Zaqatalada təlim-məşq toplanışı keçirlər. Sonra “Ağsu” və “Energetik”lə qarşılaşacağıq. Ola bilsin ki, komanda tam formalaşandan sonra Bakıya gəldik və orda da yoxlama oyunları keçirdik”.
Klub rəhbəri AFFA-dan ayrılan maliyyənin azalmadığını da diqqətimizə çatdırdı: “AFFA həmişəki maliyyəni yenə ayıracaq. Büdcədə azalma olmayıb. Bir məqamı nəzərə alaq ki, ölkədə bəzi qiymətlərdə artım olub. Otel, yol xərcində xeyli fərq var. Özünüz də durumu yaxşı anlayırsız. Düzdü, hansısa problemin olacağına inanmıram. Lakin qənaət etməliyik”.
Musa bəy növbəti mövsüm “Zaqatala”nın “6-lığ”a düşmək üçün mübarizə aparacağını bildirdi: “Rəhbərlik və məşqçilər korpusu ilə məsləhətləşdik ki, ilk “6-lıq”da yer almalıyıq. Ondan aşağı yeri tutmaq olmaz. Düşünürəm ki, bu bizdə alınacaq”.
Sonda Qurbanov bəzi iş adamlarının komandaya kiçik maliyyə dəstəyi vermək istədiyini də bildirdi: “Əlavə sponsorlar deyəndə ki, bəzi adamlar kiçik maliyyə köməyi göstərmək istəyirlər. Lakin bu bizi qane etmir. Çünki qarşımızda hədəf yoxdu. Onlardan da pul alıb, asılı vəziyyətdə qalmaq istəmirik. Hələlik əlimizdə olandan istifadə edək və bacardığımızın ən yaxşısı üçün çalışaq”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar