30 iy 18:07divizion

Divizionun iddialıları avqustun 1-də hazırlığa başlayır

Divizionun iddialıları avqustun 1-də hazırlığa başlayır
Aqil Məmmədovun “Mil-Muğan”da qalıb-qalmayacağı bilinmir

Birinci divizionda yeni mövsümə sentyabrda start veriləcək. Lakin aşağı dəstədə neçə klubun iştirak edəcəyi hələlik bəlli deyil. Ötən mövsüm 14 komanda ilə başlamış, 12 ilə bitmişdi. Bildiyiniz kimi, mövsümün gedişində “Rəvan” və “Şərurspor” oyun alğı-satqısı üzündən çempionatdan uzaqlaşdırılmışdı.
Bəs görəsən, yeni mövsümdə neçə komanda mübarizəyə qoşulacaq? Bir çoxları 10 komandanın iştirak edəcəyini deyir. Təbii ki, bu, çox azdı. Bəzi komandalar iştirak etmək istəsələr də, PFL-dən “hə” cavabı ala bilmirlər. Buna səbəb klubların maliyyə vəziyyətinin yaxşı olmamasıdı. AFFA-dan maliyyələşən komandalardan da hələlik səs-soraq yoxdu. Ümumiyyətlə, hələ ki aşağı dəstə üçün MOİK, “Qaradağ Lökbatan” və yenilər - “Binə” ilə “Göyçə” hazırlığa başlayıb. “Bakı”, “Göyəzən”, “Energetik”, “Şahdağ”ın da qarşıdakı günlərdə toplaşacağını ötən saylarımızda qeyd etmişdik. İddialılardan “Ağsu”, “Zaqatala”, “Turan Tovuz”, “Mil-Muğan” və “Şəmkir”dən isə xəbər-ətər yoxdu. Görəsən, onlar nə düşünür, nəyi gözləyirlər?
Bir müddət əvvəl “Azqranata”nın “Ağsu”nun sponsorluğundan imtina etdiyi, komandanı bazadan çıxardığı haqda xəbərlər yayılmışdı. “Zaqatala” və “Turan Tovuz”un da pulunu AFFA gecikdirir. Məlum məsələdi ki, hazırda assosiasiyanın əli aşağıdı. Buna görə adı çəkilən klubların rəhbərlikləri plan qurmaqda tələsmək istəmir. Nə vaxt maliyyə ayrılacaq, o vax başlayacaqlar. Ötən mövsümün əvvəlində PFL prezidenti Ramin Musayevin himayəsinə götürdüyü və jurnalistlərə açıqlamasında “birinci divizionda bir klubun necə inkişaf edəcəyini görərsiz” dediyi “Mil-Muğan” xüsusi heç nə ilə yadda qalmadı. Düzdü, qısa müddət ərzində Aqil Məmmədov döyüşkən kollektiv formalaşdıra bildi. Lakin həmin heyət mövsümün sonunda 7-ci pillədən yuxarı qalxa bilmədi. İmişli təmsilçisinin yeni mövsümdə nə edəcəyi haqda heç bir məlumat yoxdu. Yəqin Ramin bəy yenə komandaya dayaq duracağını söyləməyib. “Şəmkir” haqda isə danışmağa dəyməz. Ötən mövsüm müəyyən qədər vəsait ayrılan, hətta Türkiyəyə toplanışa gedən komanda sonda 6-cı yeri tutdu. Amma komanda premyer-liqaya buraxılmadı. Bu da rəhbərliyin, xüsusilə də klub prezidenti Elvin Səfərlinin futboldan küsməsi ilə nəticələndi. İndi Səfərlini hamı axtarır. Xüsusilə də onun borclu olduğu şəxslər. Özü də başda yanvarda “Şəmkir”dən ayrılan, 1200 manat məvacibini ala bilməyən Qəhrəman Əliyev olmaq şərti ilə. Bölgə klubunun taleyinin necə olacağı bilinmir. Bəlkə də heç birinci divizionda da iştirak etməyəcək. “Ağsu”, “Zaqatala”, “Turan Tovuz” və “Mil-Muğan” rəhbərləri ilə əlaqə saxlayıb, vəziyyətin nə yerdə olduğunu öyrəndik. Onların cavabları aşağıdakı kimi oldu.
Bəxtiyar Musayev, “Zaqatala”nın idman direktoru: “Hazırda hamı istirahətdə olsa da, biz çalışırıq. Gələcəyimizi düşünürük. Hələ nəyin necə olacağını dəqiq bilmirik. Komanda avqustun 1-də bir araya gələcək. Komandada qalacaq futbolçuların hamısına xəbər göndərmişik. Toplanış elə Zaqatalada olacaq. Ölkədən kənara çıxmaq planımız yoxdu. “Zaqatala” AFFA-dan maliyyələşir. Çox güman, büdcə elə ötən mövsümlərdəki kimi qalacaq. Azalacağını düşünmürük. Biz də həmin büdcəyə uyğun komanda formalaşdıracağıq. Komandanın baş məşqçi postu hələ ki boş qalır. Bu posta kimin gələcəyini bilmirik. Dünən (srağagün) rəhbərlik kiçik bir iclas keçirdi. Amma əsas iclas avqustun 1-də baş tutacaq. Orda hər şeyə aydınlıq gələcək. Həm baş məşqçi məsələsinə, həm də növbəti mövsümlə bağlı iddiamıza. Odu ki, dediyim tarixdə suallarınıza konkret cavab verə bilərəm”.
Rəşad Kərimov, “Ağsu”nun icraçı direktoru: “Artıq uzunmüddətli istirahət başa çatır. Avqustun 1-də təlim-məşq toplanışımız başlayacaq. Həmişəki kimi Ağsu şəhər stadionunda bir araya gələcəyik. Başqa ölkəyə getməyəcəyik. Qoy futbolçular hamısı gəlsin. Hamısına xəbər etmişik. Baş məşqçi postunda da dəyişiklik olmayacaq. Komandanın “sükanı arxasında” yenə Rüfət Quliyev qalacaq. Bəli, mövsüm başa çatan kimi “Azqranata”nın verdiyi bazadan çıxdıq. Orda zavod işçilərinin qalması üçün yer inşa edilir. Futbolçular isə kirayə evlərdə qalacaqlar. Hər evdə 4-5 oyunçu olacaq. Bu, evin böyüklüyündən asılı olacaq. Düşünürəm ki, hansısa problemimiz olmaz. Çünki “Ağsu”da əsasən yerli futbolçular çıxış edir. Evlərin kirayə qiymətini açıqlamaq istəmirəm. “Azqranata” sponsorluqdan imtina etməyib. Büdcəmiz elə əvvəlki illərdə olduğu kimi qalacaq. Komandanın hədəfi də dəyişmir. Həmişəki kimi ən yüksək yerlər uğrunda mübarizə aparacağıq”.
Oqtay Abdullayev, “Turan Tovuz”un Müşahidə Şurasının sədri: “Avqustun 1-dən uşaqları bir araya gətirəcəyik. Hazırda futbolçular, o cümlədən baş məşqçi Əsgər Abdullayev istirahətdədi. Əsgər bəy Bakıda olmalıdı. Yəqin dincəldiyinə görə telefon zənginizə cavab vermir. “Turan Tovuz”u növbəti mövsümdə də o çalışdıracaq. Məşqlərimiz Tovuzda olacaq. Xaricə çıxmaq planımız yoxdu. Biz rayonda məşq etməyə pulu güclə tapırıq, xaricə necə çıxaq? (gülür) Hamının pulu var, amma heç kim kömək etmək istəmir. AFFA 250 min verir. Heç olmasa, imkanlı adamlar bunun yarısını versinlər. Hamısı deyir ki, birinci yeri tutun, verəcəyik. Ötən mövsüm çempion olduq da. Nə oldu sonrası? Kömək etmək istəyən edər. Heç kimə məcbur “bizə yardım edin” deyə bilmərik. Amma futbolumuza dayaq durmaq lazımdı. Bəli, futbolçulara borclarımız qalmışdı. Lakin bütün borclar tam ödənilib. Hazırda “Turan Tovuz”un heç kimə borcu yoxdu. AFFA da növbəti mövsüm üçün büdcə ayırıb. Planları ona uyğun qururuq. Nəyə gücümüz çatacaq, ona uyğun da komanda formalaşdıracağıq”.
Mirheydər Səfiyev, “Mil-Muğan”ın prezidenti: “Avqustun əvvəlində bir araya gəlmək istəyirik. Lakin konkret tarix bəlli deyil. Toplanışımız İmişlidə olacaq. Yeni futbolçular dəvət etmişik. Toplanışın ilkin mərhələsi seleksiya xarakterli olacaq. Yeni gələcək oyunçuları sınaqdan keçirəcəyik. Komandanın baş məşqçisi postunda hələ ki dəyişiklik olmayıb. Amma Aqil Məmmədovun qalıb-qalmayacağı da bilinmir. Yaxın zamanda iclas olacaq. “Mil-Muğan” ötən mövsüm AFFA-dan maliyyələşirdi. Növbəti mövsüm bu maliyyənin kəsilib-kəsilməyəcəyini deyə bilmərəm. Hər şey rəhbərlikdən asılıdı. Onlar qərar verəcəklər. Pul olmadan nəsə haqda danışmaq, plan qurmaq mənasızdı”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Bu gün, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Bu gün, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Bu gün, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Bu gün, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Bu gün, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Bu gün, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Bu gün, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Bu gün, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Bu gün, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Bu gün, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Bu gün, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Bu gün, 12:49 Alesio toplanışı dəyərləndirdi Bu gün, 12:47 İkinci oyunda uduzdular Bu gün, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Bu gün, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Bu gün, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Bu gün, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Bu gün, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Bu gün, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Bu gün, 12:21 Yığma Ukraynaya uduzdu Bu gün, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar