04 iy 02:04divizion

“Karvan” Kənan Kərimovun rəhbərliyi altında məşqlərə başlayır

“Karvan” Kənan Kərimovun rəhbərliyi altında məşqlərə başlayır
“Maliyyə məsələsi alınsa, birinci divizionda oynamaq fikrimiz var”

“Karvan”! Yəqin ki, oxucularımız bu adı yaxşı xatırlayır. Bəli, ölkə futbolu tarixində əhəmiyyətli rol oynamış futbol klubudu. 2004-cü il iyunun 11-də Yevlaxda əsası qoyulan “Karvan”ın bir sıra uğurları olub. Bölgə klubu bir dəfə ölkə çempionatının gümüş, bir dəfə də bürünc medalını qazanıb, ölkə kubokunun finalında oynayıb. Üstəlik, ölkəmizi avrokuboklarda təmsil edib. Bütün bunlara baxmayaraq, “Karvan” çox yaşaya bilmədi. 2014- də tarixin yaddaşına köçdü. Artıq üç ildi ki, yevlaxlılar, ümumiyyətlə, futbolsevərlər “Karvan”sızdı. Lakin ümid heç vaxt itmir. Son günlər yayılan xəbərlərə görə, “Karvan” yenidən fəaliyyətini bərpa edir. Klubun birinci divizionda çıxış edəcəyi gözlənilir. Artıq komanda toplanışa hazırlaşır. Kollektivə gənc mütəxəssis Kənan Kərimov başçılıq edəcək. Deyilənə görə, “Karvan”a İranda işləyən azərbaycanlı iş adamları maliyyə dəstəyi verəcək. Həmyerlilərimiz "Karvan"ın birinci divizionda mübarizə aparmasına kömək göstərməyə söz veriblər. PFL də artıq bundan xəbərdardı və onlara dəstək vəd olunub. Həmçinin Yevlax Rayon İcra Hakimiyyəti də bu ideyaya “hə” cavabı verib.
Klubun bərpası maraqlı mövzu olduğundan Kənan Kərimovun özü ilə danışmağı lazım bildik. O, hazırlıqlara başlamaq üzrə olduqlarını bildirdi: “Bəli, “Karvan”ı bərpa etmək istəyirik. Bununla bağlı yayılan xəbərlər doğrudu. Növbəti çempionatda iştirak etmək niyyətindəyik. Hələlik dəqiq söz verə bilmərəm. Bunu zaman göstərər. Alınsa, əla olar. Bilirsiz ki, Yevlaxda üç ildi futbol yoxdu. Nəinki yerli camaat, həmçinin bütün futbol ictimaiyyəti “Karvan” adı üçün darıxır. Vaxtilə özündən söz etdirən klub olub. UEFA kubokunda mərhələni ilk dəfə məhz “Karvan” adlayıb”. Kərimovun sözlərinə görə, komanda sabahdan toplanışa start verəcək: “Sabahdan (bu gündən) Yevlaxda hazırlıqlara başlayacağıq. Komandanın baş məşqçisi mən olacam. Bizdə yaxşı, perspektivli gənc uşaqlar var. Hansı ki, onlar başqa klublarda da oynayıblar. Məşqlərimizi Yevlax şəhər stadionunda edəcəyik”.
Kərimov deyir ki, hələ sponsorlarla bağlı heç nə həll olunmayıb: “Çox istərdim ki, bizə maliyyə yardımı etsinlər. Burda iş adamları çoxdu. Onlardan umacağımız çox şey var. Amma sponsor barədə heç nə deyə bilmərəm. Konkret ad da çəkmək hələ tezdi. Çünki hələlik öz gücümüzə yığışırıq. Artıq forma və məşq üçün lazım olan başqa inventarları almışıq. Ümid edirik ki, rayonun İcra Hakimiyyəti də "Karvan"a əvvəllər olduğu kimi, yenə də dəstək verəcək. Stadiondan pulsuz istifadə edəcəyik. Klubun sabiq rəhbərliyi ilə danışmışam, sağ olsunlar, bizə lazımı şərait yaradıblar. Sponsorlarla danışıqlar tam yekunlaşandan sonra açıqlama verərəm. Hazırda stadionda müəyyən işlər gedir. Meydançaya əl gəzdirilir. Çoxdan istifadə olunmur deyə, ot xeyli qalxıb, onu biçməyə başlayıblar. Fikrimiz birinci divizionda oynamaqdı”.
Gənc mütəxəssisin sözlərinə görə, hər şey yolunda gedərsə, “Karvan” növbəti mövsümdən birinci divizionda iştirak edəcək: “Biz də futbolumuzun inkişafına töhfə vermək istəyirik. Maliyyə məsələsi alınsa, birinci divizionda oynamaq fikrimiz var. Çalışacağıq ki, hər şeyi düzəldək, komandanın aşağı dəstədə iştirakına nail olaq. Allah kərimdi. Biz, sadəcə, çalışıb iş görməliyik”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar