02 iy 19:11divizion

Ramin Musayevin açıqlamasına sözardı

Ramin Musayevin açıqlamasına sözardı
İlqar Axundov: “Lap apellyasiya şikayətimiz təmin olunsa da, növbəti mövsüm birinci divizionda oynamayacağıq”

“Zirə” – “Differdanj” qarşılaşmasından (2:0) sonra PFL prezidenti Ramin Musayev jurnalistlər önünə çıxdı. O həm oyunla bağlı fikirlərini bölüşdü, həm də həmkarlarımızın birinci divizonla bağlı verdiyi sualları cavabladı. Musayev yeni mövsümdə aşağı dəstədə neçə komandanın mübarizə aparacağının dəqiqləşmədiyini söylədi. Bildirdi ki, hazırda 10 komanda var. “Şəmkir”dən isə heç bir xəbər yoxdu. Bu da o deməkdi ki, birinci divizionda da komandaların sayı ötən mövsümdəkindən az olacaq. Ötən mövsüm aşağı dəstədə 14 komanda mübarizəyə qoşulmuşdu. Lakin çempionatın başa çatmasına bir neçə həftə qalmış iki kollektiv – “Rəvan” və “Şərurspor” mübarizədən kənarlaşdırıldı. Buna səbəb isə hər iki komandanın oyun alğı-satqısında iştirak etməsi oldu. “Rəvan” apellyasiyaya şikayəti versə də, taleyinə hələ aydınlıq gəlməyib. Klub rəsmiləri də bu haqda danışmaq niyyətində deyil. Üstəlik, “Şağdağ”ın da aşağı dəstədə çıxış etməyəcəyi ilə bağlı söz-söhbət gəzir. Bizə isə yeni “futbol ili”ndə neçə komandanın iştirak edəcəyi maraqlıdı. Odu ki, ötən mövsüm aşağı dəstədə mübarizə aparmış klublara zəng edərək, növbəti birincilikdə çıxış edib-etməyəcəklərini soruşduq. Cavabları isə aşağıdakı kimi oldu.
Oqtay Abdullayev, “Turan Tovuz”un Müşahidə Şurasının sədri: “Bəli, komandamız növbəti mövsüm aşağı dəstədə oynayacaq. Bu mütləqdi. Niyə çıxış etməyək ki? Komananın baş məşqçisi postunda, çox güman, Əsgər Abdullayev qalacaq. O heç hara getmir. Çempionatın başlamasına iki aydan çox vaxt var. Ya iyulun sonunda, ya da avqustun əvvəlində komanda bir araya gələcək. Bildiyiniz kimi, “Turan Tovuz” AFFA-dan maliyyələşir. Onlardan cavab gözləyirik. Futbolçuların da borcları yaxın zamanda ödəniləcək”.
Musa Qurbanov, “Zaqatala”nın İdarə Heyətinin sədri: “Zaqatala” birinci divizionda mübarizə aparacaq. Belə güman edirəm. Maliyyə vəziyyəti haqda çox danışmaq istəmirəm. Biz AFFA-nın hesabına dolanırdıq. Ümid edirəm ki, büdcə ötən illərdəki kimi qalacaq. Hələ dəqiq nəsə deyə bilmərəm. Baş məşqçinin kim olacağı bəlli deyil. Özümüzdə götür-qoy edirik ki, növbəti mövsüm hansı yerlər uğrunda mübarizə aparacağıq? Buna uyğun heyət formalaşdırmaq istəyirik. Ya yaxşı oyunçular cəlb olunacaq, ya da yerli uşaqların xidmətindən yararlanacağıq. İyulun sonunda komanda bir araya gələcək”.
Elvin Yaqubov, MOİK-in mətbuat xidmətinin rəhbəri: “Öncədən mətbuatda xəbərlər dolaşırdı ki, komanda növbəti mövsüm birinci divizionda çıxış etməyəcək. Bu da nəticələrdən asılı idi. Artıq qərar verilib ki, MOİK növbəti mövsüm də aşağı dəstədə çıxış edəcək. Özü də böyük hədəflərlə. Çünki növbəti il ordumuzun 100 illiyidi. Buna görə komanda yalnız birinci yer uğrunda mübarizə aparacaq. Hədəf məhz birinci yeri turub premyer-liqaya yüksəlməkdi. Hazırda yalnız Rəhman Musayevlə 3 illik müqavilə bağlamışıq. Naxçıvanda təşkil olunan turnirdə komandanın heyətində xeyli futbolçu çıxış etdi. Hansı ki onlar müvəqqəti cəlb olunmuşdular. Yəni yoxladıq. Digər komandaların tərkibində də başqa oyunçular var idi. Yeni futbolçular alacağıq. Danışıqlar gedir. Amma bu, reqlamentdən asılıdı. Qoy hələ tam təsiqlənsin, sonra qərar veriləcək. Komandanın nə vaxt toplaşacağını da dəqiq bilmirəm. Çox güman, iyulun ortalarından sonra bir araya gələcəyik”.
Rüfət Quliyev, “Ağsu”nun baş məşqçisi: “Niyə çıxış etməyək ki? Bizi kimsə qovur? Təbii ki, birinci divizionda iştirak edəcəyik. Komandaların sayının nə qədər olacağı bizi maraqlandırmır. Bu günə olan məlumat odu ki, birinci divizionda oynayacağıq. Reqlamentin necə olacağı bilinmir. Bizim nə vaxt toplaşacağımız da bundan asılıdı. “Ağsu” həmişəki kimi yüksək yerlər uğrunda mübarizə aparacaq. Çox güman, avqustun 1-də bir araya gələcəyik”.
Mirheydər Səfiyev, “Mil-Muğan”ın prezidenti: “Bəli, çempionatda çıxış etməyi planlaşdırırıq. Çox güman, belə olacaq. Məşqçilər korpusunda dəyişikliklərin olacağını indidən deyə bilmərəm. Bu məsələyə qarşıdakı günlərdə baxılacaq. Çempionatın başlamasına hələ çox var. Avqustun əvvəlində toplaşıb, ümumi planları açıqlayacağıq”.
Azər Bağırov, “Qaradağ Lökbatan”ın baş məşqçisi: “Hazırda komanda istirahətdədi. Birinci divizionda çıxış edəcəyik. Oynamayacağımızla bağlı nəsə eşitməmişik. Növbəti mövsüm əsas hədəf çempionluq olacaq. Komandada yeniliklər olacaq. Bəzi futbolçularla danışıqlar aparırıq. Artıq yeni mövsüm üçün formalar da sifariş etmişik. İyulun 10-da ongünlük seleksiya xarakterli məşqlərimiz olacaq. Ondan sonra isə toplanışa başlayacağıq”.
Ərəstun Niftiyev, “Şahdağ”ın prezidenti: “Çempionatda iştirak etmək istəyirik. Lakin konkret olaraq rəsmi müraciət etməmişik. Yaxın günlərdə etmək niyyətindəyik. İştirakımız ərizənin qəbul olunmasından asılıdı. Maliyyə məsələsi də düzəlib. “Azenco” şirkəti sponsorluğunu davam etdirəcək. “Şahdağ”da xeyli yeniliklər olacaq. Komandaya yeni futbolçular cəlb olunacaq. Hələ tələsmirik. Çempionatın başlamasına xeyli vaxt var. Qoy reqlament də açıqlansın. İlkin plana əsasən, iyulun 15-20-si aralığında toplaşmaq istəyirik”.
İlqar Axundov, “Rəvan”ın vitse-prezidenti: “Biz apellyasiya şikayəti vermişdik. Lakin hələ baxılmayıb. Sizə kim deyib ki baxılıb? Belə şey ola bilməz. Çünki demişdilər ki, apellyasiya şikayətinə baxılanda sizi, baş məşqçinizi və hüquqşünası çağıracağıq. Biz də öz dəlillərimizi ortaya qoyarıq. Lakin hələ bir cavab gəlməyib. Nə bizi çağıran olub, nə də xəbər edən. Lap apellyasiya şikayətimiz təmin olunsa da, növbəti mövsüm birinci divizionda çıxış etməyəcəyik”.
Əli Hüseynov, “Bakılı”nın baş məşqçisi: “Bəli, “Bakılı” növbəti mövsüm aşağı dəstədə çıxış edəcək. Lakin biz AFFA-ya rəsmi müraciət ünvanlamamışıq. Onsuz da bilirlər ki, hər il oynayırıq. Planlarımız hələ bəlli deyil. Klubun prezidenti Misir Əbilov nə vaxt desə, o vaxt planlar üzərində işləyib, fəaliyyətə başlayacağıq. Hazırda hamı istirahətdədi. Çox güman, iyulun sonunda yığışarıq. Komandaya yeni futbolçular cəlb olunacaq. Demək olar ki, sıfırdan kollektiv formalaşdıracağıq. Baş məşqçi də mən olacam”.
Qeyd edək ki, “Göyəzən”, “Energetik” və “Şəmkir” rəsmilərindən heç kimlə əlaqə saxlaya bilmədik. Onlar günün sonuna kimi telefon zənglərimizə cavab vermədilər.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar