25 dek 13:29divizion, manset

“Rəvan” geridönüş etməyə hazırlaşır

“Rəvan” geridönüş etməyə hazırlaşır
Bəhmən Həsənov: “Birinci divizion klubları arasında ən yüksək əməkhaqqı bizdə olacaq”

Vaxtilə premyer-liqada “dişli” rəqiblərdən sayılan “Rəvan” əvvəlki günlərindən çox uzaq düşüb. Hansı ki o vaxtlar paytaxt klubunun heyətində yetərincə legioner var idi. Əcnəbi məşqçilər isə komandanın “sükanı arxasında” bir-birini əvəz edirdi. Ancaq digər klublar kimi, “uçan aslanlar”ın da bu xoş günləri uzun sürmədi. Əksər komandaların üzləşdiyi maliyyə sıxıntısı paytaxt təmsilçisini də ağuşuna aldı. Komanda ötən mövsüm yenidən elitaya yüksəlsə də, bu candərdi iştirakdan başqa bir şey deyildi. Mövsüm ərzində tez-tez futbolçuların maaşlarını ala bilməməsi xəbəri dolaşırdı. Heç sonda klub premyer-liqada iştirak üçün lisenziya da ala bilmədi. Bir sözlə, mövsümün sonunda klubun aşağı dəstəyə yuvarlanması da gözlənilən idi. Ancaq bu harasıdı?! Vaxtilə elitada heç kimə asan təslim olmayan “sarı-qırmızılar” hazırda birinci divizionun autsayderlərindədi. Bəhmən Həsənovun komandası turnir cədvəlində yalnız “Göyəzən”dən öndədi. Düzdü, paytaxt təmsilçisi cari “futbol ili”ndə qazandığı 3 qələbə ilə sıralamada 11-ci pillədə ola bilərdi. Lakin FİFA-nın tələbi ilə komandanın hesabından 3 xal silinib. Bu da onsuz da ağır günlərini yaşayan “Rəvan”ı bir qədər də çətinə salıb. Özü də ali futbol qurumundan ard-arda cəzalar gəlir. Qarşıdakı günlərdə klubun yenidən FİFA-nın “sürprizi” ilə üzləşəcəyi də mümkündü. Çünki narazı legionerlər birbaşa ali futbol qurumuna üz tutur. Son illər klublarımızın bu cür cəzalarla üzləşməsi isə adi hala çevirlib. Legionerlərlə imzalanan müqavilələrin şərtlərinə əməl edilməməsi, anlaşmaların birtərəfəli qaydada pozulması klublara asan başa gəlmir. Təbii, bu durumda olan komandalardan biri də “Rəvan”dı.
Hazırda “sarı-qırmızılar”ın birinci diviziondakı mövqeyini qeyd etdik. Yenə də tez-tez komandada maaş probleminin yaşandığı xəbərini eşidirik. Hətta futbolçuların pul üzünə həsrət qaldığı da deyilir. Hələ bu azmış kimi, “Rəvan”ın bəzi üzvləri oyun alğı-satqısında şübhəli bilindiyindən araşdırmalar başa çatana kimi futbol oynamayacaqlar. Bu isə onsuz da pis günlərini yaşayan kluba daha bir zərbə oldu. Hətta belə söz-söhbət gəzirdi ki, “uçan aslanlar” qış fasiləsində birinci divizionda çıxışını dayandıracaq. Təbii, gedişat da belə sonluğun qaçılmaz olduğundan xəbər verirdi.
Ancaq sən demə, hər qaranlıq gecənin bir günəşli gündüzü varmış. Bugünlərdə əldə etdiyimiz məlumata görə, “uçan aslanlar”ı yeni sponsor himayəsinə götürüb. Həmin himayədar klubun maliyyə problemlərini həll etməyi üzərinə götürüb. Belə deyək, “Rəvan”ın yeni sponsoru komandanı dirçəltmək fikrindədi. Başverənlərə münasibət öyrənmək üçün “sarı-qırmızılar”ın baş məşqçisi Bəhmən Həsənovla əlaqə saxlamağı lazım bildik. İrandan dünən qayıtdığını bildirən PRO kateqoriyalı məşqçi əvvəlcə səfərlə bağlı təəssüratlarını bölüşüb, cənuba hansı məqsədlə yollandığını dilə gətirdi: “İrandan bu gün (söhbət dünən olub – R.) günorta saatlarında qayıtmışam. Cənuba Şiraz akademiyasında seminarda mühazirə oxumaq üçün yollanmışdım. Təklif qarşı tərəfdən gəlmişdi. Həmin şəhərin təmsilçisi İranın birinci divizionunda mübarizə aparır. Klubun akademiyasında isə iki mindən çox uşaq futbolun sirlərini öyrənir. Səfərim çox məhsuldar alındı. Klub rəhbərliyi, məşqçiləri ilə görüşlərdə maraqlı müzakirələrimiz oldu. Ümumiyyətlə, son zamanlar İranda futbol sürətlə inkişaf edir. Bu ölkənin istər yığması, istərsə də klubları qatıldıqları turnirlərdə uğurlu nəticələr qazanmağı bacarırlar. Görüşlərdən sonra belə qərara gəldik ki, gələcəkdə bu klubla “Rəvan” arasında dostluq münasibətləri qurulsun”.
Bəhmən bəy yeni sponsor məsələsinə belə aydınlıq gətirdi:
(yazının davamı qəzetin çap variantında)
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 23:13 U-17 yenə darmadağın oldu Bu gün, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Bu gün, 23:07 Yenilgidə hakim izi olmadı Bu gün, 23:06 Üzücü başlanğıc Bu gün, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Bu gün, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Bu gün, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Bu gün, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Bu gün, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Bu gün, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Bu gün, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Bu gün, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Bu gün, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Bu gün, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Bu gün, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Bu gün, 22:23 İkinci tur 2 günə sığacaq Bu gün, 22:21 Mik Benet təqdim olundu Bu gün, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar