21 in 17:11divizion

“Gənclik” birinci divizionda iştirak etməyəcək

“Gənclik” birinci divizionda iştirak etməyəcək
“Gənclik” birinci divizionda iştirak etməyəcək
Müşfiq Qəmbərov: “Bu qərardan sonra özümə yer tapa bilmirəm”
Ötən saylarımızın birində ölkə futbolunda yeni adın yaranndığı haqda xəbər vermişdik. Bu, “Gənclik” klubu idi. Yeni yaradılan komandanın qarşısına birinci divizionda çıxış etmək məqsədi qoyulmuşdu. “Gəncliy”in baş məşqçisi isə hamımızın yaxşı tanıdığı, aşağı dəstədə MOİK-i çalışdırmış Müşfiq Qəmbərov təyin olunmuşdu. Lakin son günlər “Gəncliy”in “vəhşi diviziya”da çıxış etməkdən imtina etməsi ilə bağlı xəbərlər yayılıb. Deyilənlərə inansaq, sponsor iki həftə öncə fəaliyyətə başlayan klubu maliyyələşdirməkdən boyun qaçırıb. Bu üzdən klub növbəti mövsüm birinci divizionda mübarizə aparmayacaq.
Bunu nəzərə alaraq, dünən Müşfiq Qəmbərovla danışmağı lazım bildik. O da xəbəri təsdiqlədi və bunları söylədi: “Ümid var idi ki, yeni komanda formalaşdıraq, işə başlayaq. Lakin istəyimiz alınmadı. Hazırda nə deyəcəyimi bilmirəm. Bu qərardan sonra özümə yer tapa bilmirəm. Kluba himayədarlıq edən adamlarla görüşlər keçirmişdik. Onlar hər şeyin yaxşı olacağını demişdilər. Aylıq büdcəni artırıb, 25 min manat eləmişdilər. İstəyirdik ki, komandanı təlim-məşq toplanışı keçmək üçün Qəbələyə aparaq. O cümlədən Alaniya ilə danışıqlarımız olmuşdu. Təlim-məşq toplanışının ikinci hissəsi Türkiyədə olmalıydı. Komanda üçün yeni geyim dəstləri də sifariş olunmuşdu. Birinci divizionda medallar uğrunda mübarizə aparacaqdıq. Lakin alınmadı. Son anda imtina etdilər. Bütün sadaladıqlarım, sadəcə, bir vəd olaraq qaldı”. Müşfiq bəy sponsorun imtinasının səbəbini bilmədiyini vurğuladı: “Həmin adamların telefon nömrələri məndə var idi. Lakin iş alınmadı. Nömrələrini də silmişəm. Düşünmürəm ki, imtinanın səbəbi maliyyədi. Komandanın sırf pul üzündən çempionatda iştirakdan imtina etdiyinə inanmıram. Onlarla danışanda son iki-üç gündə nəsə hiss etmişdim. Sadəcə, açıq demədilər ki, klub fəaliyyət göstərməyəcək. Dostlardan birinin vasitəsilə bu xəbəri mənə çatdırdılar, üzr də istədilər. Səbəbini demirlər. Neçə gün idi gecəm-gündüzüm yox idi. Komandanı, demək olar, yığmışdım. İnzibatçısına, həkiminə, masajçısına kimi. 20-dən artıq futbolçu ilə görüşüb danışmışdım, razılıq almışdım. Bu komanda üçün haraları gəzməmişəm ki?! İndi birdən-birə belə qərar vermələri anlaşılmazdı. Heç bilmirəm, nə deyim. İndi iş də yoxdu ki, nədənsə danışasan. Olanda bu haqda nəsə söyləyərəm”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar