18 in 12:49divizion

“Az-Granata” “Ağsu”nu bazadan uzaqlaşdırdı

“Az-Granata” “Ağsu”nu bazadan uzaqlaşdırdı
Rəşad Kərimov: “Stadionun binasından baza kimi istifadə edə biləcəyik”

Ölkə futbolunda uzunmüddətli fasilə olsa da, klublardan gələn xəbərlərin ardı-arası kəsilmir. Söhbət yalnız avrokuboklarda mübarizə aparacaq “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”dən və başqa premyer-liqa iştirakçılardan getmir. Həmçinin sentyabrda mübarizəyə başlayacaq birinci divizion klublarında da hadisələr yüksək sürətlə cərəyan edir. Bugünlərdə diqqət mərkəzində olan klub “Ağsu”du. 2012-ci ildə təməli qoyulan klubun sponsoru “Az-Granata”dı. Yarandığı gündən aşağı dəstənin daimi sakini olan “göy-ağlar” birinci divizionda bir dəfə çempion olub, eyni sayda gümüş medal qazanıb və iki dəfə bürünc medalı boynundan asıb. “Bürünc”lərdən birini Rüfət Quliyevin başçılıq etdiyi bölgə təmsilçisi son mövsümdə qazanıb. Lakin komanda premyer-liqaya vəsiqə qazana bilmədi. Daha doğrusu, uşaq futboluna daha çox diqqət ayıran “Ağsu” rəhbərliyi elitada çıxış etmək istəyi ilə bağlı AFFA-ya müraciət etmədi.
İndi isə klubla bağlı daha bir maraqlı xəbər yayılıb. “Ağsu”nun nəinki elitada, həm də növbəti mövsüm birinci divizionda çıxış edəcəyi sual altındadı. Belə ki, “sportinfo” portalının yazdığına görə, “Az-Granata” kluba maliyyə ayırmaqdan imtina edib. Daha doğrusu, şirkət klubun yeni mövsüm üçün büdcəsini azaldıb. Bundan əlavə, komanda üzvləri baza-oteldən çıxarılıb. Bundan sonra binada şirkətin sıravi işçiləri qalacaq. “Ağsu”nun heyətində çıxış edən futbolçular isə rayonda ev kirayələməyə məcbur olacaqlar. Üstəlik, onlara deyilib ki, evlərin kirayə pulunu özləri ödəməli olacaqlar. Həmçinin kollektiv yeni mövsümdən qida ilə də təmin olunmayacaq. “Az-Granata”nın bu qərarı klub rəhbərliyini də çıxılmaz vəziyyətə salıb. Bu üzdən Rüfət Quliyev bəzi futbolçularla yolları ayırmağa məcbur olub. Komandaya yeni futbolçuların cəlb olunması da çətinləşib. Çünki həm ev kirayəsinə, həm də qidaya öz cibindən pul verib, “Ağsu”da oynamaq istəyənlər çox azdı. Çətin ki, komanda bu vəziyyətdə növbəti mövsüm elitaya vəsiqə qazanmaq uğrunda oynasın. Oynasa belə, kənardan futbolçu cəlb edə bilməyəcək və bölgə təmsilçisinin yerli futbolçularla yüksək yerlər uğrunda mübarizə aparacağı inandırıcı deyil.
Bütün bu məsələlərlə bağlı klubun icraçı direktoru Rəşad Kərimovla əlaqə saxladıq. O, “Az-Granata”nın komandanı otel-bazadan qovmadığını bildirdi: “Bəli, biz “Az-Granata”nın zavodundakı bazada qalırdıq. Orda həmçinin yeməkxanamız var idi. Hər mövsüm komanda toplaşanda həmin bazada yerləşirdi. İndi isə fasilədi. Yəni heç kim bizi ordan qovmayıb. Hər il belə olur, bazanı tərk edirik, uşaqlar istirahətə gedir və yeni mövsümün hazırlıqlarına başlayanda yenidən geri qayıdırıq. Hazırda isə bizim qaldığımız bazada təmir işləri gedir. Yəni ola bilər ki, yeni mövsümdən ordan istifadə etməyək, oranı təhvil verək. Hazırda həmin ərazidə yeni zavod tikilir. Bu üzdən ordan istifadə etməyəcəyik. Həmin yerdə işçilər qalacaq. Lakin bu da hələ tam dəqiq deyil”.
Rəşad bəyin sözlərinə görə, komanda böyük ehtimalla yeni mövsümdən stadionun yanındakı bazada qalacaq: “Bizim stadionumuz var. Stadionun binasından baza kimi istifadə edə biləcəyik. Bizdə müəyyən şərait var. Birtəhər düzüb-qoşacağıq. Olmasa da, başqa bir şey fikirləşərik. O biri klublar necə qalır? Uşaqların əksəriyyəti kirayədə qalır. Biz də belə edəcəyik. Çətinliyimiz olsa, çox güman, 2 ev tutarıq. Futbolçuların qidalanmasını da təşkil edərik. Sponsor futbolçuların qida xərclərini qarşılayacaq. Hamı yazır ki, qovulmuşuq, uşaqların yemək pulu kəsilib və s. Bizdən reaksiya öyrənmirlər. İlk xəbər klubun rəsmisi kimi mənə gəlir. Yaxşı xəbər də, pis xəbər də. Bir zəng eləsinlər, dəqiqləşdirsinlər”.
Klub rəsmisi deyir ki, futbolçularla vidalaşmalarının səbəbi maliyyə problemi deyil: “Biz bir neçə oyunçu ilə yolları ayırmışıq. Lakin bunun maliyyəyə heç bir aidiyyatı yoxdu. Futbolçuların bir qismi yaş məsələsinə, digərləri isə sırf məşqçilər korpusu razı qalmadığına görə göndərilib. Yaş həddi məsələsi də limitə görədi”.
Kərimov komandanın növbəti mövsümdə də premyer-liqaya vəsiqə uğrunda mübarizə aparmayacağını bildirdi. Əsas hədəf yenə uşaq futbolunun inkişafı olacaq: “Komanda hazırda istirahətdədi. Yəqin ki, iyulun ortalarında bir araya gəlib, növbəti mövsümün hazırlıqlarına başlayacağıq. Yeni mövsümdə də həfdəfimiz premyer-liqa olmayacaq. Əsas diqqəti uşaq futbolunun inkişafına, Ağsuda və ümumiyyətlə, bu bölgədə uşaq futbolunun inkişafına ayırmışıq. Düzdü, birinci divizionda yüksək yerlər uğrunda mübarizə aparacağıq”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar