14 in 13:30divizion

Aqil Nəbiyev iddialı danışdı, hədəfləri açıqladı

Aqil Nəbiyev iddialı danışdı, hədəfləri açıqladı
“Divizionda ən yaxşılardan biri, hətta birincisi olacağıq”

“Şüvəlan”ı Aqil Nəbiyevin çalışdıracağını xəbər vermişdik. Qarşıdakı mövsüm birinci divizionda çıxış edəcək komanda gənc məşqçiyə həvalə olundu. Qeyd edək ki, Nəbiyev ilk dəfə belə yükün altına girir. Daha öncə köməkçi və aşağı yaş qrupunda baş məşqçi kimi çalışsa da, birinci divizionda debüt edəcək. Dünən özü ilə əlaqə saxlayıb, təyinatı haqda danışdıq: “Açığı, təklif gözlənilməz oldu. Çünki “Şüvəlan”da qeyri-müəyyənlik idi. Bildiyiniz kimi, “Zirə”nin U-17 komandasını çalışdırırdım. Hardasa 4-5 gün öncə belə bir təklif gəldi. Danışdıq, qərar vermək üçün bir qədər düşündüm. Baxdım ki, perspektiv baxımından mənim üçün daha yaxşı olar. Şərtlər də məni razı saldı, klubun bazası, şəraiti də yüksək səviyyədədi. Hətta premyer-liqada o cür bazası olan bir-iki komanda olar. Yəqin ki, birinci divizionda heç bir komandanın elə şəraiti yoxdu. Təklif klubun vitse-prezidenti Fikrət Hüseynovdan gəldi. Razılaşdıq, bundan sonra “Şüvəlan”da fəaliyyət göstərəcəyik”.
Gənc çalışdırıcı gənclərdən ibarət komanda formalaşdıracaq: “Bilirsiz ki, birinci divizionda mövsüm gec başlayacaq. Demək olar, komandanı sıfırdan formalaşdıracağıq. İstər heyət, istərsə də inzibati işçilər müəyyənləşdirilməlidi. Komanda buraxılıb. İşçilərin əksəriyyəti istirahətdədi. Qarşıdakı günlərdə tanış olacağıq ki, kimlərin müqaviləsi var, kimlərin yoxdu. Yaxın bir-iki gün ərzində bu məsələlərə aydınlıq gətirəcəyik. Əsas işimiz odu ki, futbolçu yığmalıyıq. Fikrimiz gənc və perspektivli uşaqları cəlb etməkdi. İstəyirik ki, gələcəyin komandasını quraq. Təbii ki, premyer-liqaya yüksəlmək şərti ilə. Müqaviləsi olan, bizi qane edən futbolçular komandada qalacaq. Ancaq ilk növbədə gənclərə üstünlük verəcəyik”.
Aqil bəy özünü evinə qayıtmış kimi hiss edir: “Mən 7 il AZAL-ın formasını geymişəm. Bu komanda mənə doğmadı. “Şüvəlan”ı öz evim kimi hiss edirəm. Mənim üçün üstünlük odu ki, sanki evimə qayıdıram. Çalışacağıq ki, ən yaxşısını edək. Komandanın əvvəlki əzəmətini qaytarmaq üçün əlimizdən gələni etməliyik. Son 3 ili nəzərə almasaq, AZAL yarandığı gündən iddialı olub. İki dəfə avrokuboklarda çıxış etmişik. Son 3 ildə isə məlum səbəblər fonunda komandanın durumu hər kəsə bəlli idi. Hər çətinliyin ardınca bir yüksəliş olur. Bizim də əsas istəyimiz həmin komandanı geri qaytarmaqdı”.
Nəbiyev onu gözləyən çətinliklərdən qorxmadığını dilə gətirdi: “Əlbəttə, hər bir işin başında çətinliklər olur. Ancaq inanıram ki, biz bu çətinliklərin öhdəsindən gəlməyi bacaracağıq. Çünki bu peşəni, yolu tutmuşamsa, çalışıram ən yaxşısını edim. Neçə illərdi futbolun içindəyik, bu idman növünə bağlıyıq. Təkcə bu sahədə yox, istənilən işin başlanğıcı çətin olur. Rəhbərlik və biz birlikdə bu çətinliyin altından qalxmalıyıq. Əsas odu ki, düzgün iş aparaq, sağlam kollektiv formalaşdıraq. Ən böyük istəyim məhz budu. İş təcrübəsı yaşla gələn bir şeydi. Bu gün köməkçilərimi seçməkdə belə tələsmirəm. Fikrimdə olan adlar var. Lakin yekun qərarımı vermədiyimə görə açıqlamaq istəmirəm. Komandanı formalaşdırarkən ora sağlam insanlar yığmalıyıq. Bu işin öhdəsindən layiqincə gələcəyimizə inanıram”.
Gənc mütəxəssis “Şüvəlan”ın hədəfini də açıqladı: “İlk növbədə hədəfimiz sağlam kollektiv formalaşdırmaq, gənc və perspektivli uşaqları bir araya gətirməkdi. Daha sonra fikrimiz, amalımız premyer-liqaya geri dönməkdi. Belə bir şəraiti, bazası olan klubun elitada iştirak haqqıdı. Normal komanda formalaşdırıb premyer-liqaya qayıtmağa çlışacağıq. Düzdü, nəticə mənim üçün önəmlidi. Ancaq ilk növbədə sağlam komanda yaratmalıyıq”.
Nəbiyev maliyyə məsələsindən də söz saldı: “İnşallah, heç bir maliyyə problemi olmayacaq. Komanda birinci divizionda oynayacaq və burda böyük xərclər tələb olunmur. İnanıram ki, rəhbərlik bu baxımdan heç bir çətinlik yaratmayacaq. Çünki danışıqlar zamanı şərtimiz o olub ki, komandada maliyyə problemi olmasın. İnanıram ki, birinci divizionda bizim komanda ən yaxşılardan biri, hətta birincisi olacaq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar