09 in 23:00divizion

Birinci divizionun zəifləri pul gözləyir

Birinci divizionun zəifləri pul gözləyir
Kamran Əlibabayev: “Sponsordan bir xəbər yoxdu”

Ötən saylarımızın birində birinci divizionun aparıcı klublarının fasilədən necə yararlandığı ilə bağlı yazı dərc etmişdik. Premyer-liqaya vəsiqə qazana bilməyən, yəni lisenziyalaşdırmanın şərtlərinə cavab verməyən klubların hərəsinin özünəməxsus hazırlıq qrafiki ilə tanış olmuşduz. Aşağı dəstədə yeni mövsüm sentyabrda başlayacaq. Bəli, təxminən 3 aydan sonra. İddialıların nümayəndələri yaxın zamanda toplanışa başlayacaqlarını, transferlərin olacağını bildirmişdilər. Bəs digər klublar nə düşünür? Birinci divizionun “zəiflər”i nə iş görür? Cavabı özlərindən eşidək.
Kamran Əlibabayev, “Şahdağ”ın baş məşqçisi: “Hələlik istirahətdi. Gələcəkdə necə olacağını bilmirəm. Amma komanda yaşayacaq. Komandanın təlim-məşq toplanışından bir xəbər yoxdu. Kimlər gedəcək, kimlər gələcək, bilinmir. Sponsordan da bir xəbər yoxdu. Gözləmə mövqeyindəyik. Ümid edirəm ki, yaxın zamanda hər şey bəlli olacaq”.
Elxan Muradov, “Göyəzən”in baş məşqçisi: “Komanda ilə bağlı heç bir xəbər yoxdu. Durub “hər şey əladı, işlər görürük, planlarımız var” deyə yalan danışan deyiləm. Heç bir xəbər yoxdu. Bir onu bilirəm ki, ayın 15-də toplaşacağıq. Futbolçulara da xəbər etmişəm. Hər şey həmin yığıncaqdan sonra bəlli olcaq. Görək rəhbərlik nə deyir? Maliyyə məsələsindən xəbər yoxdu. Rəhbərliyin bu problemi həll edəcəyinə inanıram. Əsas maliyyədi. Pul olandan sonra hər şey düzələcək. Pul olanda futbolçu tapmağa nə var ki? Sentyabra kimi çox vaxt var. Hazırda ölkədə də vəziyyət çətindi. Ümid edirəm, qısa zamanda düzələr”.
Elbrus İsmayılov, “Energetik”in vitse-prezidenti: “Hələ bir xəbər yoxdu. Planlaşdırmışıq ki, ayın sonunda toplaşaq, məşqlərə başlayaq. Görək işlərimiz necə olacaq. Gələn və gedənlər yoxdu. Amma nəzərimizdə olan oyunçular var. Danışıqlar gedir. Növbəti mövsümlə bağlı hədəf maliyyədən asılı olacaq. Pul düzələndən sonra hər şey düzələcək. İndi bizimlə maraqlanan yoxdu. Köhnə hamam, köhnə tasdı. Mən nə edirmsə, odu. Başqa yardım əlini uzadana rast gəlmirik. Baş məşqçi postunda Sahib Qocayev qalacaq. Onunla yolları ayırmaq haqda planımız yoxdu”.
Mirheydər Səfiyev, “Mil-Muğan”ın prezidenti: “İndi fasilədi, hamı istirahət edir. Hələlik heç nə bilnmir. Biz avqustun 1-də bir araya gəlməyi planlaşdırırıq. Çempionat sentyabrda başlayır. Ondan əvvəl də seleksiya işləri olacaq. Büdcə məsələsində yenilik, çox güman ki, olmayacaq. Bu haqda bizə xəbər verilməyib”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar