02 in 14:20divizion

“Göyəzən”in Tottisi dünyasını dəyişdi

“Göyəzən”in Tottisi dünyasını dəyişdi
“Qoşqar səhhətini nəzərə almadı, sevdiyi topa görə həyatını qurban verdi”

Srağagün axşam saatlarında Qazaxın futbol ictimaiyyəti ağır xəbərdən sarsıldı. Uzun illər “Göyəzən”in şərəfini qorumuş, komandanın kapitanı olmuş Qoşqar Sarıyev qəfil dünyasını dəyişib. 1978 doğumlu veteran futbolçu çay evində yoldaşları ilə birgə olarkən ürəyindəki ağrılar səbəbindən özündən gedib. Onunla birgə olan yoldaşları veteran futbolçuya yardım etmək istəsələr də, faydası olmayıb və “Göyəzən”in Tottisi gözlərini əbədi yumub.
Adətən, deyirlər ki, idman sağlamlığın rəhnidi. Ancaq son vaxtlar bu deyimin heç də özünü doğrultmadığına şahidlik edirik. Son 5 ildə istər dünya, istərsə də ölkə idmanında neçə-neçə cavan idmançının, futbolçunun erkən rəhmətə getdiyini qeyd edə bilərik. Bu cür ölümlərdən sonra insanda belə fikir formalaşır ki, ya müasir idmanda yükləmələr ağırdı, ya da 21-ci əsrin insanının orqanizmi immuniteti itirib və gözgörəsi şəkildə zəifləyib.
“Göyəzən”in sabiq kapitanının ölüm səbəbini aydınlaşdırmaq üçün Qazax təmsilçisinin baş məşqçisi Elxan Muradovla əlaqə saxladıq. Elxan bəy dünyasını dəyişmiş yetirməsinin ürək çatışmazlığından əziyyət çəkdiyini söylədi: “Təxminən 2 il əvvəl Qusarda yerli komandaya qarşı oynamalıydıq. Matçdan öncə yerinə yetirilən isinmə hərəkətləri zamanı rəhmətlik Qoşqarın rənginin ağardığını gördüm və həkimdən onu müayinə etməsini istədim. Məlum oldu ki, ürəyində ağrı yaranıb. Nə qədər israr etsə də, onu həmin qarşılaşmada meydana buraxmadım. Geri qayıdarkən də yolboyu həkimimiz ona dava-dərman verdi. Qazaxa çatandan sonra mənim təkidimlə rayondakı Diaqnostika Mərkəzinə yollanıb kardioloqun müayinəsindən keçdi. Həmin vaxt həkim ona ürəyində problemlər olduğunu, bu vəziyyətdə futbol oynaya bilməyəcəyini dedi. Ancaq belə olan halda normal yaşaya biləcəyini söylədi. Həmin müayinədən sonra Qoşqardan futbolçu karyerasına son qoymasını istədim. Bir məşqçi kimi 15 il “Göyəzən”in şərəfini qoruyan, komandanın lideri olan oyunçunu itirmək mənim üçün də çətin idi. Lakin “insan həyatı hər şeydən üstündü” deyib ona qardaş məsləhəti verdim. O da sağ olsun, sözümü eşitdi. Buna baxmayaraq, ən azı həftədə bir dəfə həvəskarlarla kiçik ölçülü meydançada futbol oynayırdı. Məhz bu onun ürəyinin dayanmasına səbəb oldu. Allah o dünyasını versin, çox qabiliyyətli və istedadlı futbolçu idi. Lakin səhhətini nəzərə almadı, sevdiyi topa görə həyatını qurban verdi”.
Elxan bəy söhbət əsnasında rəhmətliyin birvaxtlar “Qəbələ”nin maraq dairəsinə düşdüyünü, lakin doğmalarına görə Qazaxı tərk etmədiyini də vurğuladı: “Qoşqar bir qədər qapalı, ailəsinə bağlı bir insan idi. Ramiz Məmmədov ilk dəfə “Qəbələ”nin baş məşqçisi təyin olunanda onu da komandaya dəvət etmişdi. Həmin ərəfədə Sarıyev karyerasının zirvəsində idi. Ancaq ailəsinə görə təklifi qəbul etmədi və sona qədər “Göyəzən”ə sadiq qaldı. Səhhətinə görə futboldan uzaqlaşandan sonra Xanlıqlar kəndində dükanların birində satıcı işləyirdi. Evinin içi idi və dükan sahibi də ona yaxşılıq mənasında demişdi ki, “gəl, burda otur, aylıq maaşını al”. Heç kim inanmazdı ki, o həyatla belə erkən vidalaşar. Onu bu gün (dünən) Xanlıqlar kənd qəbiristanlığında dəfn etdik. Bütün komanda üzvləri dəfndə iştirak etdi. Ümumiyyətlə, rəhmətliyin xətrini rayonda çox adam istədiyindən dəfndə o qədər adam var idi ki, iynə atsaydın, yerə düşməzdi. Qoşqarın atası və anası da ürəktutmasından rəhmətə gediblər. Ola bilsin, bu xəstəlik onlarda irsi olub. Allah o dünyasını versin, qəbri nurla dolsun. Danışdıqca özümü çox pis hiss edirəm. Hər bağbana əkdiyin ağacın barı şirin olduğu kimi, məşqçi kimi də mənə yetişdirdiyim futbolçular əzizdi. Onları belə erkən yaşda itirmək mənə çox pis təsir edir”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar