26 may 15:31divizion

Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı

Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı
Aqil Məmmədov: “Halallıqla işləyirsənsə, doğru adamsansa, niyə adına ləkə gəlsin?”

Bir müddət əvvəl fəaliyyətini dayandıran və sonradan adı “Şüvəlan”a dəyişilən AZAL-ın baş məşqçisi Tərlan Əhmədov hazırda işsizdi. Onun taleyinə aydınlıq gəlməyib. Növbəti mövsüm də premyer-liqada 8 komandanın iştirak etməsi ilə bağlı Lisenziya Komissiyasının qərarı Tərlan bəyin ümidlərini puça çıxarıb. Onun birinci divizon klublarından birinə keçmək ehtimalı da var idi. Lakin aşağı dəstədəki qeyri-müəyyənlik də Əhmədovu işsizliklə üz-üzə qoyub. Həm də təcrübəli mütəxəssis açıqlama verib ki, birinci divizion klubunu çalışdırmayacaq. “Sportnet” saytına danışan 46 yaşlı çalışdırıcı fikirlərini belə ifadə edib: “Təkliflər var idi, hamısı getdi. Biri birinci diviziondan idi, lakin həmin komandanı elitaya buraxmadılar. Digəri təklifi də premyer-liqa təmsilçisindən almışdım. Alınmadığı üçün ad çəkməyə ehtiyac görmürəm. Fəaliyyətimi "Şüvəlan”da davam etdirəcəyimlə bağlı dəqiq bir söz deyə bilmərəm. Normal şəraitdə işləmək istəyirəm. Üç il AZAL-da çalışdım. Son mövsüm çox ağır şərtlər altında işlədik. Təəssüf ki, il ildən pis gəldi. Açığı, birinci divizionda işləmək istəmirəm. Orda gedən prosesləri eşitdiyim üçün uyğun görmürəm. İstəmirəm ki, adım ləkələnsin. Qumar oyunlarına görə ağlımdan keçirmirəm. Gələcəyini fikirləşən məşqçi üçün bu çətin məsələdi. Həmin bataqlığa girmək istəmirəm. Məcbur olub gözləyəcəyik".
Gördüyünüz kimi, Tərlan Əhmədov aşağı dəstədə işləməyi özünə sığışdırmır. Bəli, onun sözlərində müəyyən mənada həqiqət var. Nəinki başa çatan 2016/17 mövsümündə, elə hər il aşağı dəstədə oyun alğı-satqısı ilə bağlı xəbərlər eşidilir, böyük qalmaqallar baş verir. Elə yola saldığımız mövsümdə bir neçə futbolçu və “Rəvan”la “Şərurspor” diviziondan uzaqlaşdırıldı.
Bəs görəsən, aşağı dəstə təmsilçilərini çalışdıran mütəxəssislər necə düşünür? Doğrudanmı birinci divizionda komanda çalışdırmaq ada, imicə ləkədi? Odu ki, onları dinləyək.
Aqil Məmmədov, “Mil-Muğan”ın baş məşqçisi: “Açıq deyim ki, aşağı dəstədə işləmək ada ləkə deyil. Hər adama bunu demək olmaz. Amma sən harda işləməyindən asılı olmayaraq, futboldan kənar işlər görürsənsə, bu vaxt ada ləkə gələcək. İstəyirsən lap dünyanın ən güclü çempionatında oyna. Halallıqla işləyirsənsə, doğru adamsansa, niyə adına ləkə gəlsin? Birinci divizionda iki-üç nəfər pis iş görübsə, hamı məsuliyyət daşımır”.
Azər Bağırov, “Qaradağ Lökbatan”ın baş məşqçisi: “Tərlan bəyin fikirlərində bir tərəfdən həqiqət var. Bilirsiz, ötən mövsüm birinci divizionda oyun alğı-satqısı söhbətinə görə bir neçə futbolçu cəzalandı, iki klub isə ümumiyyətlə, uzaqlaşdırıldı. Bu üzdən başverənlər Tərlan bəyə o sözləri deməyə əsas verir. Digər tərəfdən, bu gün gənc məşqçilərin işləməsi üçün yer yoxdu. Premyer-liqada cəmi 8 komanda var. Onlardan ikisinin baş məşqçisi əcnəbidi, qalanları yerli. AFFA da illər ərzində kateqoriyalar paylayır. Amma çalışmağa yer yoxdu. İşləmək istəyən məşqçi hara getməlidi? Məşqçi ya gedib “taksi” sürməlidi, ya da aşağı dəstədə çalışmalıdı. Birinci divizionda çalışanların hamısı ləkəli deyil. İşini sevən adamlara bunu aid etmək doğru olmaz. Adı oyun alğı-satqısında hallanan klublarla qarşılaşanda pis olursan. Düşünürsən ki, sənin də adına söz gələcək. Sadəcə, hamının adına söz gəlməsi pisdi”.
Elxan Muradov, “Energetik”in baş məşqçisi: “Birinci divizion ötən mövsüm premyer-liqadan daha maraqlı keçdi. Bilən də danışır, bilməyən də. Ağızlarına gələni deyirlər. Bu adı hamıya aid etmək olmaz. Aşağı dəstədən hamını AFFA yığdı, sənədə imza atdırdı. Kim burda oyun sata bilər? Hamının məsuliyyəti var. Gələn elə əlini qoyub, oyun satıb pul qazana bilər? Bir söhbət olan kimi həngamə qoparırlar. Bütün bunlar doğru deyil. Bilirsiz, buranın bir problemi komandalar arasındakı uçurumdu. Güclülər zəiflərin qapısına 7-8 qol vurur. O saat deyirlər satılıb. Gərək pulun ola, yaxşı kollektiv formalaşdırasan ki, bu söz-söhbət də açılmasın. Bizə bir dəfə AFFA bir az kömək etdi. Həmin vaxt 7 oyun uduzmadıq. Elə büdrətdiyimiz “Neftçala”dan, “Zaqatala”dan pul alardıq da. Hansı ki, çempionluğa oynayırdılar. Bütün bu söz-söhbətlər adamı lap əsəbləşdirir. Doğru deyil”.
Əfqan Talıbov, “Şərurspor”un sabiq baş məşqçisi: “Biz hər şeyi görürük. İspaniya çempionatının son turunda nə baş verdi? “Malaqa” yaxşı bilirdi ki, “Real” çempion olsa, İskoya görə 1 milyon dollar pul alacaq. “Real”ın prezidenti də oturmuşdu “Malaqa” rəhbərliyi ilə yanaşı. Bütün bunlar da şübhələrə yol açır. Hamı bataqlığın içindədi. Bunu əldə bayraq etmək lazım deyil. Avropanın nəhəng klublarının gücü o qədərdi ki, bu cür söhbətlərin yayılmasına imkan vermirlər. Təsəvvür edin, 2 top buraxıb, sonra 3 dənə vururlar. Deyirlər ki, əks-hücumda yaxaladıq, qapıçı səhv etdi, vurduq. Sözümü ona gətirirəm ki, birinci divizionda futbolçuların ustalıq səviyyələri çox aşağıdı. Üstəlik, məvacibləri çox azdı. Oyunlara köklənə bilmirlər. Məşq şəraitləri yox, yaşayışı yox, ləvazimatı yox. Bunun üçün xərc lazımdı. Bu da olmayandan sonra futbolçu əlavə mənbələrdən gəlir qazanmağa can atır. Onlar buna məcbur qalırlar. Birinci divizionda klub çalışdırmaq ada ləkə deyil. Hərənin öz fikri var. Bu yaxınlarda Avropanın bir neçə ölkəsində oyun alğı-satqısı qalmaqalı yaşandı. Bəyəm orda işləyənlərin hamısı ləkəlidi? Qəti razı deyiləm. Bizim premyer-liqada elə nəticə qeydə alınır ki, heç kim bunu gözləmir. Onlara görə başqalarına ləkə gəlir?”.
ŞƏFİ ŞƏFİYEV
Рекомендую посмотреть


Девушки мастурбируют смотреть

-----

По другому я не думал


Домашнее фото порно эротика

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar