15 may 17:59divizion

“Vəhşi diviziya”da mövsümün yaddaqalan məqamları

“Vəhşi diviziya”da mövsümün yaddaqalan məqamları
Oruc Balaşlı premyer-liqanın şərikli bombardirlərindən çox qol vurub

Birinci diviziondan elitaya yalnız bir klubun yüksələcəyi dəqiqləşdi. Bu xoşbəxt aşağı dəstədə debüt mövsümündə gümüş medal qazanan “Səbail”di. Başqaları isə yerindən asılı olmayaraq, premyer-liqaya vəsiqə qazana bilmədi. Baxmayaraq ki, “Turan Tovuz, “Şəmkir” və “Zaqatala” kifayət qədər yaxşı çıxış etmiş, mübarizə aparmış və elitaya yüksəlməyi qarşıya hədəf qoymuşdu. Gərgin mübarizə ilə yanaşı, aşağ dəstədə mövsüm bir sıra maraqlı, xoşagəlməz olaylarla da yadda qaldı. Oyun alğı-satqısından tutmuş, futbolçunun jurnalistə hücumuna kimi menyuda hər şey oldu. Gəlin, indi “vəhşi diviziya”da mövsümün ən diqqətçəkən məqamlarıyla tanış olaq.
MÖVSÜMÜN…
… komandası…

Çempionluq mübarizəsi son turlara kimi davam etdi. Mövsümboyu parlaq oyunu ilə seçilən “Turan Tovuz” sonda 26 oyunun 18-də qələbə qazanaraq və cəmi 1 matçda məğlub olaraq 61 xalla çempionluğu bayram etdi. İlk 10 turda cəmi 1 qol buraxan komanda mövsüm ərzində qapısında 11 top gördü. Əsgər Abdullayevin komandası çempionluq uğrunda mübarizədə əsas rəqiblərinin heç birinə uduzmadı. “Zaqatala”nı (1:0, 2:1) və “Şəmkir”i (1:0, 2:1) hər iki oyunda məğlub edən tovuzlular “Səbail”ə (2:1, 0:0) və “Ağsu”ya da (0:0, 0:0) yenilmədi. İlk “4-lük”də qərarlaşan komandalardan yalnız “Qaradağ Lökbatan”a səfərdə 1:2 hesabı ilə uduzan Tovuz yəmsilçisi sonda layiqli çempion oldu. “Səbail” də debütant olmasına baxmayaraq, mövsüm ərzində parlaq oyunu ilə seçildi. Komanda 18 qələbə, 3 heç-heçə və 5 məğlubiyyət fonunda 57 xal topladı. Kifayət qədər yaxşı heyətə malik Elman Sultanovun komandası bu nəticə ilə “gümüş”ə sahib çıxdı. Mövsümün əvvəlində yaxşı təsir bağışlamayan “Ağsu” da sonda vəziyyətini yaxşılaşdıra bildi. Son 9 matçın heç-birində uduzmayan bölgə təmsilçisi ilk “3-lüy”ə düşməyi bacardı. Onu da qeyd etmək lazımdı ki, aşağı dəstədə ilk 6 pillədə qərarlaşan komandalardan 4-ü bölgələri təmsil edirdi. Yəni mübarizə əsasən bölgə klubları arasında getdi. “Səbail”dən başqa bölgə təmsilçilərinə “buynuz göstərən” “Qaradağ Lökbatan” oldu. Baş məşqçi postuna Azər Bağırovun gəlişi ilə özünə gələn lökbatanlılar cəmi 3 məğlubiyyətə üzüldü. Pisi o oldu ki, bu məğlubiyyətlər medallar uğrunda mübarizə aparan əsas rəqiblərlə duellərdə qeydə alındı. Mövsümə iddialı start verən “Zaqatala” ilə “Şəmkir” isə medalsız qaldı. Hər iki komanda yaxşı heyətə sahib olsa da, fasilədən sonra axsadı və yuxarı pillələrdən əlini üzdü. Birinci mövsümü 5-ci, digəri isə 6-cı yerdə bitirdi.
…oyunçusu…
Aşağı dəstədə çempionluq yarışında olduğu kimi, bombardirlik uğrunda da qızğın mübarizə getdi. Sonda “Zaqatala”lı Oruc Balaşlı birinci divizionda mövsümün bombardiri oldu. Yüksək qol duyumu ilə seçilən futbolçu rəqib qapılarından 27 top keçirdi. Gənc futbolçu 15 oyunda rəqib qapılarına yol tapdı. Qolların 5-ni isə penaltidən vurdu. Üç dəfə dubl, iki dəfə het-trik edən Balaşlı həm də mövsümdə yeganə heksa-trikin, yəni bir matçda 6 qolun müəllifi oldu. O, bunu 10-cu turda “Energetik”ə 10:0 hesabı ilə qalib gəldikləri matçda bacardı. Ümumiyyətlə, Oruc premyer-liqanın iki şərikli bombardiri - Rauf Əliyev və Filip Ozobiçin (hərəyə 11 qol) toplam qollarından çox qol vurdu. Bombardirlər cədvəlində növbəti pillələri “Turan Tovuz”dan Rəhman Musayev tutdu. Qızıl medal qazanan futbolçu 15 dəfə rəqib qapılarına yol tapdı. İlk “3-lüy”ü isə 23 qolla “Qaradağ Lökbatan”ın üzvü Rüfət Məmmədov tamamladı.

…darmadağınları…
Adətən, aşağı dəstədə liderlərlə autsayderlərin dualində hər zaman darmadağınlara rast gəlinir. Hər mövsüm olduğu kimi, aşağ dəstədə ötən “futbol ili”ndə də maraqlı nəticələr qeydə alındı. Mövsümdə ən çox qol debütantın oyununda qeydə alındı. “Səbail” 13-cü turda “Bakılı”nı evdə 11:3 hesabı ilə məğlub etdi. Digər ən çox qol qeydə alınan matç “Zaqatala” ilə “Energetik” arasında baş tutdu. 10-cu turda şimallılar rəqibin qapısından 10 cavabsız top keçirdi. “Zaqatala və “Bakılı”nın iştirakı ilə daha bir böyükhesablı matç gerçəkləşdi. Misir Əbilovun komandası bu dəfə “Zaqatala”nın qapısına 3 qol vursa da, öz “torbasından" 6 dəfə top çıxaqmağa məcbur oldu. Mingəçevir təmsilçisi nəinki yuxarı pillələrdə qərarlaşan komandalara, hətta ortabablara da böyük hesabla məğlub olurdu. Digər belə bir yenilgi “Mil-Muğan”la səfər matçında qeydə alındı – 1:8. “Energetik” nə qədər darmadağınlar yaşasa da, mövsümdə ən çox qolu “Bakılı” ilə “Göyəzən” buraxdı. Hər iki komanda rəqiblər tərəfindən nə az, nə çox - düz 99 dəfə mərkəzə dəvət olundu.

…ləkəliləri…
Heç şübhəsizi, birinci division hər il olduğu kimi, ötən mövsüm də oyun alğı-satqısı qalmaqalları ilə yadda qaldı. Ən böyük qalmaqal isə 2016-cı il noyabrın 22-də qeydə alındı. Bu, futbol ictimaiyyətində atom bombası effekti yaratdı. Belə ki, İntizam Komitəsi aşağı dəstədə oyun alğı-satqısında şühəli bildiyi 22 futbolçu, bir inzibatçı və bir hakimi AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırdı. "Şahdağ”dan Kamran Ağakərimov, İqrar Səmədov, Tofiq Səfiyev, Mahiddin Ağamov, Faik Ağarəhimov, Rafael Kübərov (inzibatçı), "Rəvan”dan Əkbər Əhmədov, Fərid Ağayev, Mirqasım Cabbarlı, Elvin Əliyev, Omid Masumi, Fərid Quliyev, Cəmşid Məhərrəmov, "Bakılı”dan Bəhram Bəhramzadə, Xəzər Qəribov, "Göyəzən”dən Arzuman Vəliyev, Orxan Əsgərov, Tunar Şahtaxtinski, "Energetik”dən Elvin Əlizadə, Kamran Lalayev, Orxan Əlibalayev, "Şərurspor”dan Mehdi Rəsulov, Samir Musayev və hakim Anar Niyazovun adı “qara siyahı”da yer aldı. Qadağa araşdırmalar bitənə kimi qüvvədə idi. Həm AFFA, həm də PFL rəsmiləri aşağı dəstədə danışılmış oyunlarla bağlı UEFA-dan siqnallar alındığını bildirir, araşdırma apardıqlarını deyirdi. Araşdırmaların ilk mərhələsi 20 gün davam etdi. İK növbəti iclasında siyahıda yer alanların 16-na bəraət verdi, əlavə olaraq siyahıya 2 nəfərin adı salındı. Bunlar “Energetik”dən Ruslan Həmidov və “Şahdağ”dan Uçe Çukunyerə idi. Bu 10 nəfərlə bağlı qərar vermək üçün futbol qurumlarına bu ilin martına kimi vaxt lazım oldu. Martın 16-da 9 futbolçu mövsümün sonuna kimi, inzibatçı Rafael Kübərov 2 illik, hakim Anar Niyazov isə ömürlük futboldan uzaqlaşdırıldı. Əslində çox xırda adların oyun alğı-satqısı ilə futboldan uzaqlaşdırılması, sadəcə, bir oyun idi. Elə bir oyun ki, bununla “yuxarılar” “akulalar”ı gizlətmiş və qorumuşdu.

…qumarbazları…
Futbolçularla bağlı araşdırma davam etdiyi bir müddətdə İK daha ciddi istintaq aparırmış. Həmin istintaqın nəticələri də bu il martın 16-da ictimaiyyətə açıqlandı. Bəli, 10 nəfərlə yanaşı, “Rəvan” və “Şərurspor” da birinci diviziondan kənarlaşdırıldı. Səbəb kimi də onların danışılmış oyunlarda iştirakı göstərildi. Hər iki klub aşağı dəstədə oyunların 50 faizindən çoxunda iştirak etdiyinə görə növbəti qarşılaşmalarda 0:3 hesablı texniki məğlubiyyətlə “mükafatlandırıldı”. Bu klublarda çıxış edən futbolçular isə azad agent statusu aldı. İK-nın bu qərarı da birmənalı qarşılanmadı. Hamıda sual yarandı: məgər oyun alıb-satan yalnız bu iki klubdu? Bəs “Bakılı”? Hansı ki, ən azı hər mövsüm bu cür qalmaqalla yadda qalır. Elə ötən mövsüm “Rəvan”a 2:3 hesabı ilə uduzduqları oyun ciddi şübhələrə yol açmışdı. Həmin matça Gürcüstan və Sinqapurdakı bukmeker kontorları vasitəsilə 10 minlərlə dollar yatırıldığı deyilirdi. Oyundan sonra hətta “Bakılı”nın prezidenti ondan xəbərsiz oyun satan 6 futbolçunu komandadan qovmuşdu. Bütün bunlara baxmayaraq, “Bakılı” çempionatda qaldı. Deyilənə görə, “Bakılı”nı da çempionatdan uzaqlaşdırmaq üçün İK-nın əlində kifayət qədər fakt var imiş. Amma bunu edə bilməyiblər. Çünki qarşısında heç bir məqsədi olmayan bu klubun prezidenti Misir Əbilov AFFA prezidenti Rövnəq Abdullayevlə çox sıx əlaqələrə malikdi. Bu üzdən nə Əbilova, nə də “Bakılı”ya “gözün üstdə qaşın var” deyən tapıldı.

…tərbiyəsizləri…
“Bakılı”dan və Misir Əbilovdan söz düşmüşkən, klub və prezident ötən mövsüm yalnız oyun alveri şübhələri ilə yadda qalmadı. Bu adlarla bağlı daha kuryoz və əndərabadi hadisələr də yaşandı. İlk belə hadisə “Bakılı” – “Mil-Muğan” qarşılaşmasında baş verdi. Belə ki, matça əlavə olunan qədiqələrdə meydan sahiblərinin heyətində Vurğun Həsənzadə vurduğu qolu çılğıncasına qeyd etmişdi. O, üzünü rəhbərliyin yer aldığı tribunaya tutaraq, “premiyamızı verin, premiyamızı” demişdi. Klub prezidenti də futbolçunun istəyini dərhal yerinə yetirmiş, cibindən pul çıxararaq meydana tərəf uzatmışdı. Hakimin final fiti səslənməsə də, futbolçu pulu almaq üçün Əbilova tərəf yollanmışdı. Həsənzadə yalnız dördüncü hakimin müdaxiləsi ilə tribunaya qalxmamışdı. Digər bir qəribə (komanda və rəhbərlik üçün normal) olay “Bakılı” – “Zaqatala” matçında yaşandı. Bu dəfə Misir bəyin özü yox, oğlu Səttar diqqət mərkəzində oldu. Oyunun 2-ci dəqiqəsində qonaqlar hesabı açan kimi bala Əbilov baş hakim Ömər Paşayevi təhqir edərək, “g.. oğlu g...” demişdi. Hətta Paşayev özünü saxlaya bilməyib ona cavab da qaytarmışdı. Amma İK nədənsə Səttar Əbilovu cəzalandırmadı.

…qoçusu…
Ötən mövsüm müntəzəm aşağı dəstənin oyunlarına gedən bəndənizin də başına iş gəldi. Hadisə “Bakılı” – “Energetik” matçında yaşandı. Görüşün sonlarına yaxın paytaxt təmsilçisinin futbolçusu Vurğun Həsənzadə ilə mingəçevirli Vahid Rostami arasında qarşıdurma yaşandı. Əvvəlcə ikili söz savaşı edib, bir-birlərini itələdikdən sonra “Bakılı”nın futbolçusu rəqibinin başına şillə vurdu. Dərhal sonra qonaq komandanın digər üzvləri komanda yoldaşlarının müdafiəsinə qalxdılar, meydanda kütləvi dava yaşandı. Hakimlər briqadası və komandaların məşqçilər heyətinin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün oldu. Matç başa çatdıqdan sonra “Energetik”in vitse-kapitanı Ruslan Həmidov meydan sahiblərinin paltardəyişmə otağına hücum çəkdi. Onu buna vadar edən paytaxt komandasının oyunçularından birinin ağır söyüş işlətməsi oldu. Hətta Həmidov rəqibini bıçaqlamaq da istədi. Lakin polis əməkdaşlarının səyləri nəticəsində bıçaq işə düşmədi. Hadisəni videolentə almaq istəyərkən “Energetik”in futbolçusu Tural Məmmədov üstümə hücum çəkdi, telefonumu əlimdən alıb yerə çırpdı. İntizam Komitəsi onu hərəkətlərinə görə 3 oyunluq cəzalandırdı, 160 manat cərimələdi. Mövsümün qoçusuna bu qədər az cəzanın verilməsi hamı üçün sual olaraq qaldı.
…səxavətlisi
Birinci divizion bütün pis olaylarla yanaşı, yaxşı hadisələrlə də yadda qaldı. Hələ yayda AFFA prezidenti Rövnəq Abdullayevin İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə müsahibəsində “PFL-ə göstəriş verilib ki, birinci diviziona ciddi nəzarət etsin və növbəti mövsüm üçün 4 komanda hazırlasın” deməsindən sonra PFL aşağı dəstəyə tam ciddiliklə yanaşmağa başladı. Qurum aşağı dəstənin işıqlandırılması yönündə bölgələrə səfərlər təşkil etdi. Belə ki, Zaqatalaya iki, Ağsu və İmişlinin hərəsinə bir səfər gerçəkləşdi. Bundan əlavə, TFL “Topaz”la birlikdə həyata keçirdiyi layihə əsasında oyunları yaxşı işıqlandıran jurnalistlər üçün 500 manat ayırdı. PFL-dən yalnız media yox, həm də futbolçular razı qaldı. Qurum onları da sevindirdi. Ramin Musayevin rəhbərlik etdiyi qurum ötən mövsüm aşağı dəstədə ayın ən yaxşı qolunu müəyyənləşdirdi. Qalibə 500 manat pul hədiyyəsi və xatirə mükafatı təqdim olundu. Sentyabrda “Şəmkir”dən Qeyrət Qənbərov, oktyabrda “Zaqatala”dan Emin Mehdiyev, noyabrda “Bakılı”dan Nurlan Məmmədzadə, fevralda “Zaqatala”dan Kamil Nurəhmədov, martda “Səbail”dən Orxan Qurbanlı və nəhayət, apreldə “Qaradağ Lökbatan”dan Rüfət Məmmədov baş mükafata sahib çıxdı. Bütün bunları nəzərə alaraq, PFL-i “mövsümün səxavətlisi” adlandırmaq olar.
ŞƏFİ ŞƏFİYEV
Многие еще не посмотрели


Секс мужчины и женщины видео

-----

По другому я не думал


Киски девушек крупным планом

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:11 Şəhriyar Parisdə beşinci oldu Bu gün, 14:09 Kamran “gümüş”lə kifayətləndi Bu gün, 14:08 Məğlubiyyət və “sülh” Bu gün, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Bu gün, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Bu gün, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Bu gün, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Bu gün, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Bu gün, 13:58 “Neftçi” bu gün başlayır Bu gün, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Bu gün, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Bu gün, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Bu gün, 13:49 Şeydayev darmadağına sevindi Bu gün, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Bu gün, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Bu gün, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Bu gün, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Bu gün, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Bu gün, 13:11 “Qəbələ”dən növbəti transfer Bu gün, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır Bütün xəbərlər
Ən çox oxunanlar