18 dek 17:21divizion, manset

“Adımın “qara siyahı”da qalması mənə pis təsir edir”

“Adımın “qara siyahı”da qalması mənə pis təsir edir”
Birinci divizionda danışılmış oyunlarla bağlı araşdırmalar davam edir. Ötən saylarımızda İntizam Komitəsinin (İK) məlum “qara siyahı”sında yer alan 24 nəfərdən 16-na bəraət verildiyini yazmışdıq. Üstəlik, İK-nın qalan 8 nəfərin yer aldığı siyahıya daha iki futbolçunun adını əlavə etdiyini də xəbər vermişdik. Həmin siyahıda yer alan bəzi futbolçularla da danışmıdıq. Adı oyun alğı-satqısında hallanan və şübhəli kimi bu işə cəlb olunan futbolçulardan daha tanınmışı birvaxtlar milli komandanın da şərəfini qoruyan Cəmşid Məhərrəmovdu. Onun adı AFFA-nın açıqladığı ikinci siyahıda da şübhəlilər arasında yer alıb.
Dünən Məhərrəmovla əlaqə saxlayıb, vəziyyətin nə yerdə olduğunu aydınlaşdırmağa çalışdıq. Təcrübəli futbolçu deyir ki, dünən AFFA-da olub və işi aparan şəxslərlə görüşüb: “Adımın “qara siyahı”da qalması mənə pis təsir edir. Bu gün (dünən) getdim AFFA-ya və araşdırmaları aparan hüquqşünaslarla görüşdüm. Mənə bir neçə sual verdilər. Onların əlində mənimlə bağlı hansısa videogörüntü yoxdu. Sadəcə, qarşlaşmaların birində hakim idarəçiliyi ilə bağlı suallara cavab verdim. Soruşdum ki, konkret həmin məsələ ilə bağlı kim qəti fikir söyləyə bilər? Özləri də anladılar ki, mənim heç bir təqsirim yoxdu. İndiyə kimi heç bir oyun alğı-satqısında iştirak etməmişəm. Bundan sonra da etmərəm. Bildirdilər ki, hələ araşdırma gedir, bir müddət sonra hər şey üzə çıxacaq. Adımın “qara siyahı”da olması haqsızlıqdı. İstəyirəm ki, bu ləkə ustumdən götürülsün. Mən də durub kiməsə nəsə deyə bilərəm. Hər ağızdan çıxanı yazmaq da lazım deyil axı. Adımın siyahıda olması hövsələmi lap daraldır. Onları da başa düşürük, futbolumuzun rəhbərləridi. Hardansa siqnallar ötürülüb. Nə qədər ağır olsa da, onlara da bizi yoxlamaq, şübhə altına salmaq çətindi. Yoxlayırlar- yoxlasınlar, burda heç bir problem yoxdu. Onsuz da təmiz olduğumuza əminik. Qoy günahkar olanlar düşsünlər ortalığa, özlərini müdafiə etməyə çalışsınlar. Mənim heç bir günahım yoxdu”.
“Qara siyahı”da adı qalan “Göyəzən”in futbolçusu Tunar Şahtaxtinski isə hər şeyi klub rəhbərliyinin öhdəsinə buraxıb: “Düzdü, ikinci siyahı açıqlanandan sonra bəzi futbolçular gedib AFFA-ya görüşüblər. Mən isə getmədim. Heç bir təqsirim yoxdu. Hər şeyə klub rəhbərliyi nəzarət edir. Deyilənlərə görə, araşdırmalar davam edir. Görək başımıza nə gəlir”.
Aşağıda adları sadalanan şəxslərlə isə əlaqə saxlaya bilmədik. Xəbər verdiyimiz kimi, “Şahdağ”ın nigeriyalı legionrei Uçe Çukunyere iki ay əvvəl Azərbaycanı tərk edib. Qusar təmsilçisinin inzibatçısı Rafael Kübərov, “Göyəzən”in futbolçusu Arzuman Vəliyev və hakim Anar Niyazovla isə danışa bilmədik.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:52 İslamiada xəbərləri Dünən, 17:51 Şəhriyar liderliyini davam etdirir Dünən, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı Dünən, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib Dünən, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq Dünən, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi Dünən, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? Dünən, 15:59 İlk oyunda məğlubiyyət Dünən, 15:58 Mövsümün ən az qol vurulan turu Dünən, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə Dünən, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu Dünən, 15:45 FİFA referiləri İslamiadada! Dünən, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur Dünən, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi Dünən, 15:36 TURUN MƏŞQÇİSİ Dünən, 15:35 TURUN SİTATI Dünən, 15:33 TURUN OYUNÇUSU Dünən, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu Dünən, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib Dünən, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək Dünən, 15:27 “Neftçi”yə yeni rəis gəlir Dünən, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi Dünən, 15:23 “Forza Neftçi” qərarını verdi Dünən, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı Dünən, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib Dünən, 15:16 Yunanıstana geniş heyətlə Dünən, 15:12 Pevtsov iki pillə irəlilədi Dünən, 15:11 Ən güclü boksçular müəyyənləşdi Dünən, 15:10 Tokioda medala yaxın düşmədilər 26-04-2017, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! 26-04-2017, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? 26-04-2017, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı 26-04-2017, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib 26-04-2017, 20:26 “Energetik” həkimin ümidinə qalıb 26-04-2017, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" 26-04-2017, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi 26-04-2017, 20:09 İslamiada xəbərləri 26-04-2017, 20:07 Azərbaycan derbisində yenə “sülh” 26-04-2017, 20:05 Kseniya “Beşiktaş”la sevindi 26-04-2017, 20:04 Dadaşov məyus oldu 26-04-2017, 20:02 Lider büdrədi, ancaq yıxılmadı 26-04-2017, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs 26-04-2017, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı 26-04-2017, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb 26-04-2017, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı 26-04-2017, 19:43 AZAL “Zirə”yə təslim olacaq? 26-04-2017, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi 26-04-2017, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək 26-04-2017, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv 26-04-2017, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... Bütün xəbərlər
Ən çox oxunanlar