07 may 15:39divizion

“Şahdağ” PFL-in saytındakı səsvermədən narazıdı

“Şahdağ” PFL-in saytındakı səsvermədən narazıdı
Xanbaba Daşdı: “Rəqibin maşallahı var, səsləri dayanmadan artır”

Bildiyiniz kimi, PFL premier-liqa ilə yanaşı, təşkilatçısı olduğu birinci divizionu da diqqət mərkəzində saxlayır. Adı çəkilən qurum bu mövsüm aşağı dəstədə ayın ən yaxşı qolunu müəyyənləşdirir, qalibə mükafat verirdi. Birinci divizionda vurulan ən yaxşı 5 qol arasından biri azarkeşlər, idman jurnalistləri və PFL nümayəndələrinin səsverməsi yolu ilə seçilirdi. Seçimdən əvvəl ay ərzində vurulan ən yaxşı 5 qolun videosu qurumun rəsmi saytında yerləşdirilirdi. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik idilər. Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahib idilər. 20 faiz isə PFL-ə məxsus olurdu. Səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirirdi. Yox, hər iki tərəfin seçimi üs-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmirdi. Doğrudan da PFL-in bu addımını birinci diviziona marağı artırmaq baxımından alqışalayiq saymaq olar. Təbii ki, seçim ədalətli aparılsa…
Son günlər aprelin ən yaxşı qolu ilə bağlı bəzi müəmmalar ortaya çıxıb. Bununla bağlı “Şahdağ”ın mətbuat katibi Xanbaba Daşdı özünün “feysbuk” hesabında etiraz edib. O yazır: “PFL-in aprelin ən yaxşı qolunu müəyyənləşdirmək üçün təşkil etdiyi sorğuda nələr baş verir? Birinci dövrədə oyunçumuz Habil Nurəhmədov bütün rəqiblərindən 800 səs irəlidə olduğu halda, gecə rəqib oyunçulardan biri Habilidən 400 səs irəli keçdi. Bir gecəyə 1000-dən çox səsi necə toplamaq olar axı? İndi isə oyunçumuz Vüqar Asəliyev səsvermədə yer alıb. Ancaq rəqib oyunçunun səsləri dayanmadan artır. Diqqət yetirsək, "Şahdağ" azarkeşlərinin sosial şəbəkələrdəki fəallığı göz önündədi. İki gündü gecə-gündüz çalışıb, azarkeşlərin verdiyi səsi toplayıb ikinci pilləyə qaldırmışıq Vüqarı. Ancaq rəqibin maşallahı var, səsləri dayanmadan artır”.
Daşdı ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışdıq. Onun münasibəti belə oldu: “Birinci dövrədə Habil Nurəhmədov ən yaxşı “5-liy”ə düşəndə müəmma yaranmışdı. Biz şübhələnmişdik. Habilin 800 səsi var idi. Gecə saat 12-də rəqiblərdən birinin səsi birdən-birə 800 çoxalaraq 1200-ə qalxdı. Amma biz üstünə getmədik. Biz bilmirdik, səslər necə yığılıb. Amma dünən (srağagün) “Qaradağ Lökbatan”ın oyunçusu Rüfət Məmmədovun qolu 81 səs yığmışdı. Biz də səsvermə ilə Vüqarı birinci yerə qaldırdıq. Biz bunu edən kimi rəqibin səsləri birdən-birə qalxmağa başladı. Gözlənilməz halda səslər çoxaldı. Yəqin ki, proqram qoşublar. Bu heç də yaxşı şey deyil. Eşitmişəm ki, güya səsvermədə bir nəfər dəfələrlə səs verə bilir. Yəni “google chrome”da bir neçə pəncərə açıb, istədiyi qədər səs verə bilər. Bu doğru deyil”.
Məsələ ilə bağlı PFL-in saytının baş redaktoru Elgiz Abbasovla əlaqə saxladıq. O belə şeyin mümkün olmadığını bildirdi: “Azarkeşlər və jurnalistlər səsvermənin 40 faizinə sahibdi. PFL isə 20 faizinə. Saytdakı səsvermə yalnız azarkeşlər üçündü. Bu hər şeyi həll etmir. Jurnalistlərin və bizim səsimiz də önəmlidi. Bəli, bir nəfərin dəfələrlə səs verə bilməməsi üçün çalışdıq. Bu işi bizim İT mütəxəssisimizə tapşırmışdıq. O hər şeyi qaydasına salmışdı. İndi kimsə bir neçə dəfə səs verə bilirsə, deməli, texniki nasazlıq var. Biz bunu aydınlaşdıracağıq. İstəyirik ki, bir İP-dən bir səs verilsin. Əks halda haqsızlıq olar. Bizim tərəfkeşlik etmək hüququmuz yoxdu. Heç kimin haqqına girmək olmaz”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar