03 may 13:19divizion

Divizion klubları sənədləri AFFA-ya təqdim edib

Divizion klubları sənədləri AFFA-ya təqdim edib
“Səbail”dən başqa maliyyə meyarını yerinə yetirən yoxdu

Ötən həftə birinci divizionda mövsümə yekun vuruldu. “Futbol ili”nin yekunlarına əsasən “Turan Tovuz” aşağı dəstənin çempionu oldusa, debütant “Səbail” gümüş medala sahib çıxdı, “Ağsu” isə üçüncü yeri tutdu. PFL-in Əsasnaməsinə görə, hər üç komanda premyer-liqaya vəsiqə qazanıb. Lakin bu o demək deyil ki, adı çəkilən klublar növbəti mövsüm elitada çıxış edəcək. Hər birimiz yaxşı bilirik ki, əsl Azərbaycan liqası sayılan “vəhşi diviziya”da hər şey əndrəbadidi. Burda hətta sonuncu yeri tutan komanda belə premyer-liqaya vəsiqə qazana bilər. Bunun əsas səbəbi aşağı dəstədə yüksək yerlərdə qərarlaşan komandaların lisenziyalaşdırmanın şərtlərinə əməl edə bilməməsidi. Mövsüm başa çatan kimi bir sıra klublar elitada çıxış etmək istəyi ilə bağlı sənədləri assosiasiyanın Lisenziyalaşdırma Komissiyasına yollasa da, arzulanan vəsiqəyə yiyələnə bilmir. Bu il də aşağı dəstə təmsilçilərin eyni problemlə üzləşəcəyi şübhə doğurmur. Bunu nəzərə alaraq, başa çatan mövsümdə ilk “7-lik”də qərarlaşmış klubların rəsmiləri ilə əlaqə saxlayıb, Lisenziyalaşdırma Komissiyasına müraciət edib-etmədiklərini və tələb olunan meyarların hansında problem yaşadıqlarını soruşduq. Xatırlayırsızsa, ötən saylarımızın birində “Ağsu”nun elitada çıxış etməyəcəyi ilə bağlı komandanın baş məşqçisi Rüfət Quliyev açıqlama vermişdi. O, müraciət etməyəcəklərini bildirmişdi. Bu üzdən “Turan Tovuz”, “Səbail”, “Qaradağ Lökbatan”, “Şəmkir”, “Zaqatala” və “Mil-Muğan” rəsmilərinin firkirlərini öyrəndik. Öncə bildirək ki, lisenziyalaşdırmanın 5 əsas meyarı var:
1. İdman meyarları
2. İnfrastruktur meyarları
3. Kadr və İnzibati meyarlar
4. Hüquqi meyarlar
5. Maliyyə meyarları
Süleyman Tağıyev, “Turan Tovuz”un lisenziyalaşdırma üzrə meneceri: “Bu mövsüm birinci divizionda çempion olduq. Bu yer komandamızın premyer-liqada iştirakı üçün AFFA-ya müraciət etməyimizə imkan verir. Lisenziya ilə bağlı tələb olunan 5 meyardan dördü bizdə hazırdı. İdman, infrastruktur, kadr və hüquqi meyarlarımız standartlara cavab verir. Yeganə problem sponsor, bank təminatı ilə bağlıdı. Rəhbərlik əsasən bu işlə məşğul olur. Qalan hazır olan sənədlərin hamısını AFFA-ya yollamışıq. Bizim U-11, U-12, U-13, U-14, U-16 və U-19 komandalarımız var. Üstəlik, 16 yaşadək futbolçu qızlardan ibarət komandamız U-16 liqasında çıxış edir. Bütün yaş qruplarını çalışdıran məşqçilərimiz AFFA-nın tələb etdiyi müvafiq kateqoriyalara sahibdi. İdarə heyətində çalışan bütün işçilərin sənədləri qaydasındadı. İnfrastruktur meyarında bizdən stadion, baza, uşaq futbolu üçün üstübağlı məşq meydançası və trenajor zalı tələb olunur. Bunların hamısı bizdə var. Bütün bunlar hazırdı, qalır bircə maliyyə problemini həll etmək. Tovuz rayon İcra Hakmiyyəti və millət vəkili Qənirə Paşayeva da bu işdə klub rəhbərliyinə kömək edir. Onlar da istəyir ki, “Turan Tovuz” premyer-liqaya vəsiqə qazansın”.
Yusif Həsənov, “Səbail”in icraçı direktoru: “Bilirsiz ki, “Səbail” aşağı dəstənin debütantı idi. Buna baxmayaraq, mövsümün sonunda gümüş medalları qazandıq və premyer-liqaya vəsiqə verən yeri tutduq. Bəli, biz artıq bütün sənədləri toplayıb, AFFA-ya müraciət etmişik. Bütün məsələlər həll olunub. Lisenziyalaşdırma meyarları ilə bağlı heç bir problemimiz yoxdu. Biz bütün mövsümboyu bu işlərlə məşğul olmuşuq. Çünki məqsədimiz elitaya yüksəlmək idi. Ümid edək ki, assosiasiya “Səbail”ə “yaşıl işıq yandıracaq”.
Tahir Mustafayev, “Qaradağ Lökbatan”ın prezidenti: “Mövsümün əvvəlində bilirdik ki, elitaya yüksəlmək üçün ilk 3 yerdən birini tutmalıyıq. Lakin biz bunu bacarmadıq, sonda 4-cü olduq. Bu üzdən AFFA-ya müraciət etməmişik. Çünki ixtiyarımız yoxdu. Bizdən əvvəlki komandalardan kimsə getməsə, şansımız yaranacaq. Bunu bizə qabaqcadan deyəcəklər. Nəyəsə hazırlaşmağa həvəsimiz də yoxdu. Bizim hər cür şəraitimiz var. 5 meyardan dördünə cavab veririk. Maliyyə ilə bağlı müəyyən çətinliklərimiz var. Amma deyilsə ki, elitaya hazırlaşın, hər şeyi yoluna qoyacağıq. Nəyimiz çatmırsa, hamısını düzəldərik. Amma indiki halda heç nə bilinmir”.
Vaqif Əliyev, “Şəmkir”in lisenziyalaşdırma üzrə meneceri: “Premyer-liqaya aşağı dəstədən 3 komanda yüksələcək. Biz “3-lüy”ə düşməsək də, lazım olan bütün sənədləri AFFA-ya təqdim etmişik. Bəli, müəyyən çatışmazlıqlarımız var. Əsas problem maliyyə meyarı ilə bağlıdı. Onu da iki-üç günə çatdıracağıq. İnfrastruktur məsələlərində də müəyyən axsamaları aradan qalırmağa çalışırıq. Artıq stadionumuzda təmir işlərinə başlanılıb. Uşaq futbolunda isə heç bir problem yoxdu. Elitaya yüksəlsək, komandada ciddi dəyişikliklər də olacaq. Maliyyə meyarı ilə bağlı həm rəhbərlik, həm də mühasibatlıq məşğul olur. Ümid edək ki, vaxtında çatdıra biləcəyik və premyer-liqaya vəsiqə qazanacağıq”.
Bəxtiyar Musayev, “Zaqatala”nın icraçı direktoru: “Birincisi, biz mükafatçılar sırasında yer almamışıq. Elitada çıxış edib-etməyəcəyimiz bilinmir. Bilirsiz ki, klubumuz AFFA-dan maliyyələşir. Onların qərarı, bir müsbət cavabı olmadan “Zaqatala” premyer-liqada çıxış etmək üçün müraciət edə bilməz. Bu üzdən sənədləri yığmamışıq. Bir müddət əvvəl Lisenziyalaşdırma Komissiyasından gəlib yoxlamışdılar. Klub bir sıra meyarlara cavab verirdi. Bizdə yalnız U-19 və əvəzedici komanda çatışmırdı. Digər yaş qrupları üzrə komandalarımız var. Üstəlik, infrastrukturumuz da əladı. Əsas problem maliyyə və bank təminatı ilə bağlıdı. Yuxarıdan razılıq gəlsə, təbii ki, bütün sənədləri təqdim edəcəyik. Onlardan hələ bir xəbər yoxdu deyə, baş məşqçi məsələsi ilə bağlı da qərar verə bilmirik. Bilmirik, elitada çıxış edəcəyik, yoxsa birinci divizionda. Qoy hər şeyə aydınlıq gəlsin, rəhbərlik bu posta təyinatı açıqlayacaq”.
Mirheydər Səfiyev, “Mil-Muğan”ın prezidenti: “Çempionatda ilk 3 yeri tutan komandalar elitaya yüksələcək. Onlardan hansısa problemlə üzləşsə, aşağıdakıların şansı yaranacaq. Mövsümü 7-ci pillədə başa vurmuşuq. Buna baxmayaraq, bütün sənədləri AFFA-ya təqdim etmişik. Lisenziya üçün tələb olunan bütün meyarlara cavab veririk. Bircə maliyyə meyarında çatışmazlıq var. Bizim bank təminatımız yoxdu. Klub rəhbərliyi bu işlərlə məşğul olur. Ümid edirik ki, yaxın günlərdə bu problem həllini tapacaq. Ola bilər, növbəti mövsüm elitada çıxış edək. Biz bunu çox arzulayırıq”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:30 “Qüvvələr nisbəti bərabər deyildi” Bu gün, 12:28 Basketbol Federasiyası bəyanat yaydı Bu gün, 12:26 Qadzenin transferi yaya qaldı Bu gün, 12:24 Mütəxəssislər Roberto Bordinin qərarına hörmət edir Bu gün, 12:22 Futbolçuları Bordinin həmyerlisi müayinə etdi Bu gün, 12:21 PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir Bu gün, 12:19 Tanış serblər Obradoviçi təriflədilər Bu gün, 12:17 Elbrus Məmmədov “Sumqayıt”dan ayrılmayacaq Bu gün, 12:15 "Qarabağ" qələbənin bəhrəsini gördü Bu gün, 12:11 “Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq Bu gün, 12:07 “İnter”də ayrıldılar, “Sabah”da qovuşdular Bu gün, 11:06 Futzalın kubok mənzərəsi Bu gün, 11:04 “Ağsu” Şamaxıda meydana çıxacaq Bu gün, 11:03 Şeydayevlə Səmədov BƏƏ-yə yollandı Bu gün, 11:02 Klub rəhbərliyi Nasimovu əliboş yola salıb Bu gün, 11:00 “Qardaşlar” Region Liqasına hazırlaşır Bu gün, 10:58 Liderlər üçün “qara həftə” Bu gün, 10:57 Oxucu məktubu Bu gün, 10:55 "Zirə"nin bütün rəqibləri açıqlandı Bu gün, 10:53 Elvin Bədəlov “Sumqayıt”da baxışdadı Bu gün, 10:52 “Qəbələ” Adeniyisiz hazırlaşır Bu gün, 10:51 Karikari BƏƏ-yə yollandı Bu gün, 10:49 Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçildi Bu gün, 10:46 “Kəpəz” Tovuzda uduzdu Bu gün, 10:45 Pedronun iki variantı var Dünən, 14:51 Tahir Süleymanov “Neftçi”nin tədbirinə dodaq büzdü Dünən, 14:49 Qış "transfer pəncərəsi" rəsmən açıldı Dünən, 14:46 Eddidən növbəti 90 dəqiqəlik oyun Dünən, 14:45 Almeyda Koreyadan gələn təklifi rədd edib Dünən, 14:42 Riçardın “Astana” karyerasına baxış... Dünən, 14:39 Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi Dünən, 14:30 “Zirə” Antalyaya 8-ci səfərini gerçəkləşdirdi Dünən, 14:28 “Hücumçudan necə oynadığını yox, neçə qol vurduğunu soruşurlar” Dünən, 14:20 Komitə üzvləri Obradoviçi təriflədilər Dünən, 14:17 1/16 finalçılar müəyyənləşdi Dünən, 14:14 “Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər Dünən, 14:08 Elbrus Məmmədov Obradoviçin köməkçisi olacaq Dünən, 14:06 Coşqun Diniyev “Sabah”la anlaşdı Dünən, 14:02 Həftənin idman proqramı Dünən, 13:59 Klublar çempionatı boykot etdi Dünən, 13:57 “Keşlə” Antalyaya yollandı, Kərimi əməliyyat olundu Dünən, 13:55 Dario gəldi, “Neftçi” getdi Dünən, 13:54 “Araz”ın sabiq qapıçısı Alfa Liqada iki dəfə çox qazanır Dünən, 13:50 “Sabah” qələbəylə başladı Dünən, 13:49 “Qəbələ” qələbə ilə getdi Dünən, 13:46 Delarj gələcəyini “Qarabağ”da görür 13-01-2019, 18:41 “Şüvəlan” Tural Qürbətovla güclənib 13-01-2019, 18:38 Ayxan Abbasov baxışda olanları bəyənməyib 13-01-2019, 18:36 “Sumqayıt” ikinci yarıda coşdu 13-01-2019, 18:33 Vüqar Həşimov yad olundu 13-01-2019, 18:32 Dino 19 qol vursa da... 13-01-2019, 18:30 Kubok sürprizlərlə başladı 13-01-2019, 18:25 “Astana” Almeydanı icarəyə verir 13-01-2019, 18:24 Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi oldu 13-01-2019, 18:22 Hakimlərin Mingəçevir toplanışı başladı 13-01-2019, 18:14 Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi 13-01-2019, 18:11 Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır Bütün xəbərlər
Ən çox oxunanlar