13 in 13:11divizion

“Turan”ın futbolçuları premyer-liqanın həsrətini çəkir


Aqşin Muxtaroğlu: “Belə görürəm ki, divizion elə-belə şeydi, bu liqanın heç bir mahiyyəti yoxdu”
Gələn mövsüm də premyer-liqada 8 komanda olacağı böyük ölçüdə dəqiqləşib. Elxan Məmmədov bunun işarəsini verdi. AFFA-nın içraçı vitse-prezidenti səviyyənin yüksək olmasını komandaların sayından önəmli tutdu. Əslində çempionatda komanda sayının artırılması müəllimlərin əlində yaxşı “silah”dı. Nə vaxt başları sıxılsa, bu mövzü ilə gündəmi dəyişirlər. Əllərində “Kəpəz” və “Turan” kimi iki böyük klub var. Fikir verin, bu söhbətlər həmişə Azərbaycan millisinin fiasko ilə nəticələnən çıxışlarından sonra gündəmə gəlir. Bununla sanki hər şey unudulur və futbol ictimaiyyəti də bayram etməyə başlayır.
Hələ aylar öncə PFL prezidenti Ramin Musayev canlı yayında adı çəkilən iki komandanın premyer-liqada olacağını açıqlamışdı. Elə o vaxt da bunu ciddiyə almamışdım. Çünki Musayev ölkə futbolunda güclü fiqur və ya ciddiyə alınacaq sima deyil. Onun üçün futbol bir neçə nəfərin o yan-bu yana qaçmasından ibarətdi. Hələ o vaxt bəzi həmkarlar çempionat davam edərkən, PFL rəhbərinin “Kəpəz” və “Turan”ın premyer-liqaya gələcəyini söyləməsinin yanlış olduğunu bildirmişdi. Əsas kimi də idman prinsipləri göstərilirdi. Guya Ramin bəyin bu açıqlaması divizionda mübarizə aparan başqa komandalara hörmətsizlik imiş. “İndidən əsas liqaya yüksələn komandalar bəllidisə, o birilər niyə mübarizə aparır” kimi suallar ortaya atılırdı. Halbuki PFL rəhbəri açıqlama verərkən bütün bu məqamları diqqətdən qaçıra bilərdi. Hətta heç ağlına da gəlməmişdi bu deyilənlər.
Bu yaxınlarda isə Ramin Musayev bu sözü özündən çıxardığını deyib, belə bir ehtimalın, planın olduğunu açıqladı. Əslində isə günahı “yuxarı”ya atdı. “Mən də onların yalançısıyam” demək istədi. Hər halda, nə “Kəpəz”in, nə də “Turan”ın premyer-liqaya gələcəyinə ümid var. Ortada isə nə üçün mübarizə aparan, niyə çempion olduğu bəlli olmayan divizion təmsilçiləri var. Builki çempion “Turan” da onlardan biridi. Tovuz təmsilçisi ilboyu premyer-liqa ümidi ilə mübarizə aparsa da, sonda xəyallar suya düşdü. AFFA-nın koronavirus pandemiyası səbəbindən erkən çempion elan etdiyi komanda sevincini tam yaşaya bilmədi. Bütün bunların “Turan”a necə təsir etdiyini və ən əsası, bu işdə əsas “rol”da olan oyunçuların nə düşündüyü öyrəndik. Komandanın əsas üzvlərindən Elxan Məmmədovun açıqlamasına münasibət bildirmələrini rica etdik.
Səbayıl Bağırov: “Bizim əsas məqsədimiz komandanın çempion etmək idi. Çox şükür, bunu bacardıq. Futbolçunu işi də budu. Əsas liqaya çıxıb-çıxmamaq isə bizim işimiz deyil. Ancaq rəhbərlik də onu fikirləşirdi ki, çempion olaraq premyer-liqaya getmək daha yaxşıdı. Açığı, hələ də gözləyirik. Bəlkə də sevindirici bir qərar oldu. Hər şey Tovuz üçün yaxşı olsun, ən əsası budu. Çünki bu qədər azarkeş, futbolu sevən insan var burda. Hamının gözü premyer-liqada idi. Komandanın orda oynamasını istəyirdilər. Mən artıq “Turan”da ikinci çempionluğu yaşayıram. Hər dəfə də əsas məqsədimiz premyer-liqaya yüksəlməkdi. Ancaq ora vəsiqə qazanmaq bizim işimiz deyil. Özüm əsas liqadan təklif gəlsə, dəyərləndirəcəm. Lakin komanda şəklində premyer-liqaya gələ bilməmək adamı məyus edir. Mənim üçün “Turan”la əsas çempionatda oynamaq daha yaxşı olardı”.
Aqşin Muxtaroğlu: “Açığı, premyer-liqaya gələcəyimizi fikirləşirdik. Çempion kimi getmək istərdik. Mətbuatdan oxuyurduq, “Kəpəz”lə “Turan”ın əsas liqada olacağını eşidirdik. Biz də futbolçular olaraq ona hazırlaşdıq. Yenə də xəbər gözləyirik. Ancaq eşitmişik ki, yenə 8 komanda olacaq. Amma hələ dəqiq deyil. Premyer-liqaya buraxılmasaq, bizim üçün növbəti sarsıntı olacaq. Mən artıq 5 ildi divizonda çıxış edirəm. Dörd dəfə fərqli komandalarla çempionluq yaşamışam. Heç biri də əsas liqaya yüksəlməyib, indi də çıxacağını gözləmirəm. Belə görürəm ki, divizion elə-belə şeydi, bu liqanın heç bir mahiyyəti yoxdu. Bu çempionatda perspektiv də qalmayıb ki, oynamaq üçün həvəs olsun”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar