05 in 15:45divizion

“Premyer-liqanın sonuncusu mütləq aşağı düşməli, əvəzində “Turan Tovuz” ora yüksəlməlidi”


Oqtay Abdullayev AFFA-dan kömək istəyir
Sona 8 tur qalmış pandemiya səbəbindən birinci divizionda mövsümə erkən nöqtə qoyuldu. “Turan Tovuz” 2019/20 “futbol ili” üçün aşağı dəstənin çempionu elan olundu. Tovuzluların mətbuat xidməti çempionluq münasibəti ilə “feysbuk” sosial şəbəkəsində paylaşım edib: “Sevindirici xəbərlə başladıq mövsümə. Stadionumuz təmir olunacaq, beynəlxalq standartlara çatdırılacaq, akademiya tikiliəcək xəbərinə hamımız uşaq kimi sevindik. Amma çətin, əziyyətli, keşməkeşli bir sınaq gözləyirdi bizi. Oyunlarımız məbədimizdən uzaqda olacaqdı. Zatən bütün zəhmətə qatlaşmaq, komandamıza xidmət etmək üçün yığışmışıq, bir ailə olmuşuq burda, amalımız birdi - "Turan Tovuz"umuza vicdanla xidmət etmək.
Gün oldu stadionumuzda məşq etdik, 2 kilometr uzaqda çimməyə yollandıq, paltarımızı avtobusda, tribunada dəyişdik, kirayə tutulan evdə yuyuldu geyimlərimiz, o evdə barmaqlarından bal daman aşpaz xalalarımız doyurdu qarnımızı, xadimə xalalarımızın gül kimi təmizlədiyi otaqlarda yaşadıq üç-üç, beş-beş. Komandanın maliyyə və təşkilati məsələlərini yoluna qoymaq, haqqını qorumaq üçün gecə-gündüz çalışdı rəhbərliyimiz. Şəmkirdə keçirdiyimiz oyunlarda, eləcə də stadionumuzda məşq keçməmiz üçün təsərrüfat müdiri, stadion direktoru, fəhlələrimiz, santexnikimiz durmadan çalışdılar. Bir yandan uşaq futbolunun qeydiyyatı, bir yandan lisenziyalaşdırma, bir yandan mətbuatla əlaqələri idarə etmək üçün mətbuat katibimiz əlindən gələnin 5 qatını sərgilədi. 2 gündə 2 komandamızı səfər oyununa apardı sürücümüz. Hər zaman yanımızda, bizə dəstək olan uşaq məşqçilərimizin də əziyyəti danılmazdı. Bəzən sapı özümüzdən olan baltalar oldu, içdən, çöldən baltalamağa çalışdı əməyimizi. Amma məşqçilərimizin əməyi, zəhməti, hədər getmədi.
Meydanda şərəflə, ləyaqətlə, tərinin son damlasına qədər mübarizə aparan futbolçularımızın əməyinə xüsusi alqış düşür. Hə, bir də arxamızda duran onminlərlə "Turan"çının dəstəyi və duası vardı. Məşqlərimizdə belə daim dəstəyini əsirgəməyən azarkeşlərimizə min alqış. Əziyyətdən yorulmadıq. Amalımız bir idi çünki. Yorulmadıq, inandıq, bacardıq. Anamızın ağ südü kimi halal çempionluğumuzu doyunca qeyd edin!
Bu yolda əməyini, gücünü, zəhmətini əsirgəməyən gizli qəhrəmanlarımızın hər birinə təşəkkür və alqış düşür.
Bu əziyyətin qarşılığı premyer-liqadı”.
Bəli, idman prinsiplərinə görə “Turan Tovuz” aşağı dəstənin qalibi kimi növbəti mövsümdən premyer-liqada çıxış etməlidi. Ancaq nə etmək olar ki, artıq neçə illərdi Azərbaycan futbolunda bu prinsipə baxan yoxdu. Ya ümumiyyətlə, aşağıldan yuxarı çıxan olmur, yüksələn olanda da başqa göstəricilər əsas götürülür.
İlboyu “Kəpəz” və “Turan Tovuz”un 2020/21 mövsümündən elitada çıxış edəcəyi deyilirdi. Hər iki klubun azarkeşləri də böyük səbirsizliklə sevdikləri komandanı premyer-liqada gözləyirdilər. Ancaq AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bazar ertəsi verdiyi açıqlama ilə qərb bölgəsinin futbolsevərlərinin arzusunu gözündə qoydu, onların elita istəyinin üstündən çalın-şarpaz xətt çəkdi.
Birinci divizionun son qalibinin - “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə söhbətə də elə bu mövzudan başladıq: “Əvvəlcə onu bildirim ki, çempionat yarımçıq saxlanılmasa belə, biz çempionluğa gedirdik. Bu da klubda aparılan işlərin nəticəsidi. İkinci dəfə çempion olsaq da, premyer-liqada oynaya bilməyəcəyik. Çempiona elitada çıxış etməyə imkan verilmirsə, onda divizionda çempionat keçirmək kimə lazımdı? Birdəfəlik deyilsin ki, elitada 8 dəyişməz komanda olacaq. Bunu elan etsinlər və aşağı dəstədə çıxış edən klubların rəhbərliyi, futbolçular, azarkeşlər də bilsinlər. Premyer-liqada sonuncu olacaq komanda mütləq aşağı düşməli, əvəzində isə biz, yəni “Turan Tovuz” ora yüksəlməlidi. Onsuz da hamı bilir ki, bu gün elitada çıxış edən 8 klubdan beşinə AFFA baxır. Bu dəfə onlardan birini çıxarsınlar, bizə orda mübarizə aparmaq şansı tanısınlar. AFFA üçün nə fərqi var, pulu o komandaya ayırır, yoxsa “Turan Tovuz”a. Ötən müsahibələrimdə də qeyd etmişəm və bu gün də təkrarlayıram, elitanın coğrafiyası genişlənməli, premyer-liqada bölgə təmsilçilərinin sayı artmalıdı. Yüksək dəstədə Mingəçevir, Quba, Qusar, Zaqatala, Lənkəran, Şəmkir, Masallı komandaları olmalıdı”.
Müşahidə Şurasının sədri mükafatlandırma mərasiminin nə vaxt keçiriləcəyindən xəbərsiz olduğunu bildirməklə yanaşı, Tovuzdan olan iş adamlarının kluba maliyyə ayırmamasından da narazı qaldığını vurğuladı: “Çempionluq yolunda əziyyəti olanların hamısına təşəkkür edirəm. Azarkeşlərimizi də yaddan çıxarmaq olmaz. Onların sayəsində biz bu çempionluğa nail olduq. Mükafatlandırmaya gəlincə, medalların nə vaxt veriləcəyi barədə bizə heç nə deyilməyib. Qərar iki gündü açıqlanıb, ola bilsin, yaxın vaxtlarda nəsə deyərlər. Elə bilirsiz ki, komandanın çempion olmasını hamı qəbul edir? İlboyu bizi istəməyən, əslən Tovuzdan olan bəzi bədniyyətli adamlar deyirdilər ki, “Turan Tovuz” oyun satır. Çempionluğa oynayan, qarşısına çempion olmağı məqsədi qoyan komanda oyunu necə sata bilər? İki mövsüm əvvəl çempion olanda da bu “mahnılar”ı eşidirdim. Bu illər ərzində mənim ünvanıma nələr deyilmədi? Ancaq sonda bir daha göründü ki, tovuzlu olub, Tovuz futboluna düşmən kəsilən bir qrup adamlara yanlış məlumatlar ötürməklə məşğul imişlər. İllik büdcəmiz 350 min manat təşkil edir. Devalvasiyadan əvvəlki vaxt olsaydı, bəlkə də bu pulla elitada da oynamaq olardı. Ancaq indi durum fərqlidi. Məni ən çox məyus edən rayonun imkanlı şəxslərinin kluba sahib çıxmaq istəməməsidi. Tovuzda hamı bilir ki, bu gün AFFA “Turan Tovuz”a pul ayırmasa, çoxdan klublar qəbirstanlığında basdırılmışdı. Bunu Tovuzun kasıbı da bilir, imkanlısı da. Ancaq imkanlılar bunu bilə-bilə heç bir addım atmırlar. Sonra da deyirik ki, Tovuzda mütləq futbol olmalıdı, orda istedadlı uşaqlar var. Bəli, perspektivli yeniyetmə və gənclər var, ancaq imkanlı tovuzlular həmin gənclərə sahib çıxmaq istəmirlər”.
RƏŞAD
penis pump - <A HREF=https://penisenlargementpumps.xyz>erectile dysfunction pump</A> - penis enlargement pills

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar