22 may 11:26divizion

Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb


Əli Səmədov: “Bildiyimiz qədər əsas diqqət premyer-liqanın bərpasına yönəlib”
Koronavirus pandemiyası səbəbindən futbolun dayanması oyunçuların fiziki hazırlığına da təsir göstərir. Bu səbəbdən də premyer-liqa klubları müəyyən vaxtdan sonra onlayn məşqlərə başlayıb, futbolçuların formalarını nisbətən qorumağa cəhd etdilər. Ancaq məşqçilər də, oyunçular da dəfələrlə bu barədə danışarkən onlayn hazırlığın çox effektli olmadığını, yalnız 20-30 faiz xeyir verdiyini deyirlər. Elə təsadüfi deyil ki, mütəxəssislər də premyer-liqaya qaldığı yerdən başlamazdan əvvəl komandalara ən azı iki-üç həftə vaxt verilməli olduğunu bildirirlər. Düzdü, hazırda bütün diqqət əsas çempionatın başlamasına yönəlsə də, birinci divizionda da mövsüm məlum səbəbdən yarımçıq dayanıb. Üstəlik, aşağı liqa klublarının bəziləri onlayn məşqlər də etmirlər. Təxminən ikiaylıq fasilə dönəmində oyunçuların nə iş gördüyü, necə hazırlaşdığı sual altındadı. Bu səbəbdən də birinci divizion təmsilçisi “Kəpəz”in kapitanı Əli Səmədovla karantin günlərində komandanın və özünün necə məşq etməsi barədə söhbət etdik.
Dünən əlaqə saxladığımız Gəncə təmsilçisinin üzvü açıqlamasında əvvəlki formasından uzaq olduğu etiraf etdi: “Bu müddəti evdə keçirdik desək, yalan olmaz. Yalnız ev şəraitində məşqlər etməyə çalışırıq. Ən çox press, yerdən dartınma ilə məşğuluq. Təbii ki, topsuz çalışmaq çox çətindi. Ancaq yenə də gündəlik 40-45 dəqiqə məşq edirik. Açığı, əvvəlki formamdan çox uzağam. Belə deyək, bu hazırlıq stadiondakı məşqin 20 faizidi. Ona görə də çox kömək etmir. Sadəcə, məşğul oluruq ki, bir az faydalı olsun. Baş məşçqi Yaşar Vahabzadə də hər gün bizimlə əlaqə saxlayır. Futbolçulara aid olan əsas hərəkətləri etməyimizi söyləyir. Ən əsas kökəlməməyi tapşırır. Düzdü, hələ ki artıq çəki yığmamışam. Məncə, futbolçu özünü qorumalıdı. Peşəkar oyunçuya nəsə deməyə ehtiyac yoxdu, o öz hazırlığını etməlidi. Sabah məşqlər daha da çətin olmasın deyə, indi bacardığımız qədər çalışmalıyıq. Bu gün klublar onlayn məşqlər edirlər. Ancaq futbolçu özü məsuliyyətlidisə, buna heç ehtiyac yoxdu. Məşqlərin nə vaxt başlayacağı barədə bizə heç bir məlumat verilməyib. Bildiyimiz qədər əsas diqqət premyer-liqanın bərpasına yönəlib. Bizim nə vaxt başlayıb-başlamamağımız bəlli deyil. Onsuz da liqaya hazır olmaq üçün komandalara 3 həftə vaxt lazımdı. Ancaq bu qədər zamanın veriləcəyi inandırıcı deyil. Yenə çalışıb hazır olmalıyıq. Bir tərəfdən də havalar isinir. Başlasaq belə, çox çətin olacaq. Yenə də çempionatın bərpasının tərəfdarıyıq. İstəyirik ki, mövsümü daha yuxarı pillələrdə bitirək. Yəqin ki, çempionat azarkeşsiz olacaq. Məncə, çempionatın başlaması o qədər də problem olmaz. Düzdü, bir az təhlükəlidi. Ancaq bu da bizim işimizdi. Oynamaqla bağlı tərəddüd yoxdu. Digər ölkələrə baxanda bizdə vəziyyət o qədər də pis deyil. Məncə, oynaya bilərik”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar