29 apr 17:44divizion

Birinci divizionda çalışan məşqçilər vaxt azlığından şikayətlənir


Martdan koronovirus yayılması səbəbindən məcburi istirahətə yollanan birinci divizion komandaları mayın 21-də yenidən yaşıl meydanlara dönəcəklər. PFL-in qərarına əsasən aşağı dəstədə çempionat məhz həmin gün bərpa olunacaq. Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mayın 4-də başa çatacağını nəzərə alsaq, ikiaylıq fasilədən sonra divizon təmsilçilərinin ixtiyarında hazırlıq üçün cəmi 15 günün olduğunu görə bilərik. Bəs bu müddət futbolçuların optimal formaya düşməsi üçün bəs edəcək? Uzun fasilədən sonra komandalar iki həftəyə toparlana biləcəklərmi? Birinci divizionda mübarizə aparan komandaların baş məşqçiləri yaranmış durumla bağlı bunları söylədilər.
Yaşar Vahabzadə (“Kəpəz”in baş məşqçisi): “PFL-in qəbul etdiyi qərarla tanışam. Mayın 4-də karantin rejimi aradan qaldırılacağı halda, 21-də artıq aşağı dəstədə komandalar çempionat oyununa çıxacaqlar. Əvvəlcə onu deyim ki, şərtlər bütün komandalar üçün eynidi. Yəni geridə qalan iki ayda hamı evdə qalıb. Hansısa kollektiv məşq etməyib ki, deyəsən, onlar bizdən daha hazırlıqlı olacaqlar. İndi hər şey futbolçuların evdə olduqları müddətdə necə məşq etmələrindən asılıdı. Az da olsa, qapalı məkanda fərdi şəkildə müəyyən qədər gücün artırılmasına hesablanmış məşqlər ediblər. Çox ləngiməsək, mayın 5-i və ya 6-sı hazırlığa başlasaq, 20-nə kimi oyunçuların fiziki durumunu normal vəziyyətə gətirmək mümkündü. Ancaq istənilən halda oyun praktikası sarıdan əziyyət çəkəcəklər. İki aydı futbolçular buna həsrət qalıblar. Bu çatışmazlığa aradan qaldırmaq üçün isə minimum2-3 oyun gözləməliyik”.
Zaur Hidayətov (“Sumqayıt-2”nin baş məşqçisi): “Uzun fasilədən sonra 15 günə komandanı çempionata hazırlamaq çox çətindi. 15 günün 8 və ya 9-u hazırlığa ayrılacaq. Onun bir günü də yüklənmədən sonra istirahətə ayrılacaq. İstirahət mütləq lazımdı. Qalan 6 gün isə oyun həftəsinə təsadüf edəcək. Həmin aralıqda futbolçuları yükləmək düzgün deyil. Maksimum 3 məşqi fiziki hazırlığa həsr edə bilərsən. Oyunöncəsi məşqin də yüngül olduğunu nəzərə alsaq, 15 günə komandanı tam hazır vəziyyətə gətirmək çox çətindi. Komanda 60-70 faiz hazır ola bilər. Fikrimcə, heç kim deyə bilməz ki, qısa müddətdə mən komandanı 21-nə qədər 100 faiz hazır edəcəm. Dünən saytların birində adını unutduğum futbolçulardan birinin açıqlamasını oxudum. Orda deyib ki, istər qış, istərsə də yayda təlim-məşq toplanışımız onsuz da 15 gün olur. Buna baxmayaraq, çempionata hazır oluruq. İndi də belə olacaq. Həmin futbolçu onu nəzərə almır ki, Antalyaya yollanmamış komanda toplanışın birinci mərhələsində təxminən 12-13 gün fiziki yükləmələr alır, ağır məşqlər keçir. İkihəftəlik Antalya toplanışında artıq texniki-taktiki yöndə hazırlaşırlar, yoxlama görüşlərində oyun təcrübəsi qazanırlar. İndi bizdə belə imkan yoxdu. Məşqlər başlayan kimi futbolçu hazır oldu-olmadı yükləmə alacaq”.
Rüstəm Məmmədov (“Zaqatala”nın baş məşqçisi): “Təbii ki, iki həftəyə komandanı çempionata hazır etmək çətin olacaq. Ancaq istəsək də, istəməsək də, bununla barışmalıyıq. Karantin rejimi aradan götürüləcəyi halda mayın 5-dən məşqlərə başlayacağıq. Ancaq bizim bir problemimiz var ki, bəzi oyunçularımız başqa rayonlarda yaşayırlar. Hələ bilinmir ki, rayonlararası gediş-gəlişə hansı tarixdən icazə veriləcək. Yerli uşaqlar isə əvvəlcədən tərtib olunan plana əsasən ilk gündən hazırlıqğa qoşulacaqlar”.
İlham Yadullayev (“Turan Tovuz”un baş məşqçisi): “İkiaylıq fasilədən sonra iki həftəyə komandanı hazır vəziyyətə gətirmək heç də asan deyil. Ancaq biz də bekar dayanmamışdıq, məşq edirdik. Karantinə çıxandan 15 gün sonra gündə iki dəfə onlayn məşq keçirdik. Komanda üzvlərinin əksəriyyəti rayonda həyət evlərində yaşadıqlarından qaçmağa imkanları var idi. Mənə elə gəlir əzələləri o qədər də tutulmayıb. Dözümlülük üzərində çalışıb, futbolçulara oyun praktikası qazandırmaq lazımdı. Təxmini plan hazırlamışam və orda iki yoxlama görüşü nəzərdə tutulub. Yəqin rəqiblərdən biri “Kəpəz”, digəri isə “Göyəzən” olar. Çempionatın bərpa olunması yaxşı oldu. Hazırda turnir cədvəlində liderik və istəyirik ki, mövsümü çempion kimi başa vuraq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar