17 apr 00:02divizion

Musa Qurbanov mövsümün sonunu gözləyir

Musa Qurbanov mövsümün sonunu gözləyir
"Bizim lisenziya üçün müraciət etməyə hüququmuz yoxdu"

Qollu bərabərliklə bitən qarşılaşmanın ardından VİP-lojada "Zaqatala"nın idarə heyətinin rəhbəri Musa Qurbanovla rastlaşdıq və bəzi suallarımıza cavab aldıq.
- Matç heç-heçə bitdi. Oyunla bağlı fikirlərinizi bilmək istərdik.
- Komandamdan daha yaxşı oyun gözləyirdim. Uşaqlar ilk yarıda yaxşı çıxış etsələr də, davamını gətirə bilmədilər. Fasilədən sonra bacardığımızı tam ortaya qoya bilmədik. Nəticə oyuna görədi. Deyərdim ki, birinci hissədə biz, ikincidə “Səbail” yaxşı oynadı.
- Finişə iki tur qalmış “Zaqatala”nın premyer-liqaya vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsiz? Nəzərə alaq ki, bir oyunda 3 xal "cibinizdədi”.
- Bizim üçün ilk iki yerdən birini tutmaq arzu olaraq qalacaq. Məncə, şansımız yoxdu.
- Qurban Qurbanov bir zaqatalalı olaraq sizin burdakı işinizlə maraqlanırmı, komanda ilə əlaqəsi varmı?
- Demək olar ki, hər gün görüşürük. Həm “Qarabağ”, həm “Zaqatala” haqda diskussiyalarımız olur. Necə mən onun işiylə maraqlanıramsa, o da eynilə həmin şeyləri soruşur. Lazım olanda bir-birimizə məsləhətlər veririk. Əsas söhbət mövzuları arasında “Qarabağ”la “Zaqatala” da var.
- Turnir cədvəli və qazanılacaq nəticələri bir kənara qoyaq. Bəs “Zaqatala” lisenziyalaşdırmanın tələbləri baxımından premyer-liqaya hazırdı?
- Nəticəyə ümidliydik. Birinci dövrədə göstərdiyimiz oyunla divizionun ən güclülərindən biri idik. Çox yaxşı oynayırdıq. Sadəcə, ikinci dövrədə bir çox futolçumuz zədələndi. Bununla özümüzə bəraət qazandırmıram, amma ciddi problem yaratdı. Üstəlik, aşağı dəstədə hər mövqeyə iki yüksək səviyyəli futbolçu tapmaq çətindi. Digər tərəfdən, çalışdıq ki, komandamız əsasən yerli futbolçulardan ibarət olsun. Lisenziyalaşdırmaya gəlincə, buna da ciddi yanaşmışdıq. Elə mövsüm başlayandan ilk işimiz bu olub. Bəlkə də sənədləri birinci divizionda ən tez biz təqdim etmişdik. Uşaq komandalarının hazırlığı, yüksək kateqoriyası olan məşqçilərin olmasına və digər məsələlərə də fikir vermişik. Struktur baxımından da bir çox bölgələrdən üstünlüyümüz var. Məsələn, stadionun, bazanın olması, böyük azarkeş kütləsi və başqa amillər. Lisenziyalaşma üçün lazım olan bütün meyarlara cavab veririk.
- Demişdiz ki, komanda ilk 3 yerdən birini tutmasa, lisenziya üçün müraciət etməyəcəksiz...
- Bizim lisenziya üçün müraciət etməyə hüququmuz yoxdu. O zaman müraciət edə bilərik ki, ilk iki yeri tutanlardan hansısa bir komandada problem yaransın. Onlarda hər şey yolunda getsə, bu doğru olmaz, qeyri-etik olar. Görək, vəziyyət necə olacaq?
- Baş məşqçi məsələsi nə yerdə qaldı? Dəyişiklik olacaqmı?
- Bizim hələ 2 oyunumuz var. İndidən bu barədə danışmaq düzgün olmayacaq.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? Dünən, 21:16 Klublar bonus nəzərdə tutmayıb Dünən, 21:15 AFFA-nın UEFA-dan qonaqları var Dünən, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib Dünən, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib Dünən, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub Dünən, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü Dünən, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? Dünən, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq Dünən, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib Dünən, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi Dünən, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu Dünən, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı Dünən, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi Dünən, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub Dünən, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq Dünən, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq Dünən, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib Dünən, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir Dünən, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb Dünən, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi Dünən, 19:54 AMADA-nın binası istifadəyə verildi Dünən, 19:53 İslamiada xəbərləri Dünən, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib Dünən, 19:46 Şəmkirlilər evdə qələbə qazandı Dünən, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq Dünən, 19:44 Millimiz Sloveniyaya yollandı Dünən, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar