26 mar 14:33divizion

“Zaqatala”nın hədəfi çempionluqdu


Rüstəm Məmmədov elitaya 4 komandanın çıxmasını istəyir
Bölgə komandalarının az-çox üzünü gördüyümüz birinci divizionda çempionluq uğrunda qızğın mübarizə gedir. Hazırda lider olan “Turan Tovuz”un 37, ikinci “Səbail-2”nin 36, üçüncü pillədəki “Zaqatala”nın isə 35 xalı var. Köklü bölgə təmsilçiləri əvvəlki vaxtlarından uzaq olsalar da, hələlik bu çempionatda yarışırlar. Gələn mövsümdən onlardan ikisinin premyer-liqaya gətirilməsi gözlənilir. Söhbət “Kəpəz”lə “Turan Tovuz”dan gedir. Gəncə təmsilçisi hər nə qədər yaxşı vəziyyətdə olmasa da, tovuzlular bunu haqq etməyə çalışır. Hərçənd məsələ ilə bağlı dəqiq heç nə bildirilməyib. Ancaq böyük ehtimalla adı çəkilən iki komanda elitaya gətiriləcək.
Hazırda divizionda uğurlu çıxışı ilə diqqəti çəkən başqa bölgə təmsilçisi “Zaqatala”dı. Zaqatalalıların adı premyer-liqa ilə yanaşı çəkilməsə də, birinci divizionda çempionluğa iddialıdılar. Komandanın hazırkı vəziyyəti, premyer-liqa məqsədinin olub-olmaması və qarşıdakı hədəfləri ilə bağlı baş məşqçi Rüstəm Məmmədovla söhbət etdik: “Qaradağ Lökbatan”la qarşılaşmadan sonra fasilə elan olundu. Oyunlar skoronavirusa görə qeyri-müəyyən müddətə təxirə salınıb. Biz də gözləmə mövqeyindəyik. Böyüklər və aşağı yaş qrupları buraxlıb. Nə vaxt məlumat gələcək, o zaman yığışacağıq. Biz çempionluq uğrunda mübarizə aparırıq. Açığı, premyer-liqa barədə məndə dəqiq məlumat yoxdu. Bu məsələ ilə bağlı rəhbərlikdən də bizə heç nə deyilməyib. Ancaq təbii ki, çempionluq hədəfimiz dəyişməyib. Yəqin ki bizimlə yanaşı, başqa bir neçə komandanın da hədəfi budu. Qarşıda 6 tur qalıb. Çalışıb maksimum xal toplamalıyıq. Hədəf çempionluqdu. Ancaq dediyim kimi, çempion olsaq belə, premyer-liqa haqda heç nə bilmirik. Reqlamentə əsasən, birinci və ikinci yeri tutan komandalar elitaya gəlməlidilər. Bizim də hədəfimiz yer tutmaqdı. Ancaq lisenziyalaşdırma məsələsi rəhbərliyin işidi. Biz məşçilər heyəti və oyunçuların hədəfi çempionatı zirvədə bitirməkdi. Çempion ola biləcək gücdəyik. Hədəfimizi də buna görə təyin etmişik. Oyunlarımız da bunu göstərir. Komandada başqa fikir yoxdu. Ancaq necə olacağını zaman göstərər”.
Gənc mütəxəssis məcburi fasilənin yerinə düşmədiyini söylədi: “Açığı, bu fasilə bizə yaramadı. Amma hər yerdə belədi. Edəcək bir şey yoxdu. Komandamız yaxşı təlim-məşq toplanışı keçmişdi. Yoxlama oyunlarında gücümüzü sınamışdıq. Komanda formada idi. Oyunumuzu tapmışdıq. Ona görə fasilə bizim üçün əlverişli olmadı. Liqaların səviyyələrindən danışsaq, premyer-liqa divizionla eyni səviyyədə deyil. Sadəcə, elə uşaqlar var ki, onların yanına 4-5 təcrübəli oyunçu gətirsək, yaxşı komanda formalaşar. Söhbət bizim komandadan gedir. Burda problem limit məsələsidi. Biz daha çox gənclərə üstünlük veririk. Ancaq təbii ki, pemyer-liqada daha təcrübəli futbolçular çıxış edir. Amma divizionda elə futbolçular var ki, istedadına görə elitadakılardan geri qalmırlar. Ümumilikdə təcrübə baxımından geri qalırıq. Divizionda turnir cədvəlinə baxsaq, heç də birinin digərindən çox üstün olduğunu görmərik. Komandalar arasında xal fərqi çox azdı. Deyərdim ki, 3-5 klub eyni gücdədi. Əvəzedicilərin də yaxşı heyətləri var. Fikir versəz, hər komandada iki-üç təcrübəli futbolçu var. Onların üstünlüyü əsas heyətdən oyunçu cəlb edə bilmələridi. Düzdü, onlarda da gənclər çıxış edir, oyun baxımından fərqlənirlər. Məsələn, mən “Neftçi-2”ni bəyənirəm. Çox yaxşı oyun göstərirlər. Az öncə premyer-liqa barədə danışdıq. Əlavə edim ki, əsas çempionatda komanda sayını artırsaq, daha yaxşı olar. Bunu hamı istəyir. Hiss olunur ki, federasiya da buna nail olmağa çalışır. Amma təcrübə göstərir ki, bəzən premyer-liqadakı komanda yarışı sonadək başa vura bilmir. Mənə görə bu səbəbdən belə bir vəziyyət yaranıb. Ancaq sponsorlar cəlb edilsə, iki yox, 4 komandanın premyer-liqaya gəlməsini istərdim. Çünki çempionatın səfər ab-havasına ehtiyacı var. “Zaqatala” da digər bölgə komandaları kimi çempionata rəng qatar. Dəfələrlə görmüşük ki, Bakı təmsilçiləri bölgələrdə çətinlik çəkir oynamağa. Rəqabət və azarkeş baxımından bölgə komandaları çempionat üçün vacibdi. Lider olan belə sonuncu sıradakı rəqiblə səfər oyununda xal itirə bilər. Çünki azarkeş dəstəyi, yol amili var. Bunlar hamısı futbolun bir parçasıdı. Çempionatın gözəlliyi belə şeylərdədi”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar