22 mar 19:09divizion

Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü


“Özümə qapanmışam, bu məğlubiyyəti heç cür həzm edə bilmirəm”
Birinci divizionda işləri yaxşı getməyən “Qaradağ Lökbatan” son iki qarşılaşmada qapısında 12 qol görüb. Komanda hazırda 7 xalla sonuncu pillədə qərarlaşıb. Bu çempionatda fərqli məğlubiyyətlər görəndə, adətən, ağla başqa şeylər gəlir. Burda komandanın uduzmasından daha çox oyunun satılması və fərqli iddialar ortaya çıxır. Düzdü, AFFA bu məsələ ilə bağlı ciddi addımlar atır. Hətta dekabrda həmin iddia ilə “Ağsu”nun 20-dən çox üzvü futboldan qovuldu və komanda fəlaiyyətini dayandırmaq məcburiyyətində qaldı. Ancaq yenə də belə halların yaşanmadığını əminliklə demək olmur.
“Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyevlə komandanını uğursuz çıxışı və bunun səbəbləri barədə söhbət etdik. Söhbət əsnasında futbolçuların “alver”lə məşğul olması ehtimalına da toxunduq: “Açığı, bu vəziyyət qarşısında nəsə demək çətindi. “Zaqatala” ilə son qarşılaşmadan öncə komandada az-çox oyun var idi. Ancaq həmin matçda hər şey fərqli oldu. İlk yarıda, hətta ikinci hissənin 62-ci dəqiqəsinə qədər hər şey yaxşı gedirdi. Məğlub olmağımıza bir söz demirəm. Bu mümkündü. Hazırda divizionda ən gənc heyət bizdədi. Ancaq 1:7 hesabı ilə uduzmaq adama təsir edir. Bu hesabla məğlub olmağı ağlımdan belə keçirməzdim. O gündən bu yana özümə qapanmışam. Bu məğlubiyyəti heç cür həzm edə bilmirəm. Futbolçularla da görüşürəm, söhbət edirəm. Bilirsiz ki, koronavirusa görə məşqlər dayanıb. Ancaq ara-sıra onlarla fərdi şəkildə söhbət edirəm ki, bu nə faciə idi baş verdi. Bunu motivasiya ilə əlaqələndirmək olmaz. İnanın ki, motivasiya üçün hər yola əl atıram. Ancaq özüm-özümə təhlil edib acı reallığı qəbul edirəm. Belə ki, biz divizion komandalarından iki dəfə zəifik. Bunu açıq şəkildə qəbul edirəm. Amma bu o demək deyil ki, 0:5, 1:7 hesabı ilə məğlub olmalıyıq. Belə uduzmaq olmaz. Oyuna normal başlayırıq, mübarizə aparırıq. Yenə də nəticə dəyişmir. “Zaqatala”nın baş məşqçisi Rüstəm müəllimlə məşqçilik kursunda bir yerdə oxuyuruq. İnanın ki, görüşün ardından mənə yaxınlaşıb dedi ki, birinci hissədə başımıza elə oyun açdız ki, 1 xala razı idik. Amma sonda görün hesab necə oldu. Yenə deyirəm, zəifik deyə uduzmağa çıxmırıq meydana. Amma biz rəqiblərdən heyət olaraq geridəyik. Təcrübə və oyunçu keyfiyyəti baxımından da”.
Dərgahquliyev nəticələrin meydandan kənar amillərlə bağlı olduğuna inanmır: “Bilirəm, divizionada belə nəticələrdən sonra müxtəlif iddialar olur. Futbolçuların oyunu satması, danışılmış matç və sair söhbətlər gəzir. Ancaq o şeylər ağlımın ucundan belə keçmir. Mən təsəvvür etmərəm ki, bizdə belə şey ola. Xüsusən də dekabrda yaşananlardan sonra. Bu qədər cəzadan sonra ikinci dövrədə eyni hal başımıza gələ bilməz. Mən futbolçularıma güvənirəm. Səhv oyuna görə futbolçunu tənbeh də edərəm, qınaya da bilərəm. Ancaq belə bir şey deyə bilmərəm. Sadəcə, son görüşdə hesab 1:3 olanda mərkəz müdafiəçimiz qırmızı vərəqə aldı. Bu da oyunun qırılma anı idi. Bundan sonra artıq heç nə edə bilməzdik. Amma bəzi şeylər var ki, onları deməliyəm. Sadəcə, “məşqçi bəhanə edir” deməsinlər deyə söyləmirəm. Nəzərə alınmalıdı ki, 4 oyunçumuz yox idi həmin matçda. Onsuz da heyət olaraq rəqiblərdən geri qalırıq. Bununla yanaşı, əsas heyətdən dörd futbolçu zədəlidi. Əlbəttə, çətin olar. Amma bu da bəhanə ola bilməz. Mən bütün günahı üzərimə götürürəm. Günah məndədi. Digər komandaların ehtiyat oyunçular skamyasına baxıram, bizlə müqayisədə çox fərqlidi. Hadisələrin belə axarıyla bağlı rəhbərliklə də görüşümüz olub. Mənə bura gələndə komandadan nəticə tələb etmədiklərini demişdilər. Məqsədimiz oyunçu yetişdirmək, aşağı yaş qrupları üzrə yığmalara verməkdi. Bu gün də sevinirik ki, Kamran Bağırov yığmanın məşqçilər heyətinin diqqətini cəlb edib. Amm təbii ki, mənə irad bildirilir. Düzdü, açıq şəkildə deyilməsə də, mən özümə bu iradı tuturam. Elə oyundan sonra paltardəyişmə otağında da söhbətimiz oldu. Orda bir daha dedim ki, bütün məsuliyyət mənim üzərimdədi. Həmişə də rəhbərliyin verəcəyi qərara ikiəlli razıyam. Fərq etməz, bütün qərarlarına hörmətlə yanaşıram. “Get” desələr, ikiəlli razılaşacam. Yenə də onlara “çox sağ ol” deyərəm. Çünki komanda uduzursa, baş məşqçi uduzur. Komandaya cavabdeh baş məşqçidi. Bu gün heyət zəifdisə, yenə də məsuliyyət məşqçidədi. Ancaq məni də başa düşmək lazımdı ki, çərçivədən kənara çıxa bilmirəm. İstədiyimiz oyunçunu götürə bilmirik. Məncə, koronavirusla bağlı yaranan fasilə bizim üçün fürsət olmalıdı. Bəlkə bu müddətdə özümüzə gələrik. Onsuz da təlim-məşq toplanışına getməliydik”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar