14 apr 16:58divizion

“Şəmkir”də maaş sevinci

“Şəmkir”də maaş sevinci
Elvin Səfərli: “Müqavilə şərtlərində nə göstərilibsə, onu da yerinə yetirəcəyik”

Premyer-liqada çıxış edən klublar çempionluq və avrokuboklara vəsiqə uğurunda mübarizə aparırsa, birinci divizion təmsilçiləri üçün prioritet məsələ mövsümü ilk “üçlük”də başa vurub elitaya vəsiqə qazanmaqdı. Əvvəlki illərlə müqayisədə cari mövsümdə aşağı dəstədə premyer-liqaya vəsiqə uğrunda rəqabətin daha gərgin şərtlər altında keçəcəyini hələ ötən ilin sentyabrında yazmışdıq. Çempionatın sonuna 3 tur qalmış ən azı 6 komanda elitaya yüksəlmək yönündə iddiasını sürdürür ki, onların arasında tarixi ərzində 2 dəfə ölkə çempionluğunu bayram etmiş “Şəmkir” də var. Ötən əsrin sonları və 2000-ci ilin əvvəlində ölkə futbolunda dəbi müəyyənləşdirənlərdən biri olan “qırmızı-ağlar” son vaxtlar əvvəlki əzəmətini itirmişdi. Birinci diviziona yuvarlanandan sonra daha çox autsayderlər sırasında yer alan komanda cari mövsümün əvvəlində yeni rəhbərliyin himayəsinə keçəndən sonra hər şey 180 dərəcə dəyişdi. Elvin Səfərli prezidenti olduğu klubu premyer-liqaya çıxarmaq üçün elita təcrübəsi olan futbolçuları düşərgəyə cəlb etməklə yanaşı, “Şəmkir”in qızıl dövründə azarkeşlərin sevimlisi olmuş futbolçular - Badri Kvaratsxeliya, Mehman Yunusov və Rauf Mehdiyevi düşərgəyə qaytarmağı lazım bildi. Əfsanələr bu dəfə məşqçi kimi “qırmızı-ağlar”ı uğura daşımalıydı. Rəhbərlik qarşıya qoyulan hədəfə çatmaq üçün qış fasiləsində komandaya Antalyada təlim-məşq toplanışı təşkil etməklə də yadda qaldı.
Bütün bunların fonunda son günlər “Şəmkir” haqda mətbuatda xoşagəlməz söz-söhbətlər dolaşır. Yazılanlara inansaq, artıq iki aydı futbolçulara nə maaş, nə də mükafat verilir. Bu isə düşərgədə narazılığa səbəb olub. O da bildirilir ki, klub prezidentinin biznesində probelmlər yaşandığından, o artıq əvvəlki kimi komandaya diqqət ayıra bilmir. Uşaq futbolu isə tam çöküb.
Mövsümə iddialı başlayan, elitanı hədəfləyən “Şəmkir”in düşərgəsində nələrin yaşandığını aydınlaşdırmaq üçün qərblilərin prezidenti Elvin Səfərli ilə danışmağı lazım bildik. Elvin bəy əvvəlcə açıqlama vermək istəmədiyini söyləsə də, sonradan fikrindən daşındı və yazılanlara münasibət bildirdi: “Bəzi saytlarda “Şəmkir”in maliyyə problemindən əziyyət çəkdiyini, futbolçuların maaşlarını ala bilmədiyinə görə narazılıq etdiyini oxumuşam. Əvvəlcə onu bildirim ki, istənilən klubda maaş gecikə bilər ki, bunu da o qədər şişirtməyə ehtiyac yoxdu. Bu gün avrokuboklara vəsiqə qazanan “İnter”in oyunçuları, səhv etmirəmsə, iki aydan çoxdu əməkhaqqı almırlar. Bunu həm futbolçular, həm də kluba rəhbərlik edən şəxs etriaf edir. Niyə həmin mətbu orqan bunu o qədər işıqlandırmır, ancaq “Şəmkir”in maaş problemi ilə üzləşdiyini şok xəbər kimi ictimaiyyətə təqdim edir? Bu xəbəri yayanları məyus edəcək açıqlama verəcəm. Artıq aprelin 7-də futbolçuların maaşları paylanılıb. Biz iş adamı olduğumuzdan bəzən biznesimizdə ödənişlərlə bağlı müəyyən gecikmələr olur. Bu üzdən komandanın maaşı da bir qədər yubandı. Ancaq biz heç kimin bir qəpyini də yeyən deyilik. Müqavilə şərtlərində nə göstərilibsə, onu da yerinə yetirəcəyik”.
Elvin bəylə söhbətdə lisenziya məsələsinə də toxunduq. Ölkə futbolunu yaxından izləyənlər yaxşı bilir ki, premyer-liqaya vəsiqə qazanmaq üçün birinci divizionda uğurlu nəticə qazanmaqla yanaşı, lizenziyalaşdırmanın tələblərini də yerinə yetirmək vacib şərtdi. Əks halda, tuduğu yerdən asılı omayaraq, heç bir klub elitaya yüksələ bilməz. “Şəmkir”in prezidenti də bu məsələyə ciddi diqqət ayırdıqlarını, tələbləri yerinə yetirdiklərini bildirdi. Onu da qeyd etdi ki, premyer-liqaya yüksələcəkləri halda komandanın ev oyunlarını keçirdiyi Şəmkir Olimpiya Kompleksinin stadionuna əl gəzdiriləcək, yeni tribunalar quraşdırılacaq, ot örtüyü dəyişdiriləcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar