02 mar 11:39divizion

“Turan Tovuz” Gəncədəki qələbəyə görə mükafat alacaq


Yaşar Vahabzadə: “Tovuzlular əzmkarlıqda oyunçularımdan daha üstün oldular”
Bu həftə birinci divizionda maraqla gözlənilən oyunlardan biri Gəncədə keçirildi. Qərb derbisində yerli “Kəpəz” əbədi və əzəli rəqibi “Turan Tovuz”u qonaq etdi. Qarşılaşmadan öncə hər iki klubun azarkeşləri sosial şəbəkələrdə söz duelinə çıxıb, derbinin əhəmiyyəti barədə paylaşımlar edib, bu oyunun onlar üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayırdılar.
Oyuna gəlincə, artıq hamı tovuzluların çətin Gəncə səfərindən qələbə ilə döndüyünü bilir. İlham Yadullayevin komandası 3 xal qazanmaqla həm tərəfdarlarını sevindirdilər, həm də turnir cədvəlində vəziyyətlərini bir qədər də yaxşılaşdırdılar. “Turan Tovuz”u artıq ilk pillədə qərarlaşan “Səbail-2”dən 1 xal ayırır.
Qərb derbisindən üzüağ çıxan komandanın baş məşqçisi İlham Yadullayevlə əlaqə saxlayıb, oyunla bağlı fikirlərini bölüşməsini istədik: “Kəpəz”lə qarşılaşma ərəfəsində Tovuzda hamı bu oyundan danışır, qərb derbisinin ab-havası ilə yaşayırdı. Nəinki sosial şəbəkələrdə, hətta adi çay evlərində də əsas söhbət “Kəpəz”lə oyun haqda gedirdi. Özüm də vaxtilə futbolçu kimi bu iki komanda arasında keçirilən qarşılaşmaların ab-havasından xəbərdar olmuşam. Odu ki, bizi çətin və məsuliyyətli oyun gözlədiyini yaxşı başa düşürdük. Həftəboyu məşqlərdə komanda var qüvvəsi ilə çalışırdı ki, səfərdən əlidolu qayıtsın. Rəqibin üstünlüyü onda idi ki, heyətində daha çox təcrübəli, belə ağır oyunlarda bərkə-boşa düşmüş futbolçular yer alır. Onu da qeyd edim ki, “Kəpəz”in məşqçilər korpusu bizimlə matçda taktiki cəhətdən dəyişiklik etmişdilər. Adətən, üç mərkəz müdafiəçisi ilə meydana çıxan gəncəlilər bu dəfə 4-lü müdafiəyə üstünlük vermişdi. Yaşar Vahabzadə komandasını 4-2-3-1 düzülüşü ilə oynadırdı. Bu bizim üçün bir qədər gözlənilməz olduğundan ilk yarıda daha çox müdafiədən oynayıb, irəlidə kəşfiyyat xarakterli hücumlar etdik. Fasilədən sonra isə artıq rəqibin zəif yerini tapmışdıq və bu üzdən təzyiqi artırdıq. Qeyd etdiyim kimi, “Kəpəz”də təcrübəli oyunçular daha çoxdu. Bizim futbolçular gənc olsalar da, sürət və çeviklik baxımından rəqibi üstələdilər. Və bunun da nəticəsi kimi ikinci hissədə 2 qol vurmağı bacardıq. Düzdü, son saniyələrdə meydan sahibləri buraxılan qollardan birinin əvəzini çıxmağı bacardılar. Ancaq bu, bizim qələbə qazanmağımıza mane olmadı. Qələbəyə görə futbolçularımı təbrik edirəm. Mükafat? Qələbə qazanmağımız, azarkeşləri sevindirməyimiz bizim üçün ən böyük mükafatdı (gülür). Açığı, oyundan öncə qələbə qazanacağımız halda komandaya mükafat veriləcəyi ilə bağlı heç nə deyilməmişdi. Ancaq qarşılaşmadan sonra dedilər ki, əməyiniz qiymətləndiriləcək. İndi mükafatın nə vaxt veriləcəyini gözləyirik”.
İlham bəy derbi zamanı stadiondakı ab-havadan da söz açdı: “Gəncədə həmişə futbola maraq olub və bu səbəbdən “Kəpəz”in hər oyununda azarkeşlər öz komandalarını dəstəkləyirlər. Bu dəfə qərb derbisi olduğundan fanatlar daha çox idilər. Fürsətdən istifadə edib Gəncə səfərində bizi tək buraxmayan tovuzlu fanatlara da təşəkkür etmək istəyirəm. Onlar da bizi tək qoymadılar. Qələbədə “Turan Tovuz”un “12-ci oyunçusu”nun da böyük rolu oldu”.
Derbidən məğlub ayrılan meydan sahiblərinin çalışdırıcısı Yaşar Vahabzadənin də oyunla bağlı fikirlərini öyrəndik: “Hamı indi “qərb derbisi” deyib oyunun tarixindən söz açır. Ancaq qarşılaşmadan öncə mən heç bunu görmədim. Deyəsən, bu görüş ancaq “Kəpəz”ə və “Turan Tovuz”a maraqlı idi. Mətbuatda bu haqda bir dənə də yazıya rast gəlmədiyimdən belə düşünürəm. Oyunla bağlı nə deyə bilərəm? İki səhv qapımızda iki qolla nəticələndi. İlk yarıda və ilk qola qədər üstünlük bizim tərəfimizdə idi. Birinci hissədə fərqlənmək üçün imkanlarımız da oldu. Ancaq yaratdığımız real qol imkanlarından istifadə edə bilmədik. “Turan Tovuz” isə fasilədən sonra, 5 dəqiqə aralığında iki əks-hücumla qapımıza yol tapdı. Bəli, çalışdırdığım komandanın heyətində daha təcrübəli oyunçular yer alıb, meydan amilini də nəzərə alsaq, bizim qalib gəlmək şansımız daha çox idi. Təəssüf ki, futbolda heç də həmişə bu üstünlükdən yararlana bilmirsən. Rəqib bizi nədə üstələdi? Həm biz, həm də qonaqlar meydana 3 xal üçün çıxmışdıq. Bunu oyunun gedişindən də hiss etmək mümkün idi. Ancaq tovuzlular əzmkarlıqda oyunçularımdan daha üstün oldular. Və bunun da nəticəsi kimi evə qələbə ilə döndülər. Ümid edirəm ki, komanda növbəti oyunlarda uğursuz seriyanı qıracaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar