10 dek 15:30divizion

“Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal

“Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal
Zaur Əsədov: “Əlbəttə, “təmizlənmə”nin də müəyyən rolu oldu”
İki ay əvvəl çoxlarının gözləmədiyi halda birinci divizionda mübarizə aparan “Ağsu”nun adı gündəmə gəldi. Daha doğrusu, bu komandada top qovan iki futbolçunun. AFFA bölgə təmsilçisinin uğurları üçün tər tökən Elçin Həşimovla Ruslan Mirzalıyevi oyunların yekun nəticəsinin manipulyasiyasında günahlandırıb futboldan uzaqlaşmalarına dair qərar çıxardı. Odu-budu, Elçinlə Ruslan kənarda qalıb. Həmin vaxt verdikləri açıqlamada özlərini günahkar bilmədiklərini desələr də, fakt budu ki, qərar indiyə qədər qüvvədədi.
İşin maraqlı tərəfi var. Deməli, Həşimovla Mirzalıyevin qara günlərinin başlamasından sonra “Ağsu” ağ günə çıxıb. Fikir verin, bu iki futbolçu komandada olanda ağsulular 7 oyuna cəmi 4 xal qazanmışdı. Onların yoxluğunda baş tutan son 4 qarşılaşmada isə bölgə təmsilçisi hesabına 9 xal yazdırmağı bacarıb. Maraqlı deyilmi?
“Ağ-göylər”in baş məşqçisi Zaur Əsədovla müsahibə götürməyə də məhz bu fakt zərurət yaratdı. Lakin gənc çalışdırıcıyla təkcə sabiq yetirmələri ilə bağlı yox, başqa məsələlər ətrafında da söhbətləşdik.
- Kubok uğrunda mübarizə komandanız üçün başlamamış bitdi. “Sabah” 0:5 hesablı yenilgi sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Kubok mübarizəsi bir oyundan ibarətdi, üstəlik, səfərdə oynayırdıq. Əlbəttə, “Sabah”la bizim aramızda yerlə göy qədər fərq var. Əsasən müdafiədə diqqətli olmağa çalışırdıq ki, erkən qol buraxmayaq. Təəssüf ki, gücümüz yalnız bir hissə mübarizə aparmağa çatdı. Düzünü desəm, ilk hissədə qapımıza təyin olunan penalti də şübhəli idi. “Sabah” rəsmiləri bizimlə söhbətdə özləri də penalti qərarının ağır olduğunu dedilər. Hakim 11 metrlik cərimə zərbəsini təyin etməyə də bilərdi. İlk hissənin sonlarına yaxın buraxılan o qol da müəyyən mənada təsir etdi. İstəniıən halda “Sabah” səviyyə və təcrübə üstünlüyündən yararlanıb lazım olan qələbəni qazandı.
- Hendrik Ekşteyn, Ulise Diallo, Rocer Roxas kimi legionerlər ilk dəqiqələrdən meydanda idi. “Sabah”ın oyuna “diri” heyətlə başlayacağını gözləyirdiz?
- Adını çəkdiklərinizlə yanaşı, bəzi təcrübəli yerlilər də “11-lik”də idi. Sonradan Təmkin Xəlilzadə də oyuna qoşuldu. Düzünü desəm, bu cür heyətlə oynayacaqlarını gözləmirdim. Hiss olunurdu ki, ciddi hazırlaşıblar.
- Birinci divizionda vəziyyət necədi? Maşallah, komandanız son 4 oyunda 9 xal qazanıb...
- Hə, şükürlər olsun. Məğlubiyyətlərimiz azalıb, qələbələrin sayı çoxalıb. Bu da bir baş məşqçi kimi məni sevindirir. “Sumqayıt-2” ilə matç bizim üçün dönüş nöqtəsi oldu. Bu rəqibi 3:0 hesabıyla udduq, ardınca “Turan Tovuz”a 3:1 hesabıyla qalib gəldik. Təəssüf ki, 10-cu turda istirahət etməli olduq. Bu turdan sonra da yığmaların oyunlarına görə fasilə yarandı. Komanda əla forma yığan vaxtda 3 həftə futbolsuz qalmağımız işimizə müəyyən mənada təsir etdi. Təsəvvür edin, noyabrın 1-də “Turan Tovuz”u udmuşduq, bir də bundan düz 3 həftə sonra – noyabrın 22-də Bakıda “Sabah-2”nin qonağı olduq. Halbuki fasilə dönəmində heç bir yoldaşlıq görüşü keçirməmişdik. Bunun məntiqi nəticəsi kimi səfərdə “Sabah-2”yə 0:4 hesabı ilə yenildik. Amma uşaqlar “sınmadılar”. Özlərində güc tapıb “Qarabağ-2” ilə qarşılaşmada 1:0 hesabı ilə qalib gəldilər. Allaha sükür, hələ ki işlərimiz yaxşı gedir.
- Komanda həmin komandadı, hazırlıq həmin hazırlıq, çempionat həmin çempionat, rəqiblər də həminki. 7 oyuna 4, 4 oyuna 9 xal. Qısa müddətdə nə dəyişdi?
- Çempionatın əvvəlində zədəli və cəzalı futbolçuların yoxluğundan əziyyət çəkirdik. Fərrux Rəhimovun burnu sındığına görə neçə oyun kömək edə bilmədi. Bu gün də tam düzəlməyib, meydana maska ilə çıxır. Ceyhun Rəcəbli var – hücumçumuz, o da cəzaya görə 4 oyun kənarda qaldı. İtkilər istər-istəməz özünü göstərirdi.
- Həssas məqama toxunmadız, ya da toxunmaq istəmirsiz...
- Nəyə?
- Komandanın “təmizlənməsinə”...
- Əlbəttə, “təmizlənmə”nin də müəyyən rolu oldu. Həmin hadisədən sonra klub rəhbərliyi, məşqçilər heyəti və futbolçuların iştirakı ilə iclas keçirildi. Tək iclasda yox, hər məşqdən, hər oyundan əvvəl xəbərdarlıq edirdik, yadlarına salırdıq. Hətta ayrı-ayrı futbolçularla fərdi söhbətim də oldu. Aşkar şəkildə bildirdim ki, AFFA son xəbərdarlığını edib, növbəti dəfə nədəsə şübhəli bilinsəz, bu dəfə hamı futbolsuz qalacaq. Hətta özüm dedim ki, kiminsə düz yolda olmadığını görsək, bilsək, özümüz birbaşa AFFA-ya və ya aidiyyatı orqanlara müraciət edəcəyik.
- İstənilən halda Elçinlə Ruslanın komandanı tərk etməsi müsbət nəticəsini göstərməkdədi.
- Dediyim kimi, müəyyən təsiri oldu. Amma sırf bununla bağlamaq da doğru olmaz. Özüm futbol oynayan vaxtlarda da komandanın “qara zolağ”a düşməsinin nə olduğunu görmüşəm. 7-8 oyun məğlub olmuşuq, ardınca qələbələr gəlib. Bizim ən böyük problemimiz itkilərlə bağlıydı. Belədə heyəti qurmaqda çətinlik çəkirdim. Hazırda sərəncamımda 18 futbolçu var, onlardan 3-ü qapıçıdı. Sabah yenə 1-2 nəfər sıradan çıxsa, vəziyyət necə olacaq, bilmirəm. Həmin hadisənin pis tərəfi də oldu.
- Nə mənada?
- Elə futbolçular var ki, özlərindən, adlarından, gələcəklərindən qorxurlar. Məsələn, “Sabah”la kubok oyunundan əvvəl səhv edəcəyindən qorxanlar vardı. Yaxınlaşıb, “müəllim, rəqib güclüdü, birdən səhv edərəm, şübhələnərlər məndən” deyən də oldu.
- Siz nə dediz?
- Bildirdim ki, bilməyərəkdən edilən səhv başqadı, bilərəkdən yol verilən səhv başqa. Futbolçu 5 oyun yaxşı oynayıb, 1-ni zəif oynayırsa, onu başa düşmək olar. Amma 1 oyun yaxşı oynayıb, beşini “batırmaq” – bu məni qane etmir. Hər birinə xəbərdarlıq edilib, işlərini bilirlər. Özlərinə də demişəm, elə oynayın ki, öz-özümə “burda nəsə var” deyib şübhələnməyim.
- Həmin söhbətdən sonra Elçinlə Ruslanı görmüsüz?
- Xeyr, o vaxtdan gedəndilər.
- Qəzetimizə verdikləri açıqlamada bu işdə özlərini günahkar bilmədiklərini demiş, hüquqlarını sona qədər qoruyacaqlarını bildirmişdilər. Nə xəbər var?
- Vallah, məndə olan xəbər odu ki, araşdırmalar davam edir. Verilən qərar hələ də qüvvədə qalmaqdadı. Mənim əlimdə konkret fakt yox idi. Sadəcə, imkanlarından aşağı oynayırdılar, bu da məndə sual yaradırdı. Dediyim kimi, bir futbolçu 5 oyun zəif oynaya bilməz axı.
- Şübhələndiyiniz futbolçular ancaq Elçinlə Ruslan idi?
- Mən kimisə ittiham etməmişəm, nə də kiməsə nəsə demişəm. Oyunu məni qane etməyən futbolçular arasında Elçinlə Ruslan da vardı. Əlbəttə, zəif çıxış edənlərin sayı bir neçə nəfər idi. Qış fasiləsini gözləyirdim ki, təhlil edim, nəyəsə qərar verim. Baxıram ki, maşallah, komandada irəliləyiş var. Hər cür şərait yaradılıb, maaşları vaxtında verilir, qalır futbol oynamaq.
- Klubun büdcəsində artım gözlənilir?
- Açığı, əvvəlki şərtlər altında davam edirik. Ola bilsin, gələcəkdə artım olsun, amma bu gün üçün yenilik yoxdu. Bu dəqiqə əsas məqsədim heyəti gəncləşdirməkdi. 4-5 nəfər təcrübəli saxlayıb, qalanının cavanlar olmasını istəyirəm.
- “Azqranata” əlini çəkib?
- Xeyr. Hazırda maaşımızı zavoddan alırıq.
- Klubun AFFA tərəfindən maliyyəşdiyini eşitmişdim...
- Dediyim kimi, əməkhaqqını “Azqranata”dan alırıq.
- Limitə qarşı çıxanlar var. Sizin mövqeyiniz necədi?
- Hamı kimi, biz də çətinlik çəkirik. Deyilənə görə, növbəti mövsüm üçün dəyişiklik gözlənilir. Ona görə komandanı bir az da gəncləşdirməyə məcburuq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar