12 apr 13:12divizion

Musa Qurbanov: “Şaban Şirdanovun işindən narazıyam”

Musa Qurbanov: “Şaban Şirdanovun işindən narazıyam”
“Zaqatala” və “Mil-Muğan” premyer-liqa üçün AFFA-ya müraciət edəcək
23-cü turda ən gözlənilməz nəticə Mingəçevirdə qeydə alınıb. İlk dövrədə zəif rəqibinin qapısından 10 cavabsız top keçirən “Zaqatala” bu dəfə “Energetik”in müqavimətini qıra bilməyib. Bununla da premyer-liqanı hədəfləyən Şaban Şirdanovun rəhbərlik etdiyi komanda turnir cədvəlinin 5-ci pilləsinə yuvarlanıb. Ümumilikdə isə bölgə təmilçisi failədən sonra keçirdiyi 10 matçın 5-də xal itirib. Bunların üçündə uduzub, ikisində isə heç-heçə edib. “Zaqatala”nın xal itirməsindən “Qaradağ Lökbatan” və “Ağsu” maksimum yararlanıb. Lökbatanlılar doğma meydanda autsayder “Bakılı”nı darmadağın edib – 6:1. İkincilər isə “Şahdağ”dan 4:1 hesabı ilə üstün olub. Bu qələbələrdən sonra Lökbatan təmsilçisi 3-cü, ağsulular isə 4-cü pilləyə yüksəlib. Yeri gəlmişkən, Rüfət Quliyevin rəhbərlik etdiyi komanda 5 oyundu məğlubiyyətin nə olduğunu bilmir. Turun digər görüşündə “qonşular” - MOİK-lə “Mil-Muğan” münasibətləri aydınlaşdırıb. “Hərbçilər” bu qarşılaşmada 0:2 uduzub. Bu matçdan sonra Aqil Məmmədovun yetirmələrinin məğlubiyyətsiz seriyası 4 oyuna çatıb. İndi isə sizi turda qeydə alınan bəzi nəticələrlə bağlı klub nümayəndələrinin fikirləri ilə tanış edirik.
Kamran Əlibabayev, “Şahdağ”ın baş məşqçisi: “Oyuna pis başlamadıq. Qol imkanlarımız da var idi. Lakin rəqib çox güclüdü. Turnir cədvəlində yuxarı pillələrdə qərarlaşan komandadı. Onlarla mübarizə aparmağımız asan olmayacaqdı. Lakin hesab 2:1 olanda xeyli təhlükəli vəziyyət yaxaladıq. Təəssüf ki, fürsətlərdən yararlana bilmədik. Futbolda da bir prinsip var ki, sən vurmasan, şansları sağa-sola xərcləsən, sənə vuracaqlar. Bizim başımıza da bu gəldi. İlk qolu qapıçının səhvindən sonra buraxdıq. Amma buna görə onu qınamıram. Çünki komandanı bir neçə oyunda dəfələrlə xilas edib. Bir futbolçunun üstündən səhvə görə xətt çəkmək doğru deyil. Səhv hər kəsdə ola bilər. Xüsusilə də idmanda. “Ağsu” yaxşı oynadı. Şanslarından maksimum yararlanaraq layiqli qələbə qazandı. Bizim motivasiya ilə bağlı ciddi problemimiz yoxdu. “Azenco” nə verir, o pulu uşaqlar arasında bölürük. İndi futbolçulara 150-200 manat maaş verə bilirik. Bu maaş qarşılığında onlardan çox şey tələb etmək doğru olmaz. Mövümün sonuna az qalıb. Artıq dəyişikliklərə hazırlaşırıq. Düzdü, indidən kimlərin gələcəyi və gedəcəyini demək çətindi. Amma yeniliklər olacaq. Yayda ən azı 12-14 yeni futbolçu cəlb etmək planda var. Uşaq yox ha, peşəkar futbolçu. Bizə “yuxarıdan” normal büdcə vəd ediblər. Onlarla görüşüb, daha detallı şəkildə müzakirə edəcəyik. Qusarda futbolun səviyyəsini yüksəltmək istəyirik. Burda hər şey var – stadion, azarkeş. Yalnız büdcə olsun, komanda formalaşdıraq, qarşımıza məqsəd qoyaq və ona çataq. 11 ildi “Şahdağ” birinci divizionda oynayır. Bu vəziyyət Qusar futbolu adına yaraşmaz. Premyer-liqaya vəsiqə qazanmaq lazımdı. Görək, rəhbərlik bizim üçün “yaşıl işıq yandıracaqmı”? Uğurlu komandanı kim istəməz? İstənilən baş məşqçi qalib gəlmək istəyir. Lakin onun əlinin altında gərək material olsun”.
Aqil Məmmədov, “Mil-Muğan”ın baş məşqçisi: “MOİK zəif rəqib deyil. Elə turnir cədvəlində də qonşu pillələrdəyik. İlk yarı bizim üçün çox çətin keçdi. Yəqin ki, bu, oyun günü Bakıya gəlməyimizlə bağlı idi. Uşaqlarda müəyyən qədər yorğunluq var idi. Fasiləyə kimi hər iki komandanın şansları oldu. Amma hesab açılmadı. Paltardəyişmə otağında müəyyən göstərişlər verdim. Taktiki dəyişiklik və yerdəyişmələr də oldu. Bundan sonra oyun istədiyimiz məcrada keçdi. Üstünlüyü ələ aldıq. İstədiyimiz qolları qarşılaşmanın sonlarında vurduq və layiqli 3 xal qazandıq. Səfərdən qələbə ilə dönmək yaxşıdı. İlk “4-lüy”ə düşmək şanslarımız, nəzəri də olsa, qalır. Amma bunun üçün gərək bizdən öndə qərarlaşan komandalar bütün oyunlarda məğlub olsunlar. Bu isə nadir hallarda yaşanır. Əsas məqsədimiz öz oyunlarımıza köklənmək və qalan 3 turu qələbə ilə başa vurmaqdı. Bu mövsüm keyfiyyətli futbol oynadıq. Düzdü, uğurlu başlamamışdıq. Amma sonradan öz oyunumuzu tapa bildik. Premyer-liqaya yüksəlmək üçün müraciət edəcəyik. Hansı yeri tutmağımızdan asılı olmayaraq. Amma son söz AFFA və PFL-in olacaq. Biz elitaya çıxsaq, bu mənim üçün həm sürpriz olar, həm də uğur. Premyer-liqanın ab-havası, intriqası çox fərqlidi. “Mil-Muğan”ın orda çıxış etməsi həm bizim, həm də rayon üçün böyük hadisə sayılacaq. Bölgədə futbola maraq xeyli artacaq. Görək, mövsümün sonunda nə olacaq. Hələ vaxtımız var”.
“Zaqatala”nın baş məşqçisi Şaban Şirdanov günün sonuna kimi zənglərimizə cavab vermədiyinə görə klubun İdarə Heyətinin sədri Musa Qurbanovla əlaqə saxladıq: “Komandanın Mingəçevirdən xalsız dönməsi çox üzücüdü. Özü də “Zaqatala” kimi komandanın. Halbuki biz ilk dövrədə onlara 10 qol vurmuşduq. İndi isə birini vura bilmədik. “Energetik” meydana qisas əzmi ilə çıxmışdı. Bizə əməlli-başlı müqavimət göstərdilər. Həm də meydan amili onların xeyrinə işlədi. O stadionda futbol oynamaq qeyri-mümkün idi. Özüm stadionda olmuşam, görmüşəm. Orda topu ayaqda saxlamaq, 3 metr irəli aparmaq mümkün deyil. Vəziyyət bu qədər acınacaqlıdı. Qarşılaşmadan sonra uşaqları qınamaq üçün tutarlı səbəb tapmadım. Bu doğru olmazdı. 7-8 yüzfaizlik qol şansımız oldu. Top qapıdan keçmədi ki keçmədi. Amma bütün bunlara baxmayaraq, “Energetik”dən 3 xal ala bilməməyin bəraəti yoxdu. Baş məşqçinin işindən narazıyam. Şaban Şirdanovun son nəticələri yaxşı deyil. Mən necə razı ola bilərəm? Özü ilə danışmışam. İndi baş məşqçini istefaya göndərsəm, etik cəhətdən bir az düzgün çıxmaz. Üç oyunumuz qalıb ki, onlardan da birində meydana çıxmadan 3 xal qazanacağıq. Mövsüm başa çatandan sonra ciddi dəyişikliklər olacaq. Bu qaçılmazdı. Uğursuz çıxışımızın səbəbi həm də itkilərlə bağlıdı. Arzuman, Hacı və başqa bir neçə oyunçunu itirmişik. Heyətimiz yerli futbolçulardan qurulub və geniş deyil. İmkanlarımız da o qədər böyük deyil. Bu səbəblər bizi məqsədimizdən uzaqlaşdırdı. Mövsüm ərzində balansı qorumaq çətindi. Neçənci yeri tutacağımız bəlli deyil. Premyer-iqada iştirak etmək üçün AFFA-ya müraciət edəcəyik. Buna hüququmuz var. Lakin assosiasiyanın cavabından çox şey asılıdı. Əlbəttə, komanda çempionatda yüksək pillələrdən birini tutmasa, müraciət etməyimiz doğru olmaz”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar