20 okt 07:26divizion

Məşqçilər Komitəsinin üzvləri “Turan Tovuz”u çalışdırmaq istəmirlər


Ağasəlim Mircavadov: “Niyə premyer-liqada yox, birinci divizionda işləməliyəm?”
Şahin Diniyev: “Bu yerə min zəhmətlə gəlib çıxmışam, yenidən aşağı dəstədən başlamaq istəmərəm”
Şakir Qəribov: “Sırf yol uzaqlığına görə Tovuzda işləyə bilmərəm”

Azər Bağırovun “Qəbələ”yə gedişindən sonra “Turan Tovuz”da baş məşqçi postu faktiki boş qalıb. Klub rəhbərliyi bu işlə məşğul olsa da, hələ ki yeni baş məşqçinin kim olacağı bilinmir.
Məsələ ilə bağlı ötən sayımızda Tovuz təmsilçisində əsas söz sahibi, Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə danışmışdıq. Abdullayev axtarışların davam etdiyini deyəndə, bəndəniz “yaşlı nəsildən istəyirsiz, yoxsa gənclərdən” sualını vermiş və belə bir cavab almışdı: “Yaşlı nəsil deyəndə ki, Ağasəlim Mircavadov, ya da Vaqif Sadıqov ora getməz axı. Ona görə də yaşı nisbətən az olanlara baxmalıyıq”.
Oqtay bəyin sözlərində həqiqət var. Bəli, bu gün Ağasəlim Mircavadovun, Vaqif Sadıqovun, Şahin Diniyevin, Şakir Qəribovun tər tökməli olduğu yer premyer-liqadı. Millilərdə çalışan, ölkə xaricində iş təcrübəsi olan, pis-yaxşı SSRİ məkanında tanınan, çempion adını qazanan bu və başqa mütəxəssislərin bu gün Məşqçilər Komitəsində “paslanması” ürək ağrıdır. Lakin onları orda oturmağa dəvət edən nə mənəm, nə siz oxucular, nə də bir başqası. Bu təklifdə bulunan AFFA-nın ideoloqu Elxan Məmmədovdusa, deməli, çempionatdakı komanda sayının azlığına və bu məşqçilərin işsiz qalmasına cavab verməli şəxs də məhz baş katibdi. Gənclərə yol açılması normaldı, onlar da çalışmalı, öyrənməli, təcrübə yığmalıdılar. Amma Roberto Bordin kimi italyanlar “Neftçi”də işləyib, hədəfə çata bilmirsə, əvəzində adı çəkilən mütəxəssislər işsizlikdən məcbur qalıb komitədə “otururlarsa”, bu, ölkə futbolunun faciəsi, Elxan Məmmədovla ətrafındakıların bu cür mütəxəssislərə hörmətsizliyidi.
Əslində Mircavadova, Sadıqova, Qəribova, Diniyevə “Turan Tovuz”u çalışdırarsızmı” sualını vermək bir atadan “oğlunuzu gələcəkdə fəhlə görmək istərdizmi” soruşmaq qədər ayıbdı. Fəhlə işləmək, evə çörək aparmaq ayıb deyil, əsl kişi bunu bacarmalıdı. Sadəcə, hər bir atanın arzusu balasını yüksək vəzifədə, hansısa işin başında görməkdi. Necə ki, Məşqçilər Komitəsində təmsil olunan mütəxəssislərin hər biri premyer-liqanı arzulayır.
Bu məşqçilərə ona görə üz tutduq ki, bəlkə kabinetdən çıxmağa, yaşıl meydanlarda olmağa, aşağı dəstədə olsa belə, işləməyə razıdılar, hazırdılar. Onsuz da elita klublarının əksəriyyəti AFFA-nın, SOCAR-ın nəzarətindədi. Baş məşqçilərin kimliyi də “yuxarı” səviyyədə həll olunur. Bu gün premyer-liqada təcrübəlilərə yer yoxdusa, komitədə oturub turist funksiyasını yerinə yetirməkdənsə, “Turan Tovuz”da iş başında olmaq məqsədəuyğundu. Təbii ki, bu, şəxsi fikrimdi. Onların suala cavabı isə belə oldu.
Ağasəlim Mircavadov: “İşləməyinə hamı işləyər, niyə işləməyək ki? İngiltərədə “Kristal Pelas” adlı komanda var, baş məşqçiləri mənimlə həmyaşıddı. Bu adam iki dəfə rəhbərliyə işdən çıxmaqla bağlı rəsmi müraciət etsə də, qəbul etməyiblər. O gələndə komandanın durumu yaxşı deyildi, “Kristal Pelas”ı elitada saxladı, bu gün də premyer-liqada ortabablardan sayılır. Yuri Syominin 72 yaşı tamam oldu, 73-ün içindədi, “Lokomotiv”də çalışır, çempion olur, ölkə kubokunu qazanır. Deməyim odu ki, futbolda yaş söhbətinə yer yoxdu. Məşqçi bacarığı, təcrübəsi elə şeydi ki, o heç vaxt səni tərk etmir. Əksinə, püxtələşirsən, daha çox öyrənirsən. “Turan Tovuz”dan danışırsız, məgər Əsgər Abdullayev orda işləmədi? İşlədi, çempion da oldu. Bəlkə Oqtay Abdullayev mənə aşağı dəstədə iş təklifi etməyə utanıb. Bəlkə də bunu mənə uyğun saymayıb. Münasibətimiz yaxşıdı, məni yaxşı tanıyır. Bu gün bizim yerimiz yaşıl meydandı. “Turan Tovuz”un şərtləri mənə uyğun olsa, işləyərəm. Birinci liqa deyəndə çox adam vəziyyətin pis olduğunu deyir. Guya premyer-liqanın durumu yaxşıdı ki? Suala cavab verdim, indi mən sizə sual verim. Azərbaycanda məndə olan nəticələr heç kimdə yoxdu. Belədə niyə premyer-liqada yox, birinci divizionda işləməliyəm? Premyer-liqaya cavanları məsləhət görürsüz, aşağı dəstə söhbəti olanda biz yada düşürük”.
Şahin Diniyev: “Turan Tovuz”a da, Tovuzda yaşayan insanlara da çox böyük hörmətim var. Hələ müstəqillik illərindən bu yana Tovuz Azərbaycan futboluna saysız futbolçular bəxş edib, bu bölgədə futbolun necə sevildiyini bilirik. Lakin bu gün özümü tək “Turan Tovuz”da yox, ümumiyyətlə, birinci divizionda görmürəm. Səbəbi sadədi. Vaxtilə millinin baş məşqçisi olmuşam, Rusiyada çalışmışam, yəni bu yerə min zəhmətlə, əziyyətlə gəlib çıxmışam. İndi isə yenidən aşağı dəstədən başlamaq istəmərəm. Səbəb budu, başqa heç nə. Bunu deməklə fikirlərimin yanlış anlaşılmasını istəmirəm, aşağı dəstə deməklə də aşağılamaq fikrindən uzağam. Sadəcə, bunu məqbul saymıram. Yenə deyirəm, “Turan Tovuz”a və tovuzlulara hədsiz hörmətim var”.
Şakir Qəribov: “Düzünü deyim, təklif olsa da, gedib işləmərəm. Xüsusi bir səbəbi yoxdu, sadəcə, rayonlarda olmuşam, gördüyümü görmüşəm. Vaxtilə o ağrıları çəkmişəm, yaşamışam. İndidən yox, hələ SSRİ dönəmindən danışıram. Cavan vaxtlarım olsaydı, əlbəttə, gedərdim. Amma bu gün çətin görünür. Ailə-uşaq hamısı Bakıdadı, Tovuz da paytaxtdan çox uzaqdı. Gedib-gəlmək, yollarda vaxt itirmək, orda qalmaq – hərəsi bir problemdi. Sırf yol uzaqlığına görə Tovuzda işləyə bilmərəm. Bakıya yaxın rayonlardan biri olsa, niyə getmirəm? “Turan Tovuz” bu gün yaxşı təsir bağışlayır, birinci pillədədilər, infrastruktur, stadion düzəlib, möhtəşəm azarkeş dəstəyinə sahibdilər. Belə yerdə çalışıb, nəticə vermək olar. İnanın, gənc məşqçi olsaydım, oynaya-oynaya gedərdim. Təcrübə yığmaq, özünü göstərmək baxımından “Turan Tovuz” əla imkandı. İnsanları da futbolla nəfəs alır, futbol bölgəsidi. Yol uzaqlığına görə alınmaz, yoxsa birinci dəstədə çalışmağı ayıb bilmirəm. Bu bizim sənətimizdi, əsas odu, futbolun içində olasan”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu Bu gün, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bu gün, 12:07 Ruslan Abışov köhnə zədəsini təzələyib Bu gün, 12:03 “Keşlə” Antalyadan qələbəsiz dönür Bu gün, 12:02 Yunanov rumınlarla oyunu fərqləndirdi Bu gün, 11:57 Füzuli Məmmədov PRO kateqoriyası üçün oxuyacaq Bu gün, 11:55 Xatakar Babək Alxasovun yeni macərası 26-01-2020, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı 26-01-2020, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” 26-01-2020, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır 26-01-2020, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi 26-01-2020, 06:21 Ovusu Kvabena “Qarabağ”da 26-01-2020, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı 26-01-2020, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi 26-01-2020, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü 26-01-2020, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır 26-01-2020, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? 26-01-2020, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar 26-01-2020, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” Bütün xəbərlər
Ən çox oxunanlar