18 okt 13:07divizion

“Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək


Oqtay Abdullayev: “Ağasəlim Mircavadov, ya da Vaqif Sadıqov ora getməz axı”
Azər Bağırov gözlənilmədən “Turan Tovuz”u tərk edəndən sonra klub rəhbərliyi çıxılmaz vəziyyətdə qalıb. Ayrılığın üstündən bir neçə gün keçsə də, hələ ki yeni baş məşqçinin kimliyi ilə bağlı açıqlama verilmir. Başbilənlər hədəfləri yüksək olan komandanın başına elə birini gətirmək istəyirlər ki, mövsümün sonunda qərara görə başlarını tutmasınlar.
Məlum məsələ ilə bağlı son durumu öyrənmək üçün klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayevi aradıq. Tovuz təmsilçisində əsas söz sahibi olan Abdullayev 2-3 gün səbr etməyi məsləhət gördü.
- Yeni baş məşqçinin adı nə vaxt açıqlanacaq?
- Baş məşqçi məsələsi ilə bağlı sual hələ ki cavabsız qalmaqdadı. Bu dəqiqənin özündə də axtarışdayıq. Məşqçi yoxdu, çətindi.
- Məşqçidən çox məşqçi var. Kimi dindirirsən, işsizlikdən gileylənir. Siz də məşqçilərin yoxluğundan gileylənirsiz.
- Kim var? Bir nəfərin adını çək.
- O qədər var ki. Dördü elə Məşqçilər Komitəsində oturub.
- Məşqçilər Komitəsində otura bilərlər e. Söhbət birinci divizionda işləməyə və Tovuzda yaşamağa hazır olan məşqçilərdən gedir. Rayonda yaşamağa razılıq verən və çiyinlərini yükün altına verməyə hazır olan məşqçi axtarışındayıq.
- Hansı yükün?
- Bu dəqiqə komanda aşağı dəstənin lideridi. Baş məşqçi dəyişikliyindən sonra vəziyyət heç də həmişə ürəkaçan olmur. Ona görə də hər adam məsuliyyətin altına girmək istəmir. Söhbət bundan gedir.
- Hədəf nədi? Çempionluq?
- Əlbəttə.
- Hədəfə uyğun maaş var?
- Birinci liqa üçün yaxşıdı.
- Nə qədər?
- Rəqəm açıqlamağım doğru olmaz. Pul var, pis deyil.
- Aylıq 2 min manat var?
- Düzdü, əvvəl az idi, indi yaxşıdı.
- 2 mindən azdı, ya çox?
- Bu barədə danışmayaq. Gəlmək istəyənlər var, sadəcə, söhbət yükün altına girməkdən gedir. Bir var elə-belə oynayaq, çempionatda iştirak etmək üçün, bir də var komandanın qarşısında konkret hədəf durur.
- Bu barədə kimlərləsə görüşüb, danışmısız?
- Danışıq apardıqlarımız olub, bu gün də var. Bir-iki nəfər var ki, onların cavabını gözləyirəm. Sərfəli olsa, fikirlərimiz üst-üstə düşsə, razılaşarıq.
- Yaşlı nəsildən istəyirsiz, yoxsa gənclərdən?
- Yaşlı nəsil deyəndə ki, Ağasəlim Mircavadov, ya da Vaqif Sadıqov ora getməz axı. Ona görə də yaşı nisbətən az olanlara baxmalıyıq.
- Əsgər Abdullayev Naxçıvanda darıxır. Qaytarın da...
- Əsgər gəlməz axı. O boyda Naxçıvanda futbol səlahiyyətlərini veriblər ona.
- Həftəsonu “Sumqayıt-2” ilə oynayacaqsız. Baş məşqçinin adı nə vaxt açıqlanacaq?
- Bu yaxınlarda həll olunmalıdı, uzağı iki-üç günə. Lap məşqçi gətirsək də, onsuz da “Sumqayıt-2” ilə oyuna hazırlaya bilməyəcək. Vaxt azdı. Ona görə də tələsmək istəmirik.
- Bəs növbəti oyuna komandanı kim çıxaracaq?
- Azər Bağırovun köməkçiləri – Ənuşirəvan Ağazadə ilə Eldəniz Hüseynov. Komandanı “Sumqayıt-2” ilə matça onlar hazırlayır, onlar da çıxaracaqlar. 8-ci turda istirahət edəcəyik deyə, yeni baş məşqçinin komanda ilə tanış olmaq, istədiklərini nisbətən həyata keçirmək imkanı olacaq. Dediyim kimi, uzağı 2-3 günə bilinəcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar