09 apr 23:50divizion

Birinci divizion: kim çempionluğa daha yaxındı?

Birinci divizion: kim çempionluğa daha yaxındı?
Premyer-liqada tez-tez bu mövzuya müraciət edirik. İstənilən yarışda sonluq yaxınlaşdıqca, bu haqda müzakirələrin, proqnozların sayı da artır. Bu mənada birinci divizionda da mübarizə həlledici mərhələdədi. Odu ki, sona 4 tur qalmış şansları dəyərləndirmək olar. Düzdü, bu o demək deyil ki, çempion olan komanda artıq premyer-liqadadı. Yaxud da marafonu ilk “üçlük”də qapayanlar güclülər dəstəsinə yüksələcək. Dəfələlə bunun əksini görmüşük. Hər şey lisenziya tələblərinə cavab verməkdən asılıdı. Çempionluq hər şeyi həll etmir. Lakin qarşısına elitaya yüksəlmək hədəfi qoyan klub lisenziya şərtlərindən arxayındısa, yuxarı pillələrdə qərarlaşmağa can atmalıdı. Bunlar öz yerində. İndi isə kimin çempionluğa daha yaxın olduğunu saf-çürük edək.

Turan Tovuz
Sözsüz, çempionluğa ən real namizəd “Turan Tovuz”du. Qərb təmsilçisi hazırda ən yaxın izləyicisi “Səbail”i 4 xal qabaqlayır. Əsgər Abdullayevin qarşıdakı 4 turda həmin üstünlüyü əldən verəcəyi heç inandırıcı görünmür. Çünki artıq 3 xal tovuzluların “cibindədi”. Bu tur “Turan Tovuz” “Şərurspor”la qarşılaşmalı idi. Lakin “Şərurspor”un üzləşdiyi məlum cəza üzündən qərblilərə texniki qələbə veriləcək. Deməli, Abdullayevin komandası artıq növbəti 3 tur haqda düşünməlidi. Tovuz təmsilçisi həmin 3 oyundan ikisini evdə keçirəcək. Yalnız Qusar səfəri var. MOİK-lə “doğma divarlar” arasındakı görüş o qədər də çətin görünmürsə, “Şahdağ”ın hazırda qorxulu rəqib sayılmadığı hər kəsə bəllidi. “Turan Tovuz”un yalnız son turda “Qaradağ Lökbatan”la matçda büdrəməsi sürpriz olmaz. Ancaq çox güman, həmin oyuna kimi Abdullayevin yetirmələri çempionluğu rəsmiləşdirəcək. Tovuzluların mövsümü çempion kimi bitirmək ehtimalı ən azı 80 faizdi.

Səbail
“Turan Tovuz”un ən yaxın izləyicisi olan “Səbail”in isə birincilik şansını 10 faizdən artıq qiymətləndirmək çətindi. Düzdü, tovuzlular kimi, Elman Sultanovun yetirmələrinin də 3 xalı hazırdı. Çünki debütant bu tur “Şərurspor”la eyni taleyi yaşayan “Rəvan”la qarşılaşmalıydı. Ancaq sonrakı oyunlarda “Səbail”i daha çətin sınaqlar gözləyir. Paytaxt təmsilçisi 24-cü turda Zaqatala səfərinə yollanacaq, ardınca evdə “Şəmkir”i qonaq edəcək. Premyer-liqaya can atan bu iki komandanın Sultanovun yetirmələrinə asanlıqla təslim olacağını demək doğru olmaz. Yalnız son turda “Bakılı” ilə səfər oyunu “Səbail” üçün çətin olmamalıdı. Ancaq ona kimi “Turan Tovuz” çempionluğu rəsmiləşdirsə, həmin matçın bu cəhətdən önəmi qalmayacaq. O başqa məsələ ki, ikinci pilləni qorumaq və elitaya vəsiqə verən yerlərdən birini tutmaq əsas hədəfdi.

Zaqatala
Şaban Şirdanovun komandasının da çempionluq şansını “Səbail”lə eyni qiymətləndirmək olar. Düzdü, paytaxt təmsilçisi hazırda 3 xal öndədi. Lakin bəzi məqamlar var. Çempionatın son turunda 3 xal “Zaqatala”nın cibində olacaq. Şimal-qərblilər “Şərurspor”la oyunun olmasından yararlanacaq. “Energetik”lə səfər matçında da komandanın işi çətin olmamalıdı. Şirdanovun yetirmələri “Səbail”i doğma meydanda sınağa çəkəcək. Bu isə “Zaqatala”nın şansını artırır. Yalnız “Ağsu” ilə səfər matçının asan keçməyəcəyini indidən proqnozlaşdırmaq olar.

Başqaları
Düzdü, “Qaradağ Lökbatan”, “Ağsu” və “Şəmkir” də çempionluq şansını qoruyur. Ancaq hətta “Turan Tovuz”un ən yaxın izləyicisi “Səbail”in birincilik faizi olduqca aşağıdısa, başqaları haqda uzun-uzadı mülahizə yürütmək mənasızdı. Artıq bu komandalar daha çox elitaya vəsiqə verən “üçlüy”ə can atmalıdı. Klub rəhbərliyi isə lisenziya tələbləri haqda düşünməlidi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar