25 in 18:13divizion

“Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər

“Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər
“Yeni baş məşqçinin bu məsələdə bəxti gətirib”
Ötən sayımızda Etibar İbrahimovun “Kəpəz”in baş məşqçi postundan istefa verdiyini diqqətinizə çatdırmışdıq. “Sarı-göylər”in artıq sabiq baş məşqçisi ilə elə istefa verdiyi gün danışmaq istəyirdik. Lakin ötən həftə Etibar bəy danışmaq istəmədiyini bildirdi. Dünən yenidən onunla əlaqə saxlayıb, istefanın səbəbini aydınlaşdırmağa çalışdıq. İbrahimov öncə müsahibə vermək üçün münasib yerdə olmadığını, imkan tapan kimi özü bizimlə əlaqə saxlayacağını söylədi. Nəhayət, axşam saatlarında zəng vurdu və bizi maraqlandıran bütün suallara olmasa da, istefası ilə bağlı bəzi mətləblərə aydınlıq gətirdi.
- Deyəsən, başınız çox qarışıqdı, telefonla danışmağa belə vaxt tapa bilmirsiz...
- Elə deməzdim. Bu gün bəzi dostlar və ailə üzvlərimlə birgə dağa qalxmışdıq. Onların yanında suallarınızı istənilən səviyyədə cavablaya bilməyəcəyimə görə axşam saatlarında danışmağı lazım bildim. Əsas odu saatın əqrəblərinin neçəni göstərməsindən asılı olmayaraq, sözümü tutdum və sizinlə əlaqə saxladım.
- Deyəsən, başa çatan mövsümdə “Kəpəz”də stressli günləriniz çox olub və indi də istirahətə vaxt ayırmağı lazım bilmisiz. Heç olmasa, ürəyiniz istəyən kimi yayın ləzzətini çıxara bilirsiz?
- İstirahətin harda işləməyə aidiyyatı yoxdu. Məncə, hər kəs il ərzində heç olmasa, 5-10 gün ailəsinə vaxt ayırmalıdı. Bir də ən əsası, insan həyatda hansı vəzifəni tutmasından asılı olmayaraq, sözünə, vədinə əməl etməli, heç kimin yanında yalançı olmamalıdı. Sən dünya şöhrətli məşqçi və ya futbolçu ola bilərsən, ancaq sözübütöv olmaq, hamının üzünə dik baxmaq hər kəsə qismət olmur. Allahıma şükür edirəm ki, mənim bu yöndə heç bir problemim yoxdu. Ailə üzvlərimə, dostlara söz vermişdim ki, mövsüm başa çatandan sonra istirahətə vaxt ayıracam. Sözümü tutaraq bu gün (dünən) hamılıqla istirahət üçün dağa yollanmışıq.
- “Kəpəz”dən istefa verməyiniz bir qədər gözlənilməz oldu. Çoxları bu addımınızı AFFA və şəhər rəhbərliyinin kluba diqqətsizliyinin cavabında demarş kimi dəyərləndirdi.
- Bu haqda mətbuatda yazılanlardan xəbərim var. Ancaq çox istərdim ki, bu addımım başqa cür yozulmasın. Mən istefa verməmişəm, sadəcə, mayın sonunda “Kəpəz”lə müqaviləmin müddəti bitib. Yeni anlaşma təklif olmadığından klubdan ayrılmışam. Bu üzdən “Etibar İbrahimov istefa verdi” demək düzgün olmaz.
- Bəs bundan sonra?
- İşimi çox sevirəm və ümid edirəm ki, qısa vaxtda yenidən hardasa çalışacam. “Kəpəz”i çalışdırmaq təklifi almamışdan öncə üç dəfə mənə müraciət olunmuşdu. Sonda doğma şəhərimin komandasını qəbul etdim. İndi də bəzi iş təklifləri almışam. Yəqin ki, onların arasından seçim edəcəm.
- Gəlin tələsmədən detallı şəkildə danışaq. Ötən mövsüm “Kəpəz”dən başqa hansı yerli klublar xidmətinizdə maraqlı idi?
- Ad çəkməyəcəm. Ancaq Hindistandan qayıdandan sonra bəzi klublar mənə iş təklifi göndərdilər ki, onların arasında “Kəpəz” də var idi. Ancaq mən seçim zamanı şəhərimin komandasına üstünlük verdim. Mənim kimi siz də bilirsiz ki, “Kəpəz”in ən ağır durumunda komandanı qəbul etmişəm. Demək olar ki, sıfırdan komanda formalaşdırmışıq. Düzdü, yekunda komandanın nəticəsi ürəkaçan olmadı. Ancaq imkan vermədim ki, Gəncə futbolu tarixin yaddaşına köçsün. Bu işdə AFFA-nın da müstəsna xidməti oldu.
- Qeyd etdiz ki, “Kəpəz”dən ayrılan kimi yeni təkliflər almısız. Bu haqda da məlumat verməyinizi istərdik.
- Xasiyyətim elədi ki, bir iş tam həll olunmasa, o haqda danışmıram. Bütün suallara aydınlıq gəldikdən sonra açıqlama verəcəm.
- Vaxtilə Azərbaycanda çalışmış, hazırda isə bundesliqa təmsilçisi “Ayntraxt”ın Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri olan Nikolay Adamla isti münasibətlərinizin olduğu hamıya məlumdu. Hindistanın U-17 yığmasına da məhz onun köməkçisi kimi yollanmışdız. Yəqin ki, bu dəfə də onun dəstəyi ilə ölkə xaricinə yollanmaq variantı var?
- Gəlin hadisələri qabaqlamayaq. Siz məndən söz çəkməyə çalışsaz da, “Futbol+”ə nə qədər böyük hörmətim olsa da, hələ heç nə deməyəcəm. Adama ötən mövsümün gedişində Yeni Zelandiyanın U-19 yığmasını çalışdırmaq təklif olunmuşdu. O bu haqda mənə məlumat verdi. Ancaq müqavilə birillik nəzərdə tutulduğundan təklifi qəbul etmədi. Alman mütəxəssis ən azı 2 illik müqavilə istəyir. Çünki hər bir məşqçinin işinə qiymət vermək üçün minimum 2 il tələb olunur. Bu, təcrübədə özünü doğrultmuş göstəricidi. Ona görə də istər Azərbaycanda, istərsə də Hindistanda çiyin-çiyinə çalışdığım məşqçi tələsməməyi lazım bildi və mənə də eyni sözləri dedi.
- Gəlin “Kəpəz”də keçirdiyiniz mövsümə qayıdaq. Çox çətin oldu?
- Çətin nəyə deyirsiz? İndi şikayətlənmək istəmirəm, çünki bilirdim hara gedirəm. Nə qədər problem yaşasaq da, bu gün də fəxr edirəm ki, “Kəpəz” kimi komandanı çalışdırmışam. Çətinliyimiz olsa da, mənim üçün xoş idi. Yuxarıda qeyd etdiyim kimi, ölkənin ən köklü iki klubundan birini tarixinin ən çətin dönəmində qəbul etdim. Heç nədən çəkinmədən ağır yükün altına girsəm də, həm futbolçularımla, həm də hər zaman bizə dəstək olan Gəncə azarkeşləri ilə fəxr edirəm. Fürsətdən istifadə edib bütün oyunlarda komandaya dəstək olan “Kəpəz Ultras” fanklubunun üzvlərinə təşəkkür edirəm. Onların hansı əziyyət hesabına Zaqatalaya gəlməsi və komandaya dəstək verməsi böyük fədakarlıq kimi qiymətləndirilməlidi. Zaqatalaya çatmaq üçün fanatlarımız bir neçə marşrut dəyişmək məcburiyyətində qalmışdılar. Özüm də məşqçi kimi “Kəpəz”də böyük təcrübə qazandım. Şərt o deyil ki, nəzəriyyəni biləsən. Təcrübə tam başqa şeydi. Doğma şəhərimin komandasını çalışdırmaqla futbolçularla münasibət yönündə dəyərli təcrübə topladım. Bəli, çətinliyimiz çox idi. Bunu etiraf etməliyəm. Maaşların gecikməsi, şəraitlə bağlı çətinliyimiz dəfələrlə sizin qəzetlə yanaşı, idman mediasında geniş işıqlandırılıb. Ancaq bütün problemlərə sinə gərməyə çalışdıq. Bir də baş məşqçi olaraq, komandanı çalışdırarkən “Kəpəz”in necə böyük klub olduğunu bir daha anladım. Təsəvvür edin, komanda sonunci pillədə ola-ola, aparıcı idman nəşrləri və saytları liderləri bir tərəfə qoyub ancaq bizi diqqət mərkəzində saxlayırdı. Demək olar ki, hər həftə sizin qəzet, bütün saytlar bizdən nəsə yazırdı. Bu da Gəncə təmsilçisinin tarixi köklərə malik olduğunu göstərirdi. Sizə bir söz deyim, ancaq gülməyin.
- O nə sözdü ki, ona gülə bilərik?
- Bildiyiniz kimi, qış fasiləsinə qədər komandanın turnir cədvəlində vəziyyəti o qədər də ürəkaçan deyildi ki, bunun da obyektiv səbəbləri var idi. Mövsümün ilk yarısından sonra heyətə əl gəzdirmək məcburiyyətində qaldıq. Komandaya dəvət etmək istədiyimiz yeni futbolçularla görüşdə, bilirsiz, öncə nədən başlayırdım? Onlara “Kəpəz”in hazırda autsayder olmasına baxma, görürsən ki, birinci divizionda mətbuat ən çox bizi diqqət mərkəzində saxlayır. Elita klublarından heç də geri qalmırıq. Özünü burda göstərə bilsən, daha yuxarılara yolun açılacaq” söyləyirdim. Doğrudan da, vəziyyət belə idi. Maraqlandığımız, heyətə cəlb etmək istəyimiz oyunçular da bu sözləri eşidəndən sonra müqaviləyə imza atacaqlarını bildirirdilər. İdman mediasına da təşəkkür edirəm ki, heç vaxt bizi yaddan çıxarmadılar, tarixi ənənəsi olan “Kəpəz”i həmişə diqqət mərkəzində saxladılar. Heç liderlər barədə o qədər yazmırdılar, nəinki aşağı pillələrdə qərarlaşan “Kəpəz” haqda.
- Sizin ayrılmağınızdan sonra komandaya Vidadi Rzayevin baş məşqçi gətiriləcəyi deyilir. Sizcə, Rzayev indiki şərtlər altında “Kəpəz”i yeni səviyyəyə yüksəldə biləcək?
- Apreldə Elxan Məmmədov Gəncəyə səfər etmişdi. Baş katib hələ onda dedi ki, növbəti mövsümə qədər stadionun ərazisində yeni yardımçı meydan salınacaq. Artıq tender elan olunub və yəqin ki, yeni “futbol ili” üçün süni örtüklü meydan hazır olacaq. Onun istifadəyə verilməsi komandanın məşq prosesinə çox xeyir verəcək. Bu yöndə biz çox əziyyət çəkdik. Əsas meydanla bağlı problemimiz yox idi. AFFA-nın sayəsində hər şey yoluna qoyulmuşdu. Ancaq məşq prosesi üçün “Kəpəz” gah Şəmkirə üz tutdu, gah da Göygölə. Yeni baş məşqçinin bu məsələdə bəxti gətirib. Yəqin ki, yeni mövsümdə başqa çatışmazlıqlar da həll olunacaq. Açığı, mən də mətbuat vasitəsilə Rzayevin komandaya rəhbərlik edəcəyini eşitmişəm. Hər kim olacaqsa, Allah köməyi olsun. Əsas odu, Gəncənin komandası uğurlu çıxış etsin. Eşitdiyimə görə, şəhərimizdə AFFA-nın dəstəyi ilə yeni Futbol Akademiyası təsis olunacaq. Bu çox alqışalayiq addımdı. Çünki Gəncədə həmişə güclü futbolçular və məşqçilər olub. Son illər şəraitsizlikdən yeniyetmə və gənclərimizin əksəriyyəti başqa klublara üz tutublar. Akademiya olacağı təqdirdə onlar da şəhərdə qalıb gələcəkdə “Kəpəz”in şərəfini qoruyacaqlar. Ümid edirəm ki, bu işlər görüləcəyi halda bir neçə ildən sonra Gəncə futbolu əvvəlki şöhrətini qaytara biləcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar