03 apr 19:37divizion, manset

Apellyasiya və Ekspert Komissiyası “Rəvan”ın şikayətinə gələn həftə baxacaq

Apellyasiya və Ekspert Komissiyası “Rəvan”ın şikayətinə gələn həftə baxacaq
İlqar Axundov: “Qoy mənə İntizam Komitəsinin düzgün qərar çıxardığını sübut etsinlər, ortaya fakt qoysunlar”

AFFA İntizam Komitəsinin martın 16-da baş tutan toplantısında ölkənin futbol tarixinə damğa vuracaq qərar qəbul olundu. Adı oyun alğı-satqısında hallanan iki klub - “Rəvan” və “Şərurspor” birinci diviziondan uzaqlaşdırldı. Böyük səs-küyə səbəb olan bu qərardan sonra “Şərurspor”un prezidenti Sərdar Bağırov qəzetimizə müsahibəsində ittihamlarla razılaşmadığını, futboldan bezdiyini, klubun fəaliyyətinə xitam verəcəyini bildirmişdi. “Uçan aslanlar”ın vitse-prezidenti İlqar Axundov isə İntizam Komitəsnin qərarı ilə barışmadıqlarını və məsələ ilə bağlı AFFA-nın Apellyasiya və Ekspert Komissiyasına müraciət etdiklərini söyləmişdi.
Həmin vaxtın üstündən bir müddət keçsə də, hələ ki bu işdən səs-soraq yoxdu. Bunu nəzərə alaraq, dünən yenidən İlqar bəylə əlaqə saxladıq, son durumla maraqlandıq. Klub rəsmisinin məsələyə reaksiyası belə oldu: “Ötən dəfə sizə dedyim kimi İntizam Komitəsinin qərarı ilə bağlı AFFA-nın Apellyasiya və Ekspert Komissiyasına müraciət ünvanlamışam. “Rəvan” rəhbərliyi kluba yönələn ittihamlarla barışmır. Hələ ki adı çəkilən qurumun toplantısı keçirilməyib. Bir neçə gün öncə assosiasiyanın hüquqşünası Rəmiş Maliyevlə əlaqə saxlayıb komissiyanın nə vaxt bir araya gələciyi ilə maraqlandım. Onun sözlərinə görə, qurumun üzvləri sənədlərlə tanış olurlar və böyük ehtimalla, gələn həftə iclas keçiriləcək. Rəmiş bəyə onu da bildirdim ki, islacda iştirak etmək istəyirəm. Qoy mənə İntizam Komitəsinin düzgün qərar çıxardığını sübut etsinlər, ortaya fakt qoysunlar. Ehtimallar üzərində fərziyə irəli sürməklə işi bağlamaq olmaz. Günahımız varsa, “ağ bayraq qaldırıb”, geri çəkiləcəyik. Əks halda haqqımızı tələb edəcəyik”.
“Rəvan”ın vitse-prezidenti günahsız olduqlarını sübut etmək üçün sona qədər mübarizə aparacaqlarını, bu yolda hətta Avropa məhkəmələrinə üz tutacaqlarını da bildirdi: “Günahı olmayan birini şər-böhtanla necə cəzalandırmaq olar? AFFA-nın müfaviq qurumu da işə obyektiv yanaşmasa, məhkəməyə üz tutacağıq. Bu yolda bütün qüvvələrimizi səfərbər etmişik. Yerli məhkəmələr də onların dediklərini təkrarlasa, Avropa məhkəmələrinə müraciət etməkdən başqa yolumuz qalmayacaq. Bununla yanaşı, UEFA-ya da şikayət edəcəyik. Biz bilirik ki, nahaq yerə cəzalanmışıq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub Dünən, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir Dünən, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... Dünən, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək Dünən, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi Dünən, 15:38 “Elvin Səfərli futbol adamı deyil” Dünən, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır Dünən, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq Dünən, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır Dünən, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı Dünən, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı Dünən, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı Dünən, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! Dünən, 15:17 Averin 15 aylıq cəzalandı Dünən, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! Dünən, 15:09 Türkiyə ilə bacarmadıq Dünən, 15:07 Millimiz Bolqarıstana uduzdu Dünən, 15:06 Medalsız qaldılar Dünən, 15:05 Minskə beş qrossmeyster gedəcək Dünən, 15:04 AÇ üçün hazırlıq başlayır Dünən, 15:00 Antalyadan altı medalla Dünən, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi Dünən, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması Dünən, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi Dünən, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək Dünən, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? Dünən, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var Dünən, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı Dünən, 13:58 “Baku Fayr”dan çətin qələbə Dünən, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar