15 may 13:21divizion

"Birincilər" taleyi ilə barışıb

"Birincilər" taleyi ilə barışıb
Azər Bağırov: “Lisenziya verməyiblərsə, yəqin hansısa səbəbləri var”
Rüstəm Məmmədov: “Reallıq budu ki, himayədarımız yoxdu"

Ötən şənbə günü AFFA Lisenziya Komissiyasının iclası baş tutdu. Toplantının ardından birinci divizion klublarından heç birinin premyer-liqa üçün tələb olunan şərtləri yerinə yetirmədiyi açıqlandı. Düzdü, aşağı dəstə təmsilçilərinin qərardan apellyasiya şikayəti vermək üçün 10 gün vaxtı var. Ancaq klublardan hansınınsa belə addım atacağı, lap atsa belə, effektinin olacağı inandırıcı deyil. Artıq "Keşlə"nin elitada qalacağı şübhə doğurmur. Bu isə o deməkdi ki, yenə də birinci divizionun qalibi güclülər dəstəsinə yüksəlməyəcək. Ötən illərdən fərqli olaraq, ümumiyyətlə, heç bir klub premyer-liqaya vəsiqə qazanmadı. Bütün bunlar idman prinsiplərinin pozulmasıdı.
Hər halda, "birincilər"in hansı şərtlərə cavab vermədiyi maraqlı məqamdı. Ən əsas da iki komandanın elitaya yüksəlmək variantı müzakirə olunurdu. Bunlar aşağı dəstənin çempionu MOİK və mövsümü 4-cü pillədə başa vuran "Zaqatala"dı. Odu ki, hər iki komandadan Lisenziya Komissiyasının qərarı ilə bağlı münasibət öyrənməyi lazım bildik.
Azər Bağırov (MOİK): "Bu gün birinci iş günüdü. Bəlkə də rəhbərlik apellyasiya şikayəti verəcək. Yaxud da başqa hansısa addımı atacaqlarından xəbərsizəm. Bununla belə, heyfsilənmirəm. Hər bir işdə xeyir var. Lisenziya verməyiblərsə, yəqin hansısa səbəbləri var. Artıq irəli baxmaq, inkişaf etmək lazımdı. Mən belə düşünürəm. Öhdəmizə nə düşürdüsə, komanda olaraq onu etdik. Başqa məsələlərlə isə daha yüksək instansiyalar məşğul olur. Hər halda, AFFA-nın qərarına hörmətlə yanaşmalıyıq. Hansısa komandanın yarıyolda dayanması da yaxşı hal deyil. Bu üzdən onlar da işlərini sığortalı görmək istəyirlər. Gözləyirdim? Açığı, hər zaman üzərimə düşən iş haqda fikirləşirəm. Oyundu, futbolçuların durumudu. Qalan məsələlər rəhbərliyin səlahiyyətində olan şeylərdi. Onlar buna cavab verə biləcək orqanlardı. Məşqçi kimi həmişə daha yaxşısına nail olmaq istəmişəm. Bu qərarın motivasiyama heç bir təsiri olmayıb. Doğrudu, çox istərdik ki, çempion olmuşuqsa, güclülər dəstəsinə yüksələk. Amma yəqin səbəblər var və qısa zamanda bu haqda ictimaiyyətə də məlumat verərlər. İstənilən halda, həm AFFA, həm də MOİK rəhbərliyinin qərarına hörmətlə yanaşırıq".
Rüstəm Məmmədov (Zaqatala): "Açığı, lisenziya məsələləri ilə rəhbərlik məşğul olur. Gözlənilən idi? Əslində 2015-dən bu yana təxminən oxşar vəziyyətdi. Dəyişən ciddi bir şey yoxdu. Deyəsən, bizdə sponsor məsələsində problem var. Bəziləri deyir ki, komanda elitaya çıxsın, sponsorluq edək. Ancaq lisenziya ilə bağlı detalları dəqiq bilmədiyim üçün deyə bilmərəm ki, bu qərar düzdü, yoxsa səhvdi. Apellyasiya şikayətinin verilib-verilməyəcəyi haqda da məlumatsızam. Rəhbərliklə danışığımız belə olub ki, növbəti mövsüm də komandanın yaşamasına çalışılacaq. Biz birinci yeri tutub elitaya yüksəlməsəydik, bəlkə də motivasiya baxımından pis təsir edə bilərdi. 4-cü yeri tutduğumuzdan vəziyyət fərqlidi. Açığı, bölgə klublarına qarşı mənfi münasibət bəslənildiyini düşünmürəm. Bir neçə il öncə "Kəpəz" elitaya yüksəldi. Bizi də AFFA maliyyələşdirir. Hansısa sponsor çıxıb 2-3 milyon vəsait ayırsaydı və bizi elitaya buraxmasaydılar, onda deyərdim ki, səhv qərar veriblər. Ancaq reallıq budu ki, himayədarımız yoxdu".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar