05 may 15:19divizion

Azər Bağırov MOİK-in uğurunun sirrini açıqladı

Azər Bağırov MOİK-in uğurunun sirrini açıqladı
“Rəşad müəllim oyunun fasiləsində zəng vurub uşaqlardan 3 xal tələb etdi”
Premyer-liqaya vəsiqəni hələ sona 4 tur qalmış təmin edən MOİK çempionluğu bu gün rəsmiləşdirə bilər. “Hərbçilər” “Qaradağ Lökbatan”ı məğlub etməklə istəyinə çata bilər. Komandanın baş məşqçisi Azər Bağırov klubun saytına verdiyi müsahibədə hədəfin məhz qızıl medallara sahib çıxmaq olduğunu gizlətməyib. 38 yaşlı mütəxəssisin müsahibəsini ixtisarla təqdim edirik. O, ilk növbədə karyerasını vərəqləyib.
- Peşəkar səviyyədə futbolçu karyerama 16 yaşımda "Xəzri"də (Buzovna) başlamışam. Sonradan "Qarabağ"ın əvəzediciləri, "Neftçi", "Qəbələ", "ABN Bərdə", "Ədliyyə", "Viləş"də çıxış etmişəm. Amma əsasən "Xəzər Universiteti"ndəki çıxışımla tanınmışam. Məşqçilik karyerama isə 2010-cu ildə "Neftçi"də başlamışam. Arif Əsədovun köməkçisi, həm də seleksiyaçı-məqşçi işləmişəm. Ardından məşqçilik kurslarına qatıldım, C və B kateqoriyalarını aldım. İki il U-16-da Nikolay Adamın köməkçisi olmuşam. Ardından "Qəbələ"də çalışmışam. 11 və 16 yaşlıların baş məşqçisi olduqdan sonra premyer-liqada əsas komandada ispan çalışdırıcı Luis Araqonun yardımçısı olmuşam. MOİK-dən əvvəl isə "Qaradağ Lökbatan"da çalışmışam. 2015-ci ildə PRO lisenziyası almışam. MOİK-ə gəlişimə gəlincə, Kanadaya 4 ay yarımlıq səfərimi işçi vizası ilə bağlı problemə görə yarımçıq qoyub Azərbaycana döndükdən sonra rəhbərliklə görüşümüz oldu. Danışıqlardan sonra ortaq məxrəcə gəldik və mövsümün sonuna qədər müqavilə imzaladım. Ötən mövsümün son 7 turunda komandaya başçılıq etdim. Görünür, qazanılan nəticələr rəhbərliyi qane edib ki, mənə yeni mövsüm üçün də müqavilə təklifi olundu. Mən də təklifi qəbul etdim və bu gün də MOİK-in uğurları üçün çalışıram.
- Kanada səfərini qeyd etdiz. Mühacirət etmək fikri hardan yarandı? Niyə getmişdiz?
- Kanadaya daha çox xaricdə olmaq, orda işləmək, təcrübə qazanmaq, məşqçi kimi dünyagörüşümü, əhatəmi genişləndirmək məqsədilə getmişdim. Əslində Kanadada birinci divizion komandası var idi, artıq müqavilə də imzalamışdıq. Sadəcə, dediyim kimi, işçi vizası ala bilmədiyimdən çalışmağım da qeyri-mümkün oldu.
- Bu mövsümün əvvəlində müqavilənizi yeniləyərkən rəhbərlik qarşısınıza hansı hədəfləri qoymuşdu?
- Yeni mövsümə yaxşı və iddialı hazırlaşmışdıq. Rəhbərlik qarşıya çempion olmaq hədəfi qoydu. Amma limitin dəyişməsi bir qədər problem yaratdı. Çünki biz yaşlı oyunçular seçmişdik və limitə düşən yetərincə oyunçumuz yox idi. Bu məsələ, açığı, rəhbərlik tərəfindən komandaya qarşı bir az inamsızlıq yaratmışdı. Amma zaman keçdikcə hər şey öz axarına düşdü, uğurlarımız artdı və rəhbərliyin də qayğısını üzərimizdə hiss etdik. İlk dövrə ərzində cəmi 2 məğlubiyyət oldu ki, onlar da ilin sonuna doğru komandada “böhran”ın yaşandığı dövrə təsadüf etdi. Bununla belə, oyunları, demək olar, 95 faiz eyni heyətlə oynamağımız çətinlik yaradırdı.
- Ötən mövsümlə müqayisədə nə dəyişdi ki, komanda belə uğurlu çıxış etməyə başladı?
- Həmişə istəmişəm ki, yaxşı kollektiv formalaşdıra bilim. Hiss edirəm ki, burda həmin ab-havanı yarada bilmişəm. Bu bir il ərzində komanda daxilində iki futbolçunun bir-biriylə bir dəfə də mübahisəsi olmayıb. Çox mehriban kollektiv yaratmışıq. Elə mühit yaratmışıq ki, hamı oynamağa hazır olsun. Yəni bu gün əsas heyətdə olub ən yaxşı çıxış edən sabah ehtiyatda da otura bilər. Belədə digər oyunçular da özünü artıq lazımsız hiss etmir.
- İlk dövrədə komanda 9-u qələbə olmaqla, 10 oyunluq məğlubiyyətsiz seriya yaxalamışdı. Amma dövrənin son 3 oyununda 2 məğlubiyyət və 1 heç-heçə oldu. Bununla da liderlik əldən verildi. Sanki komanda “əyləci basdı”. Bunun səbəbi nə idi?
- Müəyyən obyektiv və subyektiv səbəblər oldu. Məsələn, “Neftçi-2”yə qarşı oyunumuz heç alınmadı. Futbolda, ümumiyyətlə, idmanda belə bir qayda var: 5-6 oyundan bir uğursuzluq olmalıdı. Oyunçular robot, futbol da kompüter proqramı deyil ki, yazasan, sona qədər eyni olsun. 5-6 oyundan bir komandanın nisbətən zəif çıxışı olmalıdı, bizdə də bu “Neftçi-2” ilə oyuna təsadüf etdi. Amma uğursuzluğun əsas səbəbi Zaqatalada üzə çıxdı. Həmin oyunda 1988 təvəllüdlü limitə düşən futbolçumuzun qırmızı vərəqə alması istər-istəməz növbəti oyunda – “Qaradağ Lökbatan"a uduzduğumuz matçda da problem yaratdı.
- Dövrələrarası fasilə ərəfəsində liderliyi əldən verən komanda problemdən dərs çıxardı. Ən azı sona 4 tur qalmış premyer-liqaya vəsiqənin təmin edilməsi belə düşünməyə əsas verir.
- Qış fasiləsində bir neçə yaşlı futbolçu ilə vidalaşdıq. Rəhbərliklə iclas keçirdik. Limitə düşən azı 3-4 futbolçu tapmağın zəruri olduğunu diqqətə çatdırdım. Rəhbərlik də sağ olsun, komandaya qayğısını həmişə olduğu kimi, yüksək səviyyədə göstərdi. “Qəbələ”dən 1998 və 1999 təvəllüdlü futbolçular dəvət etdik. Bununla da gücləndirmək istədiyimiz zonalara futbolçu cəlb etdik. Həmin iclasda mən də rəhbərliyə söz verdim ki, ikinci dövrənin 5 oyunundan sonra lider olacağıq. Doğrudan da 5 tur keçəndən sonra 1-ci yerə çıxdıq. Həmin o 5-ci oyunumuz səfərdə “Sumqayıt-2”yə qarşı idi və qələbə qazandıq. Həmin oyunda uşaqlar möhtəşəm futbol sərgilədilər.
- Premyer-liqaya vəsiqəni təmin etməklə işi bitmiş saymaq olar?
- Qətiyyən. Rəhbərlik çempionatı 1-cı sırada bitirib qızıl medallara sahib çıxmağı qarşıya məqsəd qoyub. Bura qədər gəlmişiksə, işi sona çatdırmalıyıq. Nə rəhbərliyin, nə də futbolçuların çəkdikləri əmək boşuna olmalıdı.
- Komanda ikinci dövrədə ardıcıl 9 qələbə qazandı. Bu klub adına tarixi nəticədi. Çünki indiyə qədər nə elitada, nə də birinci divizionda belə seriya olmamışdı. Yəni rekordçu məşqçi kimi MOİK-in tarixinə düşmüsüz...
- İnanın ki, rekord barədə o qədər də fikirləşmirdim. Əsas diqqəti komandanın ümumi vəziyyətinə, sərgilədiyi futbola yönəltmişdim. Qələbələr sevindiricidi, amma mən daha çox ardıcıl qələbələrin bir gün bitəcəyi haqda düşünürdüm. Düşünürdüm ki, görəsən, həmin zəif oyun hansı günə təsadüf edəcək. Mənə elə gəlir ki, KİV-də MOİK-in premyer-liqaya vəsiqəni təmin etməsi barədə çıxan yazılar futbolçularda bir qədər eyforiya yaratdı. Elə “Neftçi-2”yə uduzmağımızın əsas səbəbi də eyforiya idi. Uşaqlar rahatlaşmışdılar.
- Komanda toparlana bilibmi?
- İnanıram ki, MOİK bu il 1-ci yeri tutacaq. Nə etmək lazım olduğunu bilirik. Məncə, futbolçular da artıq başa düşüblər. Ardıcıl qələbələrdən sonra belə məğlubiyyət onlara pis təsir etmişdi. Amma məğlubiyyət də olmalıdı. Bu oyundu, həmişə udmaq olmur. O vəziyyətdə uşaqları ələ almaq lazım idi və məncə, bunu bacardıq. Belə olmasaydı, "Zaqatala" ilə çətin oyundan üzüağ çıxa bilməzdik.
- “Zaqatala” ilə oyunda da psixoloji gərginlik hiss olundu.
- Əlbəttə, gərginlik var idi. Çünki "Neftçi-2" ilə qarşılaşmada komanda mövsümboyu heç bir oyunda buraxmadığı qədər qol buraxdı. Ən az qol buraxan komanda olaraq liderlik edirik və belə bir hal yaşananda istər-istəməz psixoloji sarsıntı olur, gərginlik artır. Eyni zamanda sona 2 tur qalmış çempionluq yolunda ağır zərbə ala bilərdik. Amma oyuna qədər çox ciddi çalışdıq, yaxşı iş gördük. Bunda rəhbərliyin qayığısı və diqqəti də rol oynadı. Rəşad müəllim (MOİK-in rəisi, polkovnik-leytenant Rəşad Qasımov - red.) ölkədə olmasa da, oyunun fasiləsində zəng vurub əlaqə saxladı. O, uşaqlardan 3 xalı tələb və xahiş etdi. Həmin an diqqətin nə qədər olduğunmu bir daha gördük.
- Son 2 oyun psixoloji baxımdan nisbətən asan olar?
- Bilirsiz, MOİK birinci divizionda elə dəst-xətt yaradıb ki, bütün komandalar liderə qarşı daha əzmlə mübarizə aparmaq, özlərini göstərmək və xal qopartmaq istəyirlər. Bu, bir yandan işimizi çətinləşdirir, digər yandan da işimizə zövq, maraq qatır. Bizi qarşıda "Zaqatala" ilə oyundan da çətin - "Qaradağ Lökbatan"la görüş gözləyir. Amma əlimizdən gələnin ən yaxşısını edib bu oyundan da qalib ayrılmaq, çempionluğumuzu qeyd etmək istəyirik.
- Hazırda MOİK-in kadr problemi, yəni zədəli və ya cəzalı olanlar var?
- Özümü tərifləmək kimi çıxmasın, mövsümün əvvəlindən bu yana MOİK-də əzələ problemi olan futbolçu yoxdu. Sümük problemi, ayaq burxulması cüzi olub, amma əzələ problemi olmayıb. Hazırda nə zədəlimiz var, nə də cəzalımız. Tam şəkildə son 2 oyuna hazırlaşırıq. Hər biri bir döyüş olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar