17 apr 16:14divizion

Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür

Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür
“Bizə deyilmişdi ki, birinсi yeri tutun, qalanı bizlikdi”
Cari mövsümdə sərgilədiyi oyun və qazandığı nəticələrlə rəqiblərindən üstün olduğunu sübut edən MOİK elitaya vəsiqəni vaxtından əvvəl təmin etmiş oldu. Düzdü, çempionluqdan danışmaq üçün hələ tezdi. Finişə 4 tur qalıb ki, hazırda “hərbçilər”lə ikinci pillədə qərarlaşan “Sumqayıt-2” arasında 6 xal fərq var. Lakin bu heç nəyi dəyişməyəcək. Çünki premyer-liqa təmsilçilərinin əvəzedici komandaları aşağı dəstənin qalibi olsalar belə, elitaya yüksəlmək imkanından məhrumdular. Üçüncü sıradakı “Zaqatala” ilə xal fərqi isə 14-ə bərabərdi. Yəni hara fırladırsan-fırlat, MOİK premyer-liqaya vəsiqəni təmin edib. Bu, məsələnin bir tərəfi.
Əsas sual isə Müdafiə Nazirliyini təmsil edən kluba lisenziyanın verilib-verilməyəcəyidi. İndiyə qədər bir çox komandalar – “Abşeron”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Xəzər” qızıl medallara sahib olsalar da, onların əvəzinə başqaları elitaya qəbul edilib. Deyilənlərə inansaq, eyni aqibət MOİK-i də gözləyir. AFFA rəhbərliyi lisenziya şərtlərini əsas gətirərək, adı çəkilən komandanı yüksək liqaya buraxmayacaq.
Təbii, eşitmək başqadı, əsl həqiqəti bilmək başqa. Məsələylə bağlı MOİK-in rəisi, polkovnik-leytenant Rəşad Quliyevlə söhbətdə daha dəqiq məlumat almaq mümkün idi. Lakin onunla əlaqə saxlamaq müşkülə çevrildiyindən, komandanın baş məşqçisi, başqa cür desək, uğurun memarı Azər Bağırovla danışmağı qərara aldıq: “Bizim işimiz qarşımıza qoyulan hədəfin öhdəsindən gəlməkdi. Məşqçilər heyəti və futbolçular bunun üçün çalışırıq və məqsədə çatdığımızı deyə bilərik. İndi qalır çempion olmaq, inşallah, bunu da bacararıq. Bundan sonrakı mərhələ isə birbaşa klub rəhbərliyinə aid olan məsələdi. Çünki sənədləşmə, lisenziyalaşma işləri ilə başbilənlər məşğul olur. Bizə deyilmişdi ki, birinci yeri tutun, qalanı bizlikdi. Ona görə də başımızı aşağı salıb işimizi görürük. Rəhbərliklə məsələylə bağlı söhbətimiz olmayıb. Sabah (bu gün) “CBC Sport” MOİK-lə bağlı reportaj hazırlayacaq. Məndə olan məlumata görə, rəisimiz Rəşad Quliyev də gəlməlidi. Yəqin ki, həmin vaxt aramızda müəyyən söhbət olacaq, nələrisə biləcəyik. Qızıl medalları qazansaq, mükafatlandırma mərasimində cənab nazir (müdafiə naziri Zakir Həsənovu nəzərdə tutur – H.) də iştirak edə bilər. Milli Ordu olduğuna görə hər an hər şey gözlənilir. Bu gün üçün konkretlik yoxdu”.
Premyer-liqada iştirak üçün aşağı yaş qruplarından ibarət komandalar olmalıdı, klubun bazası, stadionu göstərilməlidi, bank hesabı və büdcə təsdiqlənməlidi. Yəni bunlar olmadan elitada çıxış etmək mümkünsüzdü. Maraqlıdı, MOİK-in məlum tələbləri yerinə yetirmək imkanı var? Azər bəy tələblərin yerinə yetirilməsində problem görmədiyini deyir: “Bunları bilirik. Amma elə bir çətinlik olmamalıdı. Uşaq komandaları yaratmaq çətin iş deyil. Bununla bağlı maraqlandım, bir az zəhmət çəkməklə öhdəsindən gəlmək olar. Baza və stadion məsələsinə gəlincə, Müdafiə Nazirliyinin tabeliyində kifayət qədər stadion var. Məsələn, Zığdakı hərbi hissənin tərkibindəki stadionu götürək. Bu mümkün olmasa da, hansısa stadionu icarəyə götürmək olar. Digər tərəfdən, bəzi rayonlarda infrastruktur var, komanda yoxdu. Hansısa bölgəni təmsil etmək də pis olmaz. Fikrimcə, stadion və baza məsələsində də çıxış yolu tapmaq olar. Büdcədən danışırıqsa, klub nazirliyi təmsil edir. Məncə, bu baxımdan da hansısa çətinlik olmamalıdı. Əsas olan premyer-liqada iştiraka icazə almaqdı. Tələbləri yerinə yetirmək mümkünsüz deyil”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar