14 apr 20:11divizion

MOİK premyer-liqaya vəsiqəni rəsmiləşdirdi, mövsümün rekordu yeniləndi

MOİK premyer-liqaya vəsiqəni rəsmiləşdirdi, mövsümün rekordu yeniləndi
Birinci divizionda 22-ci tura dünən yekun vurulub. İki günə sığan turun ilk oyun günü yetərincə məhsuldar alınıb. Belə ki, 4 oyunda qapılara 18 qol vurulub. “Qarabağ-2” “Neftçi-2” üzərində əzmkar qələbə qazanıb. Əvəzedicilərə kömək edən “Neftçi”nin kapitanı Ruslan Abışovun ilk yarının son dəqiqəsində vurduğu qol işə yaramayıb. İkinci hissənin əvvəlində Musa Qurbanlı tarazlığı bərpa edib. Oyuna əlavə olunmuş 7-ci (!) dəqiqədə daha bir qol vuran ağdamlılar paytaxt təmsilçisinə şok yaşadıb. “Zaqatala” “Ağsu” səfərindən 3 xalla dönüb. Rəqib qapısına vurulan 4 qoldan birinin müəllifi çempionatın bombardirlərindən Cavad Kazımov olub. Ancaq o, matça əlavə olunmuş dəqiqələrdə rəqib qapısına təyin olunan penaltidən yararlana bilməyib. “Sumqayıt-2” “Sabah-2” üzərində əzmkar, eyni zamanda böyükhesablı qələbə qazanıb. Erkən qola üzülən Elbrus Məmmədovun komandası fasilə ərəfəsində “status-kvo”nu bərpa edib. Üstünlüyə yiyələnmək isə heç də asan olmayıb. Liderin ən yaxın izləyicisi 82-ci dəqiqədə hesabı xeyrinə dəyişib. Bununla belə, meydan sahibləri matça əlavə olunmuş dəqiqələrdə daha 2 qol vuraraq, fərqi 3 topa çatdırıb. “Şüvəlan” isə “Kəpəz”i darmadağına məruz qoyub. Adil Şükürovun komandası rəqib qapısından 3-ü ilk yarıya təsadüf etməklə, 4 cavabsız top keçirib.
Dünənki oyunlar da məhsuldar alınıb və beləliklə, mövsümün rekordu yenilənib. İndiyə qədər 15-16-cı turlar ən məhsuldar olmuşdusa, bu həftə 1 qol çox - 29 top qeydə alınıb. Dünənki oyunların hamısında 3 xala sevinən tərəf minimal fərqlə üstün olub. Lider MOİK “Keşlə-2”ni, "Qaradağ Lökbatan" "Səbail-2"ni, "Zirə-2" isə "Turan Tovuz"u yenib. Beləliklə, MOİK premyer-liqaya vəsiqəni təmin edib. “Hərbçilər” 22 turdan sonra xal hesabını 56-ya çatdırıb. Çempionatın əsasnaməsinə görə, divizionda ikinci komandalar istisna olmaqla, ən yüksək yer tutan bir komanda premyer-liqaya vəsiqə qazanır. MOİK-in ən yaxın izləyiciləri isə ikinci komandalardı. Bunlar “Sumqayıt-2” və “Neftçi-2”di ki, əvəzedicilər yüksək dəstəyə vəsiqə ala bilməz. Bu turadək yeganə vəsiqə uğrunda mübarizədə MOİK-in əsas rəqibi “Zaqatala” idi. Düzdü, 4-cü sırada qərarlaşan komanda da turu itkisiz başa vurub. Lakin MOİK-in qələbəsindən sonra iki komanda arasında xal fərqi 14-ə çatıb. Mövsümün sonuna 4 tur qaldığından zaqatalalılar premyer-liqa şansını itiribsə, paytaxt təmsilçisi dəfələrlə yüksəldiyi elitaya yenidən vəsiqə qazanıb. Ancaq nazirlik təmsilçisinin premyer-liqada oynayıb-oynamayacağı sual altındadı.
Birinci divizion
2-ci dövrə, 22-ci tur
11 aprel
Qarabağ-2 – Neftçi-2 2:1
Musa Qurbanlı, 55. Rauf Hüseynli, 90+7 - Ruslan Abışov, 45.
Ağsu – Zaqatala 2:4
Ceyhun Rəcəbli, 37. Nicat Əhmədov, 41 - Maqsud Ələkbərov, 8. Roini İsmayılov, 25. Cavad Kazımov, 43. Elşad Əliyev, 58.
Sumqayıt-2 – Sabah-2 4:1
Səbuhi Abdullazadə, 40. Ülvi Əliyev, 82. Fərid Kərimzadə, 90+3-p. Məhəmməd Alıyev, 90+6 - Samir Məmmədov, 8.
Şüvəlan – Kəpəz 4:0
Tural Qürbətov, 16. Akif Tağıyev, 33-p. Murtazəli Abakarov, 45+4. Kənan Mirzəliyev, 87.
12 aprel
MOİK – Keşlə-2 2:1
Orxan Həsənov, 16. İbrahim Qədirzadə, 63 - Nurlan Quliyev, 74.
Səbail-2 – Qaradağ Lökbatan 2:3
Ruslan Hacıyev, 35. Aslan Hüseynov, 42 - Rövşən Şahmuradov, 45. Aqşin Muxtaroğlu, 52-p. Emin Mehdiyev, 54.
Zirə-2 - Turan Tovuz 2:1
Nurlan Rzazadə, 16; 28 - İlkin Sadıqov, 13-p.
1. MOİK 22 18 2 2 45-16 56
2. Sumqayıt-2 22 16 2 4 56-23 50
3. Neftçi-2 22 13 3 6 41-25 42
4. Zaqatala 22 12 6 4 39-23 42
5. Qarabağ-2 22 11 3 8 39-25 36
6. Sabah-2 22 10 5 7 22-15 35
7. Keşlə-2 22 10 3 9 34-27 33
8. Şüvəlan 22 8 7 7 27-24 31
9. Qaradağ Lökbatan 22 9 3 10 21-26 30
10. Səbail-2 22 6 2 14 29-50 20
11. Kəpəz 22 4 7 11 14-29 19
12. Turan Tovuz 22 5 1 16 22-43 16
13. Zirə-2 22 5 1 16 19-46 16
14. Ağsu 22 2 5 15 16-52 11
Bombardirlər: Raul Yaqubzadə (MOİK) - 20, Cavad Kazımov (Zaqatala) - 17.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"yə, 10-cu turda "Zirə-2"yə, 14-cü turda isə “Keşlə-2” ilə “Kəpəz”ə texniki məğlubiyyət (0:3) verilib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar