07 apr 13:48divizion

"Sumqayıt-2" xal itirdi, MOİK fərqi artırdı

"Sumqayıt-2" xal itirdi, MOİK fərqi artırdı
Birinci divizionda 21-ci tura yekun vurulub. İki günə sığan turun açılış qarşılaşmalarında qonaqlar qələbə qazana bilməyib. “Kəpəz” “Zirə-2” ilə ev oyununda qolsuz heç-heçəyə razılaşıb. Beləliklə, Etibar İbrahimovun komandası son üç görüşü məğlubiyyətsiz başa vurub. Hərçənd zirəlilərlə matçda xal itkisi uğursuz nəticə sayılmalıdı. Çünki qəsəbə təmsilçisi turnir cədvəlində “Kəpəz”dən geridədi.
Çempionatı mükafatçı kimi bitirməyə şanslı olan “Neftçi-2” aşkar autsayder “Ağsu”nu darmadağına məruz qoyub. İlk yarını minimal fərqlə öndə başa vuran “ağ-qaralar” ikinci hissənin əvvəlində rəqibin bərabərlik qoluna əngəl ola bilməsə də, sonradan daha 3 top vuraraq, böyük hesabla qalib gəlib. Beləliklə, Mahmud Qurbanovun komandası ardıcıl ikinci oyunda 3 top fərqiylə qələbə qazanıb. Bakılılar ötən turda, “Səbail”in əvəzediciləri ilə qarşılaşmada 3 xalı 3 qolla əldə etmişdi.
Cümə axşamı baş tutan son oyunda isə lider MOİK çətin anlar yaşayıb. “Hərbçilər” “Qarabağ-2” ilə qarşılaşmanın 24-cü dəqiqəsində qapısında qol görüb. Nazirlik təmsilçisi 65-ci dəqiqədə komandanın və çempionatın bombardiri Raul Yaqubzadənin sayəsində “status-kvo”nu bərpa edib. Sona 9 dəqiqə qalmış isə Bahadur Həziyev MOİK-ə vacib 3 xal qazandıran qola imza atıb.
Dünənki oyunlara gəlincə, "Keşlə-2" "Turan Tovuz"u minimal hesabla məğlub edib. Bu qələbə sayəsində paytaxt təmsilçisi 8-ci pillədəki qonşusu ilə xal fərqini artıraraq, 5-ə çatdırıb. Buna "Şüvəlan"ın növbəti dəfə xal itirməsi də rəvac verib. Adil Şükürovun komandası "Sabah-2"nin müqavimətini qıra bilməyib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Liderin ən yaxın izləyicisi "Sumqayıt-2" gözlənilmədən xal itirib. Elbrus Məmmədovun komandası "Qaradağ Lökbatan"la səfər qarşılaşmasında hesabı açan tərəf olsa da, əsas vaxtın sonuna 4 dəqiqə qalmış Emin Mehdiyevin vurduğu qol "gənclik şəhəri" təmsilçisini vacib iki xaldan məhrum edib. Nəticədə liderlə ən yaxın izləyicisi arasında xal fərqi 6-ya çatıb. Sona 5 tur qaldığını nəzərə alsaq, MOİK-in çempionluğa çox yaxın olduğunu deyə bilərik.
"Zaqatala" - "Səbail-2" qarşılaşması dramatikliyi ilə diqqəti çəkib. Oyunda hesabı meydan sahibləri açıb, ancaq qonaqlar ilk yarının ortalarında 5 dəqiqə ərzində iki qol vuraraq üstünlüyə yiyələnib. Di gəl ki, "Səbail"in əsas komandasının üzvü Maudo Jarjuenin fasilə ərəfəsində aldığı qırmızı vərəqə işləri korlayıb. Zaqatalalılar ikinci hissədə dönüş etməyi bacarıb. Çempionatın bombardirlərindən olan Cavad Kazımov dubla imza atıb. Meydan sahibləri qələbə topunu Vüqar Həsənlinin matça əlavə etdiyi 7-ci dəqiqədə məhz hakimin "köməyi" ilə - penaltidən vurub.
Birinci divizion
İkinci dövrə, 21-ci tur
4 aprel
Kəpəz – Zirə-2 0:0
Neftçi-2 – Ağsu 4:1
Əlibəy Məmmədli, 12; 71. Elnur Süleymanov, 60. İsmayıl Zülfüqarlı, 78 - Ruslan Mirzalıyev, 54.
MOİK – Qarabağ-2 2:1
Raul Yaqubzadə, 65. Bahadur Həziyev, 81 - Cavid Bayramov, 24.
5 aprel
Keşlə-2 – Turan Tovuz 1:0
Oleq Hüseynov, 29.
Sabah-2 – Şüvəlan 0:0
Qaradağ Lökbatan – Sumqayıt-2 1:1
Emin Mehdiyev, 86 - Rüfət Abdullazadə, 59.
Zaqatala – Səbail-2 3:2
Turan Manafov, 11. Cavad Kazımov, 57; 90+7-p. - Xəzər Mahmudov, 21. Xəlil Bəşirov, 26.
1. MOİK 21 17 2 2 43-15 53
2. Sumqayıt-2 21 15 2 4 52-22 47
3. Neftçi-2 21 13 3 5 40-23 42
4. Zaqatala 21 11 6 4 35-21 39
5. Sabah-2 21 10 5 6 21-11 35
6. Qarabağ-2 21 10 3 8 37-24 33
7. Keşlə-2 21 10 3 8 33-25 33
8. Şüvəlan 21 7 7 7 23-24 28
9. Qaradağ Lökbatan 21 8 3 10 18-24 27
10. Səbail-2 21 6 2 13 27-47 20
11. Kəpəz 21 4 7 10 14-25 19
12. Turan Tovuz 21 5 1 15 21-41 16
13. Zirə-2 21 4 1 16 17-45 13
14. Ağsu 21 2 5 14 14-48 11
Bombardirlər: Raul Yaqubzadə (MOİK) - 20, Cavad Kazımov (Zaqatala) - 16.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"yə, 10-cu turda "Zirə-2"yə, 14-cü turda isə “Keşlə-2” ilə “Kəpəz”ə texniki məğlubiyyət (0:3) verilib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar