30 mar 01:36divizion

İbrahim Əliyev - "Zaqatala" 3:2

İbrahim Əliyev - "Zaqatala" 3:2
Dünən birinci divizionda 20-ci tura start verilib. Millinin oyunlarına görə yaranan fasilədən dərhal sonra baş tutan turun açılış günündə 4 matç keçirilib. Heç şübhəsiz, əsas diqqətlər "Sumqayıt-2" - "Zaqatala" görüşünə yönəlmişdi. Gərgin keçən qarşılaşmada qonaqlar iki dəfə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Baxmayaraq ki, Rüstəm Məmmədovun komandası ilk yarını hesabda 2:1 öndə başa vurmaqla yanaşı, say üstünlüyünə də yiyələnib. Belə ki, "Sumqayıt-2" ilk yarının sonlarında Baxşəli Baxşəliyevin meydandan qovulmasından sonra azlıqda qalıb. Bununla belə, Elbrus Məmmədovun yetirmələri əzmkarlıq nümayiş etdirərək, nəinki məğlubiyyətdən xilas olub, sona 7 dəqiqə qalmış qələbə topunu da vurub və vacib 3 xal qazanıb. Belə desək, "Zaqatala"nı İbrahim Əliyev təkbaşına yenib. O, het-trikə imza atıb, başqa sözlə, bütün qollar onun ayağına yazılıb. Beləliklə, "Sumqayıt-2" lider MOİK-lə fərqi minimuma endirməklə yanaşı, ikinci pillədə möhkəmlənib. "Zaqatala" isə bu yenilgi nəticəsində ilk "üçlüy"ü tərk edərək 4-cü pilləyə geriləyib. Bölgə təmsilçisini "Neftçi-2" sıxışdırıb. Mahmud Qurbanovun komandası "Səbail-2"ni böyük hesabla məğlub edib. "Ağ-qaralar" 3 xalı 3 cavabsız qolla qazanaraq, 3-cü yerə yüksəlib. Dünən baş tutan digər iki oyunda isə eyni - 2:1 hesabı qeydə alınıb və hər ikisində sevinən tərəf qonaqlar olub. "Qaradağ Lökbatan" "Şüvəlan"ı üstələyib. "Kəpəz" isə qərb derbisindən qalib ayrılıb. Əzmkar qələbə qazanan Etibar İbrahimovun komandası turnir cədvəlində məhz "Turan Tovuz"u geridə qoyaraq 11-ci yerə yüksəlib.
Birinci divizion
2-ci dövrə, 20-ci tur
27 mart
Səbail-2 - Neftçi-2 0:3
Muxtar Əliyev, 3. Əlibəy Məmmədli, 44. Elnur Süleymanov, 88.
Sumqayıt-2 - Zaqatala 3:2
İbrahim Əliyev, 19; 71; 83 - Cavad Kazımov, 5-p. Maqsud Ələkbərov, 24.
Şüvəlan - Qaradağ Lökbatan 1:2
Tural Qürbətov, 58 - Xəyal Əmirli, 18. Elçin Əliyev, 83.
Turan Tovuz - Kəpəz 1:2
İbrahim Qədiyev, 12 - Əli Səmədov, 30; 90+5.
Tur çərçivəsində bu gün daha iki oyun keçiriləcək. Lider MOİK aşkar autsayder "Ağsu"nun, "Sabah-2" isə "Zirə-2"nin qonağı olacaq. Şüvəlandakı oyunu dünən Tovuzdan yayın təşkil edən PFL-in saytı vasitəsilə canlı izləmək mümkün olacaq. Qeyd edək ki, bugünkü qarşılaşmaları premyer-liqanın Məmmədov soyadlı hakimləri - İnqilab və Orxan idarə edəcək:
29 mart
Ağsu – MOİK
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Ağsu şəhər stadionu. Saat 15.00
Zirə-2 – Sabah-2
Hakimlər: ORXAN MƏMMƏDOV, Zeynal Zeynalov, Cavanşir Yusifov, Nail Nağıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şüvəlan. AZAL Arena. Saat 15.00
1. MOİK 19 15 2 2 37-14 47
2. Sumqayıt-2 20 15 1 4 51-21 46
3. Neftçi-2 20 12 3 5 36-22 39
4. Zaqatala 20 10 6 4 32-19 36
5. Qarabağ-2 19 10 3 6 35-20 33
6. Sabah-2 19 9 4 6 20-11 31
7. Keşlə-2 19 8 3 8 30-24 27
8. Şüvəlan 20 7 6 7 23-24 27
9. Qaradağ Lökbatan 20 8 2 10 17-23 26
10. Səbail-2 20 6 2 12 25-44 20
11. Kəpəz 20 4 6 10 14-25 18
12. Turan Tovuz 20 5 1 14 21-40 16
13 Zirə-2 19 4 0 15 17-44 12
14. Ağsu 19 2 5 12 13-40 11
Bombardirlər: Raul Yaqubzadə (MOİK) - 16, Cavad Kazımov (Zaqatala)- 14, Elvin Nəsibov (Sumqayıt-2) - 10.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"yə, 10-cu turda "Zirə-2"yə, 14-cü turda isə “Keşlə-2” ilə “Kəpəz”ə texniki məğlubiyyət (0:3) verilib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar