13 mar 12:32aktual

“Sabah”lıların hərəsi uğursuzluğa bir səbəb göstərdi

“Sabah”lıların hərəsi uğursuzluğa bir səbəb göstərdi
Cavid İmamverdiyev: “Bilirəm, mənim oyunum da istənilən səviyyədə deyil”
Kərim Diniyev: “Heyətdə itkilərin olması əsas problemlərdən biridi”
Təmkin Xəlilzadə: “Ya o yanlıq olmalıdı, ya bu yanlıq”

20-ci turda qeydə alınan nəticələrdən sonra “Sabah”ın işi xeyli çətinə düşdü desək, yanılmarıq. Mövsümə fırtına kimi başlamaqla adından söz etdirən debütantın irəliləyən turlardakı nəticələri ürəkaçan olmadı. Təsəvvür edin, “tələbələr” son 11 qarşılaşmada mümkün 33 xaldan yalnız 5-ni hesabına yazmağı bacarıb. “Qarabağ”la oyunlardakı heç-heçələr və “Zirə” üzərində səfərdəki qələbə. Bunun üstünə kubokun 1/4 finalında “Qəbələ”yə 2 yenilgini də gəlsək, ümumi mənzərə ürək ağrıdır.
Halbuki klub rəhbərliyi növbəti mövsümün komandasını qurmaq, yaxın gələcəkdə uğurlu nəticələrə sevinmək üçün əlindən gələnin ən yaxşısını etməyə çalışır. Yayda Cavid İmamverdiyevə görə “Sumqayıt”a pul ödənildi, Marko Deviç, Saşa Stamenkoviç, Erik Ramos kimi səviyyəli legionerlər ilə müqavilə bağlandı. Bu azmış kimi, qış fasiləsində Təmkin Xəlilzadə kimi üzdə olan futbolçu, Rəşad Eyubov və Coşqun Diniyev kimi sabiq yığma üzvləri heyətə qatıldı. Lakin nəticələr yaxşılaşmaq əvəzinə pisə doğru getməkdədi.
Heç şübhəsiz, indiki məqamda günahlandırılanlar məşqçilər heyəti ilə futbolçulardı. Xüsusən də ikincilər. Çünki meydanda top dalınca qaçan, mübarizə aparan, komandaya qələbə qazandırmalı olanlar onlardı. Qəzetimizin ötən sayında “Sabah”ın uğursuzluğu ilə bağlı yazıda kənardan görünən bəzi səbəblər göstərilmişdi. Lakin bu dəfə səbəbkarlarla söhbətdə daxildən görünən səbəbləri üzə çıxarmağa çalışdıq. Təəssüf ki, əlaqə saxladıqlarımızdan heç biri konkret fakt göstərə bilmədi.
Cavid İmamverdiyev: “Alınmır, qardaş, alınmır. Komandaya nə olub, niyə belə olur – baş aça bilmirəm. Tək mən yox, futbolçular da müəmma içindədi. Bir var nəsə çatmasın, hansısa problem olsun. Amma komandada, klubda heç bir problem olmadan belə durumla üzləşmək adama pis təsir edir. Özünüz də görürsüz ki, uşaqlar meydanda can qoyur. Əlimizdən gələni edirik, sonluq ürəkaçan olmur. Qış fasiləsindən sonra adımıza yaraşan futbol göstərmirik. Ona görə də nəticə yoxdu. Halbuki çempionatın ilk yarısında rəqiblər bizimlə ayaqlaşmalı olurdu. Bilirəm, mənim oyunum da istənilən səviyyədə deyil. Ciddi hazırlaşıram, bacardığımı edirəm, alınmır ki alınmır. Ola bilsin, yeni futbolçuların gəlişi və komandaya uyğunlaşması da səbəblərdən biridi. Amma bunu qlobal problem saymıram. “Neftçi”yə ağır məğlubiyyətdən sonra “Keşlə”ylə görüşə elə hazırlaşmışdıq ki... Hətta qalib gələcəyimizi gözləyirdim. Təmkinlə mən neçə həftədi xəstəlikdən əziyyət çəkirik. Xəstəlik də elədi ki, adamın gücünü alır. Məşqlərdə nə qədər çalışsan da, o effekti vermir. Amma bunların heç birini bəhanə etmək istəmirəm. Növbəti turda “Sumqayıt”la oyunumuz var. Digər matçda da “Zirə”ylə “Keşlə” qarşılaşacaq. Turnir cədvəli baxımından olduqca vacib görüşlərdi. Heç bir halda uduzmaq haqqımız yoxdu. Nəyin bahasına olur-olsun, qələbə qazanmalıyıq. “Sumqayıt” da yaxşı komandadı, sona qədər mübarizə aparırlar. Ona görə də ehtiyatı əldən verməməliyik. Qələbə qazansaq, bilirəm ki, davamını gətirəcəyik. Çempionatda yaranacaq fasilə də işimizə yaraya bilər. Rəhbərlik bizi inanaraq komandaya cəlb edib. Onların ümidini doğrultmaq üçün çalışacağıq”.
Kərim Diniyev: “Ardıcıl iki oyunda 0:3 hesabı ilə məğlub olduq. Nə baş verdiyini özümüz də başa düşə bilmirik. Şokdayıq, vallah. Konkret səbəb yoxdu. Səbəbini bilsək, üstündə işləyərik, problemi aradan qaldırarıq. Kollektivdə mehribanlıqdı, hamı “can” deyib, “can” eşidir, normal məşqlər keçirik, oyunlara həvəslə hazırlaşırıq. Belə deyim, həftəiçi lazım olan hər şeyi edirik. Ancaq meydana çıxandan sonra sanki nəsə çatmır. Bax, o “nəsə”ni tapa bilmirik. Amma ayrı-ayrı məqamlardan danışmalı olsaq, məncə, heyətdə itkilərin olması əsas problemlərdən biridi. Elşən Abdullayev Antalyadakı oyunlarda özünü yaxşı tərəfdən göstərmişdi. Çempionatda 1-2 oyun oynadı, sonra zədələndi. Hələ də zədədən əziyyət çəkir. Halbuki bizim üçün olduqca vacib fiqurdu. 15-ci turda “Zirə”ni udduğumuz oyunda bütün futbolçular meydana çıxmışdı. Nəticədə azlıqda qalmağımıza baxmayaraq, qələbə qazandıq. Sonradan zədəli, cəzalı, xəstə futbolçularımız oldu. Növbəti tur “Qəbələ”ylə qarşılaşmada Təmkin Xəlilzadə ilə Məqsəd İsayev cəza səbəbindən komandaya kömək edə bilmədi. Bu azmış kimi, Deviç qırmızı vərəqə aldı. Sonra “Səbail”lə oynadıq. Bu dəfə Deviçin xidmətindən məhrum idik, üstəlik, Cavid xəstə olduğuna görə tam oynaya bilmədi. Halbuki Deviç “Səbail”ə qarşı oynasaydı, imkanları qola çevirə bilərdi. “Keşlə”ylə sonuncu görüşdə də hazırda ən yaxşı formada olan futbolçularımızdan sayılan Rəşad Eyubovun xidmətindən məhrum idik. Həmçinin Təmkin də xəstə olduğuna görə öz oyununu göstərə bilmədi. Gördüyünüz kimi, daim itkilərlə üzləşirik. Bunlar bizdən asılı olmayan səbəblərdi. Kiməsə “xəstələnmə, vərəqə alma” demək olmur. Bunlar həyatın və futbolun içində olan şeylərdi. “Sumqayıt”la oyunun nəticəsi olduqca önəmlidi. Mənə görə mövsümün ən vacib görüşlərindən birinə çıxacağıq. Ona görə də yalnız və yalnız qələbə qazanmalıyıq. Hətta “Sumqayıt” yox, başqa komanda da olsa, buna məcburuq. Zədəli və cəzalı futbolçularımızın olmaması da xeyrimizədi. Yalnız Elşənin xidmətindən məhrumuq”.
Təmkin Xəlilzadə: “Vallah, deməyə söz tapmıram. Tilsimlənmişikmi deyim, başımızın üstünü qara buludlarmı alıb deyim – özümüz də bilmirik. Şərait yaradılıb, şərtlər yerinə yetirilir, meydana istəkli çıxırıq. Baş məşqçimiz yaxşıdı, bacarıqlı futbolçularımız var. Yəni lazım olan hər şeyə sahibik. Di gəl ki, lazım olan nəticəni qazana bilmirik. Öz aramızda danışırıq, səbəb axtarırıq, tapa bilmirik. İtkilərimiz çox olur. Hər oyunda zədə, cəza və xəstəliklər ucbatından dəyişikliklər olur. İnanırsız, xəstəlik canımdan çıxmaq bilmir. “Neftçi”ylə oyuna qızdırmayla çıxıb oynadım. Pis-yaxşı 39 dəqiqə dözdüm, gördüm ki, alınmır. “Keşlə”ylə qarşılaşmadan əvvəl məşqlərdə tam gücümlə iştirak edə bilmədim. Ona görə yalnız bir hissə oynaya bildim. Bilirəm ki, bacarığım tam bu deyil. İtirdiyim gücü tam bərpa edə bilməmişəm. Cavid də mənim günümdədi. Son oyunda Rəşad vərəqə cəzalısı olduğuna görə kənarda qaldı. Hər şey üst-üstə gəlir. Əslində futbolda belə hallar olur. İllərdi futbolun içindəyəm, hər komandada belə hal yaşanır. “Qəbələ”də oynadığım dönəmdə də bir müddət “qara zolağ”a düşmüşdük. Əsas olan ruhdan düşməmək, çıxış yolu tapmaqdı. Bütün ümidlərimizi “Sumqayıt”la oyuna bağlamışıq. Bilirik ki, olduqca vacib oyundu. Ya o yanlıq olmalıdı, ya bu yanlıq. Evdə oynayırıq, inşallah, 3 xal qazansaq, davamı gələcək. Sadəcə, bu durumdan çıxmalıyıq. Meydanda ölmək bahasına olsa da, qalib gəlməliyik. Canımızı qoymalıyıq. Bu dəqiqə bizə 3 xal lazımdı, başqa heç nə. Baxımlı futbol oynamamaq da olar. Təki qələbə qazanıb bu vəziyyətdən çıxaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:41 AFFA xəbərləri Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar