12 mar 14:35aktual

“Sabah”ı gözləyən təhlükə...

“Sabah”ı gözləyən təhlükə...
...və ya “tələbələr”ə nə olub?
“Sabah” mövsümə elə start vermişdi ki, açığı, cari mövsümün debütantının sonda mükafatçı yerlərdən birinə sahib olacağını təxmin edirdik. Marko Deviçin sıraladığı qollar sayəsində inamlı çıxış edən “tələbələr” 4 turdan sonra topladığı 9 xalla yalnız 10 xala sahib “Neftçi”dən geri qalırdı. Lakin sonradan nə baş verdisə, Elşad Əhmədovun yetirmələri xal itkiləri ilə barışmalı oldu. Futbolda belədi, bir komanda inamla irəliləyirsə, büdrəyəndə obyektiv və subyektiv səbəblərə önəm verilmədən tənqid atəşinə tutulur. Çünki ağızda şirə qalır, debütant-filan bilmədən daha artığı gözlənilir. Halbuki “Sabah” 20 turdan sonra 21 xal toplamaqla “Keşlə”, “Zirə”, “Sumqayıt” kimi rəqiblərini qabaqlayır. Bəlkə də 2-3 həftə əvvəl mövzuya toxunmamağımız normal idi. Çünki autsayderlə debütant arasında xeyli xal fərqi vardı. Amma bu gün... “Sabah”ın “Keşlə”ylə “Zirə” arasındakı xal fərqi 2-yə enib, autsayder “Sumqayıt”la arada 5 xal olmasına baxmayaraq, aralarında şəxsi oyun var. Fakt faktlığında qalır ki, “tələbələr” qış fasiləsindən sonrakı 6 oyunda cəmi 4 xal toplamaqla bu göstəricidə yalnız “Sumqayıt”ı qabaqlayırlar. Görünən və görünməyən səbəblərə toxunacağıq.
Əlverişsiz təqvim
Bəlkə də əsas dəlillərdən deyil. Amma söhbət araşdırmadan gedirsə, vurğulamamaq olmur. Qış fasiləsindən sonra “Sabah” 6 oyun keçirib ki, bunlardan 4-ü səfərdə baş tutub. Razıyam, “Səbail”, “Neftçi”, yaxud “Zirə”ylə Bakıdakı oyunlara adamın “səfər” deməyə dili gəlmir. Üstəlik, “Zirə”ni məhz səfər qarşılaşmasında məğlub ediblər. Amma məsələnin digər tərəfi var. Elşad Əhmədovun yetirmələri mövsümün ikinci yarısında Masazırda keçirdikləri hər iki qarşılaşmada olduqca inamlı təsir bağışlayıblar. “Qarabağ”la oyun 0:0 hesabı ilə başa çatmışdısa, “Qəbələ” ilə görüşdə minimalhesablı məğlubiyyət qeydə alınmışdı – 0:1. Bunun başlıca səbəbi isə Marko Deviçin ilk hissənin sonunda qırmızı vərəqə alıb ikinci yarıda komanda yoldaşlarını çətin durumda qoyması idi. Hətta azlıqda qalmasına baxmayaraq, “Sabah”lılar güclü rəqibə layiqincə müqavimət göstərdilər. Bəxtləri gətirsəydi, oyun heç-heçə də başa çata bilərdi.
Yenilər uyğunlaşmayıb
Qış fasiləsinə qədərki və sonrakı dönəmi müqayisə etməli olsaq, heyətdə kifayət qədər dəyişikliyin, dəqiq desək, yeniliyin olduğunu deyə bilərik. Bu da fasilədə komandaya cəlb olunan Coşqun Diniyev, Təmkin Xəlilzadə və Rəşad Eyubovun adına görədi. Birdən-birə yığmanın sabiq və indiki üzvləri ilə müqavilə bağlanandan sonra onlara əsas heyətin üzvü gözü ilə baxılacağını müəyyən etmək çətin deyildi. Statistika da göstərir ki, üçü də Elşad Əhmədovun güvəndiyi isimlərdəndi. Lakin aralarında hələ ki az-çox Rəşad fərqlənir. Coşqunla Təmkin isə “kölgədə yatır”. Bu da başadüşüləndi. Futbolçunun yeni komandaya, baş məşqçinin oyun üslubuna öyrəşməsi üçün müəyyən zaman lazımdı. Onlar isə hələ də uyğunlaşma dövrünü keçdiklərindən “Sabah”a lazımı faydanı verə bilmirlər.
“Silahlar” özlərinə bənzəmir
Ümidləri doğrultmayanlar demişkən, digər adlara toxunmamaq haqsızlıq olar. Antalyada keçirilən yoldaşlıq görüşlərində “Sabah”ın ən hazırlıqlı futbolçularında biri olan Elşən Abdullayev son bir ayda komandasına kömək edə bilməyib. Sürəti və texnikası ilə fərqlənən yarımmüdafiəçinin cinahda yer alması Elşad Əhmədov üçün əlavə üstünlükdü. Di gəl ki, Elşən hələ də zədədən əziyyət çəkir. 2018-in ilk yarısında “Sumqayıt”ın, yaydan sonra isə “Sabah”ın heyətindəki oyunuyla adından söz etdirən Cavid İmamverdiyev 2019-da qətiyyən özünə bənzəmir. Ya xəstəlikdən əziyyət çəkib məşqləri buraxır, ya da şans qazandığı görüşlərdə meydanda var-gəl etməklə yadda qalır. Halbuki komandanın “düşünən beynidi”, oyun onun üzərində qurulur. İmamverdiyev gözlənilən futbolu sərgiləməyəndə oyun “getmir”. Təxminən eyni sözləri Deviçə də aid edə bilərik. Mövsümün ilk yarısında öncə vurduğu qollar, daha sonra zədəsi ilə diqqətləri üzərinə çəkən “9 nömrə” hücumda “dişini göstərə” bilmir. Üstəlik, “Qəbələ”ylə oyunda aldığı “qırmızı”ya görə üst-üstə 3 hissə komandasına kömək edə bilmədi. Halbuki “Səbail”lə görüşün təkcə ilk 45 dəqiqəsində oynasaydı, yaradılan 5-6 qol şansından iki-üçünü qola çevirərdi. Təsəvvür edin, hücumda Elşən – Cavid - Deviç “3-lüy”ünün özünə bənzəməməsi nə deməkdi.
Sabit “11-lik” yoxdu
Görünməyən, amma yetərincə ciddi səbəblərdən biri isə “Sabah”ın hələ də sabit “11-liy”inin olmamasıdı. Biri xəstə olur, digəri zədəli, bir başqasının fiziki durumu baş məşqçini qane etmir. Buna görə də Əhmədov hər dəfə əsas heyətdə iki-üç dəyişiklik etməli olur. Razılaşaq ki, bir komandanın sabit çıxış etməsi və uğur qazanması üçün “11-liy”in olması vacibdi. Hər halda, cari mövsümdə “Neftçi”nin timsalında bunu görürük. Belədə həm oyun planında artım müşahidə olunur, həm də xətlərarası əlaqə qaydasına düşür. Tez-tez dəyişiklik edəndə isə istər-istəməz nəticəyə təsirini göstərir. Bir məqam da var ki, “Sabah” rəhbərliyi və baş məşqçinin özü də hər imkanda növbəti mövsümü işarə verirlər. Yəni hədəf 2019/20 mövsümü üçün yeni komanda qurmaqdı. Görünür, Elşad bəy etdiyi dəyişikliklərlə həm də hazırda ixtiyarında olan futbolçuları saf-çürük edir. Etsin, lap yaxşı. Amma turnir cədvəlindəki durum unudulmamalıdı. Növbəti turda “Sumqayıt” üzərində qələbə qazanılmasa, mümkün autsayderlikdən qurtulmaq çətin olacaq. Təhlükə indidən göz önünə alınmalıdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:41 AFFA xəbərləri Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar