08 mar 19:06aktual

Aqolli yaxın günlərdə “Nyu-York Kosmos”la müqavilə bağlayacaq

Aqolli yaxın günlərdə “Nyu-York Kosmos”la müqavilə bağlayacaq
Mahir Mədətovu isə AEK gözaltı edib
Mövsümün qızğın çağı olmasına baxmayaraq, artıq indidən “Qarabağ”ın bəzi futbolçularının adı xarici klublarla yanaşı çəkilir. Konkretləşdirsək, söhbət Ansi Aqolli ilə Mahir Mədətovdan gedir. 2011-ci ildən ağdamlıların uğurlarında pay sahibi olan, uzun illər əsas heyətin dəyişməz simasına çevrilən və bu müddətdə aldığı təkliflərə arxa çevirən Aqolli karyerasını ABŞ-da davam etdirəcək.
Şimali Amerika Futbol Liqasında mübarizə aparan “Nyu-York Kosmos” oktyabrda 37 yaşı tamam olacaq sol cinah müdafiəçisini heyətində görməkdə maraqlıdı. Hətta amerikalılar bununla bağlı futbolçunun özünə təklif göndərib və müsbət cavab alıb. Maraqlıdı ki, keçid yayda yox, məhz bu ay baş tutacaq. “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovla söhbətdə daha geniş bilgiyə sahib olduq: “Bəli, belə bir söhbət var. “Nyu-York Kosmos” Ansiyə təklif göndərib. Tərəflər arasında danışıq olub və deyərdim ki, ümumi razılıq əldə olunub. Aqollinin özü də ABŞ-da oynamaq və yaşamaq həvəsindədi. Çünki ailəsi artıq bir neçə ildi ABŞ-da yaşayır. O da ailəsinə yaxın olmaq üçün ora köçmək istəyir. O ki qaldı təklifin kluba yox, futbolçunun özünə göndərilməsinə, Ansinin “Qarabağ”la müqaviləsinin müddəti yayda bitəcək. Qaydalara görə futbolçu müqaviləsinin başa çatmasına 6 ay qalmış digər klubla şəxsən danışıq apara bilər. Ona görə də burda hansısa qeyri-adilik yoxdu. O ki qaldı ABŞ-a yollanmasına, hazırda futbolçu ilə rəhbərlik, eləcə də baş məşqçi arasında danışıqlar gedir. Şimali Amerika Futbol Liqasında “transfer pəncərəsi” martın 31-də bağlanacaq. Qarşı tərəf həmin vaxta qədər keçidi rəsmiləşdirmək istəyir. Çox güman, Aqolli yaxın günlərdə “Qarabağ”ı tərk edəcək”.
Mahir Mədətov isə karyerasını Yunanıstanda davam etdirə bilər. Buna səbəb AEK-in ona “elçi düşməsidi”. Yerli “Sport Time” nəşrinin yaydığı məlumata görə, yunanlar artıq xeyli vaxtdı Mahirin çıxışını diqqət mərkəzində saxlayır. O da qeyd olunub ki, klub rəsmiləri ilə futbolçu arasında qış fasiləsi ərəfəsində söhbət olub. Sadəcə, AEK rəsmiləri sonradan fikirlərindən daşınaraq yaya qədər gözləməyi məqsədəuyğun sayıblar. Çox güman, yayda bu mövzuya yenidən qayıdacaqlar. Nurlan bəylə söhbətdə kluba Mahirlə bağlı hansısa məktubun daxil olub-olmadığını da soruşduq: “Biz də sizin kimi xəbəri mətbuatdan oxumuşuq. Çünki bununla bağlı klublar arasında hansısa söhbət və ya məktublaşma olmayıb. Açığı, Mahirin özü də rəhbərliyə heç nə deməyib. Gələcəkdə nəsə ola bilər. Amma bu gün ortada rəsmi dəvət yoxdu”.
Maraq üçün qeyd edək ki, Yunanıstanın köklü klublarından sayılan AEK cari mövsümdə çempionluqdan uzaq düşüb. “Sarı-qaralar”ın hesabında 23 oyundan sonra 46 xal var ki, lider PAOK-dan 15 xal geri qalırlar.
“Qarabağ” mövzusuna toxunmuşkən Con Delarjla bağlı suala aydınlıq gətirməyə bilməzdik. Ötən həftə bacısının ölümü ilə bağlı vətəni Konqoya yollanan yarımmüdafiəçi hələ də qayıtmayıb. Deyilənə görə, Delarjın Azərbaycana dönüşü inandırıcı görünmür. O hazırda mümkün variantları gözdən keçirir, karyerasını başqa ölkədə davam etdirmək haqda düşünür. İbrahimov Conun məhz bu tarixə qədər icazəli olduğunu bildirdi: “Hansısa klubla danışıq aparması barədə məlumatım yoxdu. Yalnız onu deyə bilərəm ki, Konqoya yollananda martın 11-nə qədər icazə istəmişdi. Həmin tarixdə Bakıda olmalıdı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar