06 mar 12:45aktual

Elxan Məmmədov AFFA-nın futzalla bağlı gecikdiyini etiraf etdi

Elxan Məmmədov AFFA-nın futzalla bağlı gecikdiyini etiraf etdi
“Mənə də maraqlıdı ki, o pullar hara xərclənib?!”
Dünən AFFA-nın növbəti Hesabat Konfransı baş tutdu. Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin üzvləri bir araya gəldilər.Toplantı başa çatdıqdan sonra keçirilən mətbuat konfransında isə AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlər önünə çıxdı. Baş katib sualları cavablamamış iclasda müzakirə olunan məsələlər barədə məlumat verdi.
- İcraiyyə Komitəsinin iclasında bəzi məsələlər müzakirə olundu. Biri bölgələrdəki futbolla bağlı idi. Qərar verildi ki, Tovuzda futbol akademiyası yaradılsın. Maliyyə ilə bağlı həmin akademiyanın investisiyalarını hesablayacaq və daha sonra FİFA və UEFA ilə bunu müzakirə edəcəyik. Çalışacağıq maliyyənin müəyyən hissəssini FİFA və UEFA təmin etsin. Maya qədər, çox güman, layihə hazır olacaq. FİFA və ya UEFA-dan cavab alan kimi ictimaiyyətə açıqlayacağıq. Çalışacağıq ki, qısa zamanda Tovuzda futbol akademiyası fəaliyyətə başlasın. Ötən il əvəzedicilərlə bağlı müvafiq qərar verilmişdi, onlar birinci divizionda iştirak edirlər. Növbəti mövsüm lisenziyalaşdırma qaydalarını tətbiq etməliyik. Yeni “futbol ili”ndə divizonda iştirak edəcək əvəzedici komandalara AFFA-dan 50 min manat maliyyə vəsaiti ayrılacaq. İmtina edən komandalar isə 100 min manat cərimə olunacaqlar. Bundan başqa, qadınlardan ibarət yığmaların baş məşqçilərinin təyinatı təsdiqləndi. Həmçinin VAR sistemi ilə bağlı səmərəli müzakirələr aparıldı. İcraiyyə Komitəsinin qərarına əsasən katibliyə və Hakimlər Komitəsinə tapşırıq verildi ki, hazırlıq işləri aparılsın. İstəsək belə, növbəti mövsümə bunu tətbiq etmək mümkün deyil. Çünki minimum 10 aylıq hazırlıq müddəti var və sonra təlimlər təşkil etməliyik.
- Tovuzdakı akademiyanın sistem proqramı necə olacaq? Məsələn, “Sumqayıt” Futbol Akademiyası istənilən effekti vermədi. Burda necə olacaq?
- Sumqayıtda uşaq və yeniyetmə akademiyası yaratmamışdıq. Burda isə "Turan Tovuz" klubunun nəzdində akademiya fəaliyyət göstərəcək və AFFA ona nəzarət edəcək. İdarəçilik klubun tərkibində olacaq. Uşaqlar da kluba məxsus olacaqlar. Ordan gələn maliyyə gəliri də klubda qalacaq. “Turan Tovuz”un onları digər klublara icarəyə vermək və satmaq hüququ olacaq.
- Bu yaxınlarda UEFA-dan uşaq futbolunun inkişafı üçün bəzi klublara 507 min avro maliyyə vəsaiti ayrılmışdı. Klublara tapşırılmışdı ki, uşaq futbolu ilə bağlı konsepsiya hazırlayıb katibliyə təqdim etsinlər. Bu məsələnin sonu necə oldu?
- Bütün klublarla müntəzəm danışırıq. Yaxşı olardı ki, siz də klublara eyni sualları ünvanlayasız. Mənə də maraqlıdı ki, o pullar hara xərclənib?! Qış fasiləsində klubların əksəriyyəti heyətini əcnəbi futbolçularla gücləndirdilər. Bu da xoşagəlməz haldı. Uşaq futboluna xərclənən vəsait şəffaf şəkildə açıqlanmalıdı. İndi mən də fikirləşirəm ki, mövsümün sonunda bəzi klublar hesabatlarında uşaq futboluna ayrılan vəsaitin hara xərcləndiyini necə əks etdirəcəklər. Klubların əksəriyyəti konsepsiyanı verdi. O demək deyil ki, 500 min avronun hamısı bu il xərclənməlidi. Bu az məbləğ deyil. Bu pul 2 ili də əhatə edə bilər. İcraiyyə Komitəsində bununla bağlı ötən dəfə də müzakirə olmuşdu. Görsək ki, həmin məbləğ uşaq futboluna ayrılmayıb, növbəti mövsüm üçün həmin klublara uşaq futbolunun inkişafı üçün ayrılan vəsaitdən heç nə ayrılmayacaq.
- Maliyyə hesabatının xərclər bölümündə “Elit Məşq” layihəsinə 71 min 322 manat ayrıldığını görmək mümkündü. Məncə, 2018-də bu layihə dayandırılmışdı...
- Bəzi bölgələrdə fəaliyyət göstərir. Lazım olsa, müraciət edərsiz, həmin sənədlər sizə təqdim olunar.
- Qadınlardan ibarət hansısa klubumuzun avrokuboklarda çıxışı məsələsi necə olacaq?
- Qadınlarda artıq milli komanda səviyyəsində təmsil olunacağıq. Əvvəlki illərdə yığmanın əsasını xaricdən gələn futbolçular təşkil edirdi. Azərbaycanda qadınlar arasında keçirilən turnirdən sonra yeni nəfəs hiss olundu. Həmin qadınlar fəal futbol həyatını davam etdirirlər. Komandanın üzvləri bizimlə görüşə gəldilər və xahiş etdilər ki, əsas yığma fəaliyyətə başlasın. Bölgədə yaxşı nəticə qazana bilərik. Amma Qərbi Avropa komandalarına qarşı mübarizə aparmaq çətindi. O zamanlar ideya var idi ki, həmin yığmanın nəzdində Çempionlar Liqasına gedən klub olsun. Qızlarımız özləri bunda maraqlı oldular.
- Xarici ölkələrdə akademiya yaradılanda qarşıya konkret məqsəd qoyulur. Rəhbərliyə, məşqçilər korpusuna tapşırılır ki, bir neçə ilə əsas komandada çıxış edə biləcək səviyyədə oyunçular yetişsin. Tovuzda açılacaq akademiyanın qarşısına da belə hədəf qoyulacaq?
- Hər akademiyanın məqsədi istedadlı uşaqları üzə çıxarmaqdı. Heç kim deyə bilməz ki, akademiya eyni səviyyədə olan 11 oyunçu yetişdirə bilər. Bu, Tovuzda, bölgədə yaşayan uşaqlar üçün imkandı. Klubun özündə də maraq olacaq ki, yaxşı futbolçular yetişdirsin və əsas komandada oynatsın. Və ya satıb, gəlir əldə etsin.
- Bugünlərdə Lisenziyalaşdırma komissiyasının rəhbəri mətbuata açıqlamasında deyib ki, birinci divizon klublarından ancaq "Turan Tovuz” lisenziya almaqla bağlı müraciət edib. Tovuzda akademiyanın yaradılmasının bu işə müsbət təsir göstərə bilər?
- Bəli. Premyer-liqanın qapıları hamı üçün açıqdı. Tovuzda və başqa bölgələrdə iş adamları maraqlı olsalar, kluba investisiya qoysalar, onlara premier-liqada oynamaq imkanı yaradıla bilər.
- İcraiyyə Komitəsinin toplantısında növbəti mövsüm üçün premyer-liqa iştirakçılarının sayı barədə müzakirə oldu?
- Hesabat zamanı qeyd etdiyimiz kimi, hər iclasımızda bu məsələ müzakirə olunur. Biz də minimum 10 komanda istəyirik. Amma bu gün hər şey bizdən asılı deyil. Onsuz da birinci divizionda iştirak edən komandaların bəzilərini AFFA maliyyələşdirir. Elitanın da bir neçə klubu AFFA və ya SOCAR tərəfindən maliyyələşir. Gəlin, prosesləri izləyək. Görək neçə komanda sənədlərini qaydalara görə uyğunlaşdıracaq.
- Böyük futbola daha çox diqqət ayırıb, futzalı sanki unutmuşuq. Bu yaxınlarda U-19 yığması doğma meydanda Türkiyədən olan həmyaşıdlarına 1:10 hesabı ilə uduzdu. Futzalın Azərbaycanda ənənəsi olub. Ötən il 493400 manat ayrıdığınız Futzal Federasiyasının keçirdiyi çempionat İran birincliyinə bənzəyir. Cənubdan gələnlərin sayı yerlilərdən çoxdu. Bu illər ərzində heç olmasa, bir dənə futzal akademiyası yaradılsaydı, bu gün Ağatahir Əzimov “material yoxdu” deyib, gəncləri vətənpərvər olamamaqda ittiham etməzdi, yığma türklərə böyük hesabla uduzmazdı.
- Qeyd etdiyiniz qarşılaşmanı mən də izləmişəm. Bu U-19-un ilk oyun idi və bəlkə də buna görə uğur gözləməyə dəyməzdi. Bəli, ola bilər ki, biz bu yöndə gecikmişik. Yəni diqqəti əsas futzal millisinə ayırmışıq. Artıq gənclərdən ibarət futzal millimiz də var. Yenə deyirəm, ola bilər ki, biz bir neçə il gecikmişik. Ancaq indi UEFA-nın bununla bağlı müəyyən tövsiyələri var. Əsas yığmanın çalışdırıcısı Joze Alesio da Silva ilə bu məsələ ilə bağlı söhbətimiz olub. Ondan gənclərin yetişməsi üçün proqram hazırlamasını istəmişik.
- Müsahibələrinizin birində apreldə iş adamları ilə görüşəcəyinizi demisiz. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə görüşünüz planlaşdırılıbmı?
- UEFA ilə bu barədə müzakirə aparılıb, onların da nümayəndəsi burda olacaq. Yerli və xarici şirkətləri həmin iclasa dəvət edəcəyik. Vergilər Nazirliyi yeni qaydalara görə güzəştlər tətbiq edib. Buna görə də iş adamlarını futbola cəlb etmək istəyirik. Mənfəətdən 10 faiz futbola sərf edən vergidən azad olunacaq. Bu dəyişiklik əlavə motivasiya olmalıdı. Apreldə seminar keçiriləcək və bütün iri şirkətləri ora dəvət edəcəyik.
- Bu sualı bir neçə dəfə sizə ünvanlasam da, cavabsız qalıb. Region Liqasının əhatə dairəsi daha genişdi. Mövsümün sonunda liqadan diviziona yüksələn komanda olacaq?
- Bir komanda maraq göstərir. Onlarla görüş də təyin etmişik. Planımız məhz Region Liqasından birinci diviziona komandaların gəlməsidi. Sevindirici haldı ki, Region Liqasına bölgələrdə böyük maraq var. Bu liqanın ən yaxşı qapıçısı da dünən dünya ulduzları ilə bir yerdə oynadı. Bəlkə də bir çoxları onu qısqandı.
- Cari mövsüm "Kəpəz"də maliyyə ilə bağlı problemlər üzə çıxdı. Klub AFFA-nın himayəsində olduğundan problemin nədən qaynaqlandığını bilmək istərdik.
- Maliyyə problemi yoxdu. Ödənişlərdə gecikmələr oldu. Rəhbərlik dəyişdiyi üçün sənədləşdirmə prosesləri oldu. Əvvəlki rəhbərliyin imza hüququ var idi. İcra Hakimiyyəti ilə danışmışıq, növbəti mövsüm üçün dəyişikliklər gözlənilir. İdarə heyətinin tərkibində də yenilik olacaq.
- Bəzən Region Liqasında iştirak edən komandaların heyətində 40-50 yaşlı oyunçular meydana çıxır. Yaşlıların futbola nə faydası var? Gənclərin inkişafı üçün liqada yaş limiti tətbiq etmək olar?
- Bu, həvəskar statuslu turnirdi. Bir tərəfdən sevindirici haldı ki, 40 yaşdan sonra 90 dəqiqə oynamağa imkanı olan futbolçular var. Həvəskar həyatı yaşayırlar. Bu o deməkdi ki, həmin insanlar sağlamdı. Region Liqasına limit tətbiq etsək, o zaman onu peşəkarlığa doğru apara bilərik. Əvvəlcə bir neçə il gözləyək, bu qaydada davam etdirək. Yeni yaradılmış liqadı, iki il də gözləyək. Ehtiyac olarsa, ondan sonra mütəxəssislərlə məsləhətləşib, limit tətbiq edə bilərik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar