23 fev 12:57aktual

“Heç kim bizə qara qəpik də verməyib”

“Heç kim bizə qara qəpik də verməyib”
Tahir Əliyev “Kəpəz”ə gedən yol”dan danışdı
Ötən sayımızda Gəncədə “Kəpəz”in 60 illiyinə aid sənədli filmin nümayiş olunduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, 40 dəqiqəlik film “Aran Film” Yaradıcılıq Mərkəzi tərəfindən araya-ərsəyə gətirilib. Filmin ideya müəllifi isə mərkəzin rəhbəri, futbol ictimaiyyəti arasında Tahir Tahiroviç kimi tanınnan Tahir Əliyevdi.
“Kəpəz”ə gedən yol”un ideya müəllifi, kinorejissor Tahir bəylə söhbətdə film barədə ətraflı məlumat almağa çalışdıq.
- Necə oldu ki, “Kəpəz”in 60 illik yubileyi ilə bağlı film çəkməyə qərar verdiz?
- Özünüz də bilirsiz ki, mən kinorejissor olmaqla yanaşı, həm də qatı futbol azarkeşiyəm. Özüm də vaxtilə Ələkbər Cəfərovun rəhbərliyi altında məşq etmişəm. “Kəpəz”ə sevgim isə ötən əsrin 80-ci illərinin ortalarından başlayıb. Gəncədə həmişə futbolu seviblər, bu şəhərdən daim güclü futbolçular çıxıb. Hətta mən sizə deyərdim ki, 80-ci illərin ortalarında azarkeşlər “Kəpəz”ə daha çox simpatiya bəsləyirdilər, nəinki “Neftçi”yə. Həmin vaxt komanda SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında çıxış edirdi. Və zonanın çempionu da olmuşdu. Hamı gözləyirdi ki, “Kəpəz” SSRİ çempionatının birinci dəstəsinə vəsiqə qazanacaq. Əslən Naxçıvandan olsam da, daim Gəncə təmsilçisinə azarkeşlik etmişəm. Vaxtilə Naxçıvan “Araz”ında Elxan Babayev adlı qolkiper var idi. Onun fanatı idim. O “Kəpəz”ə keçəndən sonra mən də klubun fanatı oldum. Gəncəlilərin 1985/86 mövsümündə SSRİ kubokunun 1/8 final mərhələsinə qədər irəliləməsi, həmin mərhələdə Kiyev “Dinamo”su ilə oyunlarını yaşlı nəslin nümayəndələri hələ də sevə-sevə xatırlayır. Onda “Kəpəz”də kimlər oynayırdı? “Neftçi”dən qovulanlar və yerli oyunçular. Bunun özü xüsusi vurğulanası məqamdı. Filmin çəkilməsinə gəlincə, ötən il yaradıcılıq mərkəzimiz həndbol üzrə SSRİ çempionatında iz qoymuş “Avtomobilçi” komandası barədə “Bakılı qızlar” adlı film çəkdi. Ondan sonra isə “Kəpəz”in 60 illiyinə həsr olunan film çəkməyə qərar verdik.
- Filmin araya-ərsəyə gəlməsində sponsorların rolu oldu?
- Xeyr. Heç kim bizə qara qəpik də verməyib. Bütün işlər ARB telekanalının nəzdində fəaliyyət gösətərən, mənim bədii rəhbəri olduğum “Aran Film” Yaradıcılıq Mərkəzinin hesabına görüldü. Filmin çəkilişi zamanı bir çox xronikalar üzə çıxardıq ki, onlardan da istifadə etmişik. Bildiyiniz kimi, artıq “Kəpəz”ə gedən yol” bugünlərdə Gəncədə nümayiş olundu və hamı tərəfindən də çox xoş qarşılandı.Film boyunca əlavə heç nəyə yer ayırmamışıq. “Kəpəz”in şərəfini qorumuş 25 veteran futbolçu klubla bağlı xatirələrini bölüşür, keçmişi yada salırlar. Danışdıqca da elə bil həmin illəri yenidən yaşayırlar.
- Çəkilişlər zamanı hər hansı çətinliklə üzləşdiz?
- Bunsuz olmur. Əziyyət çəkməlisən ki, sonra bəhrəsini görəsən. Film nümayiş olunarkən siz həmin veteranları görsəydiz... Hamısı sanki yenidən o illərə qayıtmışdılar. Təsəvvür edin, ekranda film gedir, zal da qaranlıqdı. Birdən Nurəddin Əliyev özünü saxlaya bilməyərək ayağa qalxdı və “Vilis”in üstündə əlində gül tutan mənəm” deyib, məni axtarmağa başladı. Sonradan özü dedi ki, bu günə kimi həmin anları heç yerdə görməyib. Bu üzdən çox həyəcanlanıb. Ümumiyyətlə, hamısı çox duyğulanmışdı. Filmdə o vaxt “Dinamo” adı ilə fəaliyyət göstərən klubun 1968-ci ildə SSRİ çempionatının yüksək liqasına yüksəlməsi ilə bağlı da kadrlar var. Çalışmışıq ki, 40 dəqiqəlik filmdə 60 il tam əhatə olunsun.
- Qarşıda idmanla bağlı hansı layihələriniz var?
- İdman sahəsi həmişə bizim üçün prioritet olub. Çox istərdim ki, gələcəkdə Naxçıvan “Araz”ı, “Turan” haqda belə filmlər çəkək. “Turan”ın əsası 1956-cı ildə qoyulub. Ölkənin ən köklü klublarından biridi. Ancaq bunun üçün mütləq ortada xronika olmalıdı. Təəssüf ki, arxivlərdə o illərə aid material tapmaq ya heç mümkün deyil, ya da çox azdı. Bakıda bir çox futbolçuların yetişməsində böyük zəhməti olan Ələkbər (Albert) Cəfərovla bağlı da film çəkməyi planlaşdırmışam. Ümumiyyətlə, sovet dönəmində Azərbaycanda idman çox yüksək səviyyədə olub. Bizim qızlardan ibarət otüstü hokkey, su polusu üzrə komandamız SSRİ çempionatında çox uğurla çıxış ediblər. Onlar barədə də flm çəkməyi planlaşdırırıq. Gənclərimiz belə fimlərə baxmaqla idman tariximiz haqda məlumatlar əldə edə bilərlər.
- “Kəpəz”in yubileyi ilə bağlı çəkdiyiniz film Gəncədə nümayiş olundu. Bəs Bakıda yaşayanlar filmə nə vaxt baxa biləcəklər?
- Filmin paytaxtda nümayişini martın əvvələrinə planlaşdırmışıq. Yəqin ki, martın ilk ongünlüyündə film Bakıda tamaşaçıların ixtiyarına veriləcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar