17 fev 15:59aktual

“Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır

“Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır
Fərid Ağayev: “Klub rəhbərliyi ona görə “Volın”a müəyyən vəsait ödəmişdi”
“Qarabağ”ın U-19 komandasının 2016/17 mövsümünü qızıl medallarla başa vurmasına, ardınca əsas komandanın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına ən çox sevinən Rəşad Sadıqov və yetirmələri idi. Komandanın o vaxtkı baş məşqçisi olan “Qarabağ”ın hazırkı kapitanının rəhbərlik etdiyi kollektiv seçmə mərhələ oyunları oynamadan birbaşa qrupda iştirak etmək şansı qazanmışdı.
Qrupdakı rəqiblər isə “Çelsi”, “Atletiko” və “Roma”nın eyni yaş qrupundan olan komandaları idi. Ağdamlılar bütün oyunları məğlub başa vursalar da, səfərdə “Atletiko” üzərində qazanılan 1:0 hesablı qələbə indiyə qədər yaddaşlardadı. Həmin komandanın heyətində aparıcı oyunçu, kollektivin “vuran ayağı” Yaroslav Deda sayılırdı. Madriddə “Atletiko”nun qapısına vurulan yeganə qolun müəllifi olan ukraynalı bu komandanı Bakıda da məyus etməyi bacarmışdı. Daha bir dəfə isə “Çelsi” ilə Bakıdakı görüşdə fərqlənməyə imkan tapmışdı.
Dedanın futbolçu bacarığı və məhsuldarlığı təkcə əsas komandanın baş məşqçisi Qurban Qurbanovun yox, U-21-in məşqçilər heyətinin də diqqətini çəkmişdi. Hətta onun yaxın gələcəkdə əsas millinin aparıcı fiqurlarından birinə çevriləcəyi güman olunurdu. Lakin sonradan nə baş verdisə, “Qarabağ” bu futbolçu ilə yolları ayırmaq qərarına gəldi. Çox güman, xarakterindəki nöqsanlar və özündən razılığı Qurbanovun ürəyincə deyildi.
Üstündən xeyli vaxt keçsə də, 1999-cu il doğumlu futbolçu hələ də klubsuzdu. Buna səbəb isə “Qarabağ”la 2021-ci ilə qədər davam edən müqaviləsinin olmasıdı. Yəni Dedanı heyətində görmək istəyən klub ilk növbədə təmsilçimizə müraciət etməlidi. Di gəl ki, indiyə qədər bu yöndə hansısa yenilik yoxdu. Məsələni diqqət mərkəzində saxladığımızdan, “Qarabağ”ın Futbol Akademiyasının meneceri Fərid Ağayevlə əlaqə saxladıq: “Deda hazırda Antalyada toplanış keçən “Karpatı”nın düşərgəsində baxışdadı. Məşqçilər heyəti futbolçunu komandada görməkdə maraqlıdı. Və çox güman, onunla müqavilə bağlanacaq. Hələ ki qarşı tərəfdən bizə rəsmi müraciət olmayıb. Dediklərinə görə, klub rəhbərliyi də Antalyada olduğundan, sənədləşmə işlərində durğunluq yaranıb. “Karpatı” bizə müraciət edəndən və keçidin detalları müzakirə olunandan sonra transfer vərəqini göndərəcəyik. Təbii ki, keçid pulsuz başa gəlməyəcək. Buna görə Ukrayna klubundan müəyyən məbləğ alacağıq. Çünki Dedanı “Qarabağ”a gətirəndə klub rəhbərliyi ona görə “Volın”a müəyyən vəsait ödəmişdi. Hələ ki gözləyirik. Yaxın günlərdə dəqiq məlumat olacaq”.
Maraq üçün qeyd edək ki, Yaroslav “Qarabağ”a gələnə qədər “Volın”ın sıralarındaydı. 17-18 yaşı olmasına baxmayaraq, Lutsk təmsilçisinin heyətində elitada 11 oyuna çıxıb, meydanda 453 dəqiqə görünmüşdü. Buna qədər isə Ukraynanın U-16 və U-17 yığmalarının şərəfini qorumuşdu.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar