17 fev 15:42aktual

Yurçeviçli millinin nağıl arzuları bəllidi

Yurçeviçli millinin nağıl arzuları bəllidi
Gerçəkliyə sığan ehtimallar isə 5-7 xal “deyir”
AÇ-2020-nin seçmə mərhələsinin oyunlarına 40 gündən də az qalmış xorvat Nikola Yurçeviç millinin dekabrdan boşaldılmış baş məşqçi postuna gətirildi. Əlbəttə, yığmamız səviyyədə komandaların seçmə mərhələlərlə bağlı öz hədəfləri olur. Məsələn, əvvəlki nəticələrin yaxşılaşdırılması, taktiki planda daha yaxşı görünmək, kollektiv anlaşma səviyyəsinin yüksəldilməsi və s. Qarşıdakı tsiklin püşkatmasından sonra millinin yer aldığı qrupda nəyə nail ola biləcəyi haqda yazmışdıq. Ancaq həmin vaxt öncədən planlaşdırılmış “təmizlik” əməliyyatının güdazına gedən Qurban Qurbanov baş məşqçi postunda idi. Bu gün proqnozlara Yurçeviç – AFFA “izdivac”ı aspektindən yanaşmağa məcburuq.
Milli nəyi bacarar?
Yarımbaşlıqdakı suala cavab tapmaq çətin olsa da, cəhd etməyə dəyər. FİFA-nın son reytinq sıralamasında 108-ci yerdə qərarlaşan yığma ciddi hədəflər uğrunda mübarizəyə hazır komanda deyil. Heyətdəki futbolçuların kimliyinə, oynadığı çempionatlara diqqət yetirsək, acı reallıqla üz-üzə qalarıq. Şübhəsiz, dörd oyunu Bakıda keçiriləcək qitə birinciliyinin final mərhələsinə qatılmaq gerçəkliklə uzlaşmayan şirin arzudu. AFFA məmurları strategiyanı yeni dəyişib və bu yenidənqurmanın özü də yarımçıq iş görməyi ənənə halına salmış futbol başbilənlərinin növbəti yanlış addımı deməkdi. Yerli mütəxəssisin xarizmasını həzm edə bilməyənlər yenə əcnəbi variantına üstünlük verib. Son 2 gəlmə mütəxəssisin gördüyü iş göz qabağındadı. 3 seçmə mərhələdə yığmaya rəhbərlik etmiş Berti Foqtsun DÇ-2014-ə vəsiqə uğrunda mübarizədə topladığı 9 xalı - rekordu xorvat Robert Prosineçki yeniləyib. Məntiqlə, Yurçeviçin qarşısına qoyulan tələb 10 xaldan az toplamamaq olmalıdı. Qrupda ənənəvi qaydada sonuncu və ya sonuncudan əvvəlki olmamaq da belə desək, keçilmiş yoldu. Azərbaycanın futbol ictimaiyyətinə yuxarıdan aşağı baxan təkəbbürlü almanın “hakimiyyət”i dövründə Rəşad Sadıqovlu, Kamran Ağayevli, Mahir Şükürovlu, Rauf Əliyevli, Vaqif Cavadovlu yığma bu işin öhdəsindən gəlmişdi. 5 komandalı E qrupunda yer alan təmsilçimizin yeni çalışdırıcısı bacararmı? Çətin...
Qorxunc statistikanı xatırlayaq
AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupa düşən komandaların hamısı yığmamıza tanış rəqiblərdi. Təmsilçimiz müxtəlif illərdə Xorvatiya, Uels, Slovakiya və Macarıstanla üz-üzə gəlib. Slovakiya və Uelsin hərəsi ilə 6 seçmə mərhələ matçı baş tutub. Macarıstanla 4 rəsmi və 1 yoxlama görüşündə qüvvəsini sınayan komandamız Xorvatiya ilə iki dəfə münasibətlərinə aydınlıq gətirib. Bu 19 matçda millimiz 1 qələbə qazanıb, 2 heç-heçə edib. Yeganə qələbəsini Slovakiya üzərində qazanan yığma Uels və Xorvatiyadan 1 xal alıb. Digər 16 qarşlaşmada isə uduzub. Bu matçlarda 50 qol vurulub ki, onlardan 6-sı millimizin, 44-ü rəqiblərin hesabındadı.
Slovakiya və Macarıstanla qarşılaşdığımız dönəmlər nisbətən uzaq keçmişə təsadüf edir. Düzdü, 2011-ci ildə Foqtslu milli Dubay toplanışı çərçivəsində də Atillanın törəmələri ilə yoldaşlıq oyununa çıxıb və 0:2 hesabıyla yenilib. Ancaq bu iki rəqiblə qalan qarşılaşmalar 2001-ci ilin yayına qədər, dəqiqləşdirsək, iyunun 6-da slovakları 2:0 hesabıyla üstələdiyimiz tarixədək gerçəkləşib. Yəni məğlubedilməz statusu daşımayan macarlara və qərb slavyanlarına uduzacağımızla indidən barışmalı deyilik. Hə, Macarıstan Azərbaycana indiyə qədər 1 matçda da xal verməyib. Lakin bu faktı da əldə rəhbər tutmaq absurddu. Əksinə, təsadüfi uğur növbəsi bu dəfə məhz Cucaklı, Şalaylı rəqibə də çata bilər.
Yurçeviç minnətçi düşməsə...
Rəsmi debütü Novruz bayramında – martın 21-də rellaşacaq mütəxəssis bu tarixdə ölkəsinin millisinə qarşı nəyə qadir olduğunu isbatlamağa çalışacaq. “Damalılar”dan xal alsaq, gecənin sensasiyasına imza atmış olarıq. Qrupun favoriti “doğma divarlar” arasında tsiklin ilk matçına çıxacaqsa, vəziyyəti təsəvvür etmək asandı. Yurçeviç həmyerlilərinə minnətçi düşməsə, darmadağın qaçılmaz olacaq. 2014-cü il oktyabrın 13-də Osiyekdə qeydə alınan 0:6-nın təkrarlanıb-təkrarlanmayacağını söyləmək çətindi. Amma xal almaq söhbət mövzusu ola bilməz. Bakıdakı 0:0-ın təsadüfi olduğunu sübuta yetirmək arzusuyla alışıb-yanan xorvatlar növbəti söz-söhbətə yol açmamaq naminə ən yaxşı oyunlarından birini sərgiləməyi qarşısına məqsəd qoyub. Sentyabrın 9-dakı cavab matçı da xüsusi ümidlərə meydan vermir. Səbəb sadədi: həmin vaxt favorit tsikldəki 5-ci görüşünü keçirəcək. Vəziyyətdən asılı olaraq Bakıdakı qələbə sayəsində AÇ-yə vəsiqəni təmin edə bilərlər. Seçmə mərhələnin formal oyunundan danışsaydıq, başqa məsələ... Bəlkə də 0:0-ın təkrarlanmasının mümkünlüyündən söz açardıq.
İlkə inanaq, 3 xala köklənək
Adətən, darmadağınların ardından yığma öz meydanında xoş təsir bağışlayır. İndiyə qədər xal ala bilmədiyimiz Macarıstanı yenməyin xəyallarını qurmağa haqqımız çatır. Hazırda nəsildəyişmə prosesinin astanasında olan macarların tsiklə hansı heyətlə başlaması da şərtdi. Hərçənd mütəxəssislər sözügedən yığmanın oyununda eniş yaşanacağını proqnozlaşdırırsa, “xəyalplov yemək”lə gülüş obyektinə çevrilmərik. Millimiz tarixində bu səviyyədə rəqiblərdən hər iki matçda cəmi bir dəfə xal alıb. Foqtslu yığmamız Şimali İrlandiya ilə səfərdə bərabərə qalmış (1:1), evdə 2:0 hesablı zəfərə sevinmişdi. Yəni Macarıstandan 3 xal “qoparmaq” reallıqdan uzaq plan deyil.

Uelsdən də 1 xal umaq
Qaret Beylin həmyerliləri ildən-ilə “artırır”. 2004-cü ilin sentyabrında Bakıda Britaniya təmsilçisi ilə 1:1 hesablı heç-heçəyə razılaşan komandamız Foqtsun vaxtında Kardiffdə “yaxşı yenilgi”yə görə (0:1) assosiasiyadan mükafat da almışdı. Bu rəqiblə açıq futbol yalnız səviyyəli icraçıların ifasında nəticə verər. Müdafiə futbolu isə Azərbaycan millisinin indiki çalışdırıcısının ən pis bacardığıdı. Nəinki Yurçeviçin, kölgəsində qaldığı daha məşhur həmyerlisi Slaven Biliçin də. Ara-sıra Xorvatıya mətbuatına baş vurun, qabartdığımız məqamla bağlı bir neçə samballı məqalə tapacaqsız. “Qırmızı əjdahalar”la duellərdən uzağı 1 xal ummalıyıq.
Slovakiyaya Bakıda uduzmayaq
Qrupumuzda “cırtdan” yoxdu. Yuxarıda qeyd etdiyimiz kimi, indiyə qədər bir seçmə mərhələdə özümüzdən güclü rəqibdən cəmi 1 dəfə hər iki qarşılaşmada xal götürmüşük. Slovakiyanı necə, Bakıda məğlubiyyətə uğratmağa gücümüz çatarmı? Yaxın keçmişi vərəqləsək, paytaxtımızdan məğlub göndərdiyimiz kollektivin dirçəldiyinə şahidlik edərik. Ancaq heyətində çox təhlükəli ulduz oyunçuları olan rəqibin zəif tərəfləri də var. Məsələn, hesabda geri düşəndən sonra adətən oyunu çevirməyə çətinlik çəkirlər. Kollektivin ümumi sürətlə bağlı çatışmazlıqları nəzərə çarpır, bəzi mövqelərdə rəqabətsizlik hökm sürür. Deməli, Marek Hamşik və komanda yoldaşlarına öz meydanımızda “dişimizi göstərmək” imkanı yox deyil. İyunun 11-də reallaşacaq görüşdən 3 əvvəl Macarıstanı yenmək şərəfinə nail olsaq, ruh yüksəkliyi zirvə həddinə çatacaq və isti hava cənubi qafqazlıların tribunalardan aldığı ilhama qarışacaq.
Nəticə: 5-7 xal
Təbii, ehtimalları reallıqla cilalamağa, arzular fonunda gerçəkliyi nəzərə almağa çalışdıq. Yuxarıda mümkün xal mənbəyi qismində dəyərləndirdiyimiz matçların hansındasa, heç-heçə istəyimiz zəfərlə mükafatlandırılsa, sevinərik. Digər tərəfdən, tutaq ki, tsiklin son görüşündə bütün ümidləri tükənmiş Slovakiya ilə rəqib meydanında da bərabərə qala bilərik. Fərqli variantları fərqli şəkildə götür-qoy etsək belə, Yurçeviçli milli qarşıdakı tsikldə 7 xaldan artığını vəd etmir. Hardasa 5-7 xal arası... Səbrlə gözləyək. Təki bundan çox olsun!
NİHAT
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar