17 fev 12:53aktual

Azərbaycanın idman ictimaiyyətinə müraciət

Azərbaycanın idman ictimaiyyətinə müraciət
Əziz dostlar! Əziz həmvətənlər!
Bildiyiniz kimi, “Futbol+” 1997-ci il oktyabrın 21-dən işıq üzü görür. Fəaliyyətə həftəlik kimi başlayan qəzet getdikcə müəyyən oxucu bazası formalaşdıraraq, 2009-cu ilin fevralından həftədə 5 dəfə nəşr olunmağa başladı. Böyük məmnunluq hissi ilə bildiririk ki, Rusiyanı çıxmaq şərti ilə postsovet məkanının heç bir başqa ölkəsində belə dövriliyə və tarixə malik idman nəşri yoxdu. Qəzetimizin daimi oxucu diqqəti ilə əhatə olunması ilk növbədə həmişə hadisələrə operativ, obyektiv, qərəzsiz yanaşmasından, fərqli fikirlərə tribuna verməsindən, idmanın və idmançının yanında olmasından, ölkənin idman həyatını ən müxtəlif yöndə işıqlandırmasından irəli gəlir.
Çiynimizdə 22 ilin qəzetçilik yükü, bu illər ərzində formalaşan təcrübə, tarix, önümüzdə mayak kimi yanan “Vətən idmanı və idmançıları ilə ucalsın” şüarı var. Biz yenə də yaşamaq, ayaqda qalmaq, Azərbaycan idmanının həqiqətlərini millətə çatdırmaq əzmindəyik.
Təəssüf ki, KİVDF-nin yanvarın 31-də verdiyi qəfil və əsassız qərar üzündən “Futbol+” qapanmaq, ən yaxşı halda isə fəaliyyətini məhdudlaşdırmaq təhlükəsiylə üzləşib. Bizə heç bir ciddi səbəb göstərmədən 2019-un ikinci rübündən yalnız ictimai-siyasi qəzetlərin dövlət yardımına ümid edə biləcəyini deyirlər. Aylıq 5000 manat isə qəzetin büdcəsinin təxminən yarısını təşkil etdiyindən martdan sonra maliyyələşdirmə ilə bağlı ciddi sıxıntı yaşayacağımız şübhə doğurmur. Belə çıxır ki, kimlərsə Prezident İlham Əliyev cənablarının Azərbaycanı idman ölkəsinə çevirmək, böyüməkdə olan nəsilləri sağlam həyat tərzinə yönəltmək ilə bağlı kursuna qarşı təxribat törədir, onun imicinə zərbə vurmağa çalışırlar. Belə çıxır ki, bu ölkəyə idman qəzeti, Azərbaycanın idman uğurlarının təbliği lazım deyil? Belə çıxır ki, ölkənin idman təsərrüfatında yaşananlar oxuculara obyektiv, operativ şəkildə təqdim olunmamalıdı? Axı Prezident “Real” TV-yə son müsahibəsində də açıq-aşkar, bəzi yaramaz məmurların qulaqlarının pərdəsini az qala dəlib keçəcək tərzdə dedi ki, “mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm”. Bəs onda idman mətbuatının flaqmanına belə qərəzli münasibətin kökündə nə dayanır?
Təbii ki, haqqımızın bərpası, ədalətin bərqərar olması uğrunda bütün hüquqi və qanuni vasitələrlə mübarizə aparırıq, aparacağıq da. Amma bu yolda sizin ciddi dəstəyinizə ehtiyac duyuruq. Dəstəyin ən müxtəlif formaları var. İmkan daxilində “Futbol+”ə abunə olun, abunəyə pul çatdıra bilmirsizsə, sosial şəbəkələrdə səsimizə səs verin, qəzetə dəstəyinizi ifadə edin. Xüsusən də daim yanında olduğumuz, müntəzəm tribuna verdiyimiz futbol fanatlarından dəstək təşəbbüsləri, fləşmoblar gözləyirik.
Gələn həftə “Futbol+”in haqqının bərpa olunması ilə bağlı Prezidentə ünvanlanan petisiya açacağıq, ona qoşulun, imzanızı atın. Əslində qəzetun kollektivi bü gün Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirməyi planlaşdırmışdı. Müxtəlif bəhanələrlə bizə yer vermədilər. Amma istənilən halda mətbuat konfransı gələn həftə baş tutacaq. Hüquqlarımızın qorunması yolunda ardıcıl və intensiv mübarizə aparacağıq. Yetər ki sizin dəstəyinizi, yanımızda olduğunuzu görək!
“Futbol+” kollektivi
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar