24 mar 13:16aktual, yigma

“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq”

“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq”
Prosineçki sürprizə ümid edir

Robert Prosineçki Almaniyanın “Kicker” jurnalına müsahibə verib. Yığmanın xorvat çalışdırıcısı bundestimlə qarşıdakı görüşdən və başqa məsələlərdən danışıb.
- Azərbaycan millisi Şimali İrlandiya ilə birgə DÇ-nin seçmə mərhələsində Almaniyanın ən yaxın izləyicisidi. Bu reallığı əks etdirir, yoxsa təsadüfdü?
- Bəzən belə fürsət ələ bir dəfə düşür. Vəsiqə qazanmaq yolunda artıq 7 xalımız var. Amma reallığı da görməliyik. Başqa ölkələrin futbolçularının harda oynadıqlarına baxsaq və bizimlə müqayisə etsək, DÇ-2018-ə çıxmağımız qeyri-mümkündü. Əsas odu ki, futbolçuların etibarını qazanmışam və biz artıq kiçik uğura da imza atmışıq. İndi Almaniya ilə matç bizim üçün ən asan görüşdü.
- Nəyə görə?
- Almaniya həmişə favoritdi. Biz yalnız mübarizə aparmağa, bacardığımızı maksimum dərəcədə etməyə çalışmalıyıq. Üçüncü ildi burdayam və inkişaf göz qabağındadı. Bəs bu kifayətdimi? Fikrimcə, Azərbaycanın final mərhələsinə çıxması üçün uzun yol qət etməliyik. Amma futbolda hər şey mümkündü.
- Almaniya ilə qarşılaşmada sürpriz mümkündü?
- Buna həmişə ümid etməliyik, amma Almaniyaya qarşı oynamaq çox çətindi. Onlar seçmə turnirdə bütün oyunlarını 3:0 və daha böyük hesabla udublar (Şimali İrlandiyaya 2:0 qalib gəliblər). Almaniya Fransada keçirilən Avropa çempionatı ilə müqayisədə indi daha güclüdü. Burda hamı dünya çempionlarını görmək istəyir, stadion tam dolacaq. Ölkə üçün tamaşa olacaq.
- Cəmi 2 qolla 7 xal toplamısız. Komandanızı müdafiəyəmeyilli adlandırmaq olar?
- Xeyr, sadəcə, belə alınıb. San Marinoda fərqlənmək şansımız çox olsa da, yararlana bilmədik. Norveç çoxlu legioneri olan güclü rəqib idi. Ən yaxşı oyunumuzu Çexiyada oynadıq və 0:0 hesablı heç-heçəyə imza atdıq.
- Ötən ilin noyabrında isə Belfastda Şimali İrlandiyaya 0:4 hesabıyla aşkar məğlub olduz.
- Xeyr, sadəcə, standart vəziyyətlərlə bağlı problemlərimiz var. Üç qolu məhz “standart”dan buraxdıq. Amma bilirik ki, hələ bu səviyyəyə çatmamışıq. Hələ çox çalışmalıyıq. İndi qarşıda 3 ev oyunumuz var. Almaniya ilə görüşü hesaba almıram.
- Dünya çempionları ilə matçda da belə bir faciənin baş verəcəyindən qorxursuz?
- Almanlarla oyunda hər şey ola bilər! Onlar dünya çempionatında Braziliya kimi komandaya 7 qol vurublar!
- Bəlkə əsas məqsədiniz bu seçmə turnirdə dünya çempionlarının qapısına ən azı ilk qolu vurmaqdı?
- Əla olardı. Amma çətindi. İstənilən halda, nəsə etməyə çalışacağıq. Bəlkə rəqib oyunçuların diqqətindən yayınıb təhlükəli əks-hücumlara çıxa bildik. Amma Almaniya həmişə öz işinə peşəkarcasına yanaşır. İstədikləri nəticəyə nail olurlar.
- Azərbaycanda pul və idman ambisiyası var. Bəzən komandanıza qarşı olan gözləntiləri, necə deyərlər, boğmaq məcburiyyətində qalırsız?
- Mən gəlməmişdən əvvəl futboldan çox danışılmırdı. Əsasən ona görə ki, nəticələr yox idi. Amma indi vəziyyət fərqlidi, 7 xalımız var və hamı eyforiyaya qapılıb. Əksər azarkeşlər artıq Rusiyadakı final mərhələsinə çıxdığımızı düşünür. Amma biz hələ orda deyilik.
- Sizdən əvvəlki baş məşqçi Berti Foqtsun gördüyü hansı işlərdən faydalana bilirsiz?
- Berti burda yaxşı işlər görüb. Azərbaycanda 7 il çalışıb və yaxşı nəticələri olub. O, müdafiə baxımından çox iş görüb və bundan yararlana bilərəm. Amma biz həmçinin hücum barədə də düşünməliyik. Mən oynamağı bacaran komanda formalaşdırmaq istəyirəm. Biz artıq inkişafa nail olmuşuq.
- Almaniyanın ikinci divizionunda çıxış edən “Ertsgebirge”nin futbolçusu Dmitri Nazarov sizin üçün nə dərəcədə vacib oyunçudu?
- Yaxşı oyunçudu və mən bura gələndə “Karlsrue”də çıxış edirdi. Düşünürdüm ki, daha yaxşı kluba keçə bilər. Yaxşı yarımmüdafiəçidi, yaxşı zərbələri var, cərimə zərbələrini yaxşı yerinə yetirir. Bizim üçün vacib futbolçudu.
- Komandanızda legioner futbolçuların azlığı da sizin üçün maneədi?
- Əlbəttə, amma təkcə bu deyil. Çempionatda cəmi iki komanda – “Qarabağ” və “Qəbələ” çempionluq uğrunda mübarizə aparır. Rəqabətin güclü olmaması da bizim üçün problemdi. Millinin futbolçuları əsasən ən yaxşı klublarda oynayırlar və klublarını dəyişmək fikirləri yoxdu. Yaxşı qazanırlar. Hər halda, qeyd etdiyim iki klub müntəzəm Avropa Liqasında çıxış edir, amma növbəti mərhələyə çıxa bilmir.
- Azərbaycan FIFA reytinqində 89-cu yerdədi. Bununla dünya çempionatının final mərhələsinə çıxmağa ümid etmək olarmı?
- Mən işə başlayanda biz 135-ci idik. İrəliyə doğru böyük addım atmışıq. Bu inanılmazdı.
- 89-cu pilləyə yüksəldiyiniz kimi, final turnirinə də yüksəlməyiniz mümkündü?
- Əlbəttə, hamı bunu istəyir. Bir məşqçi olaraq bunu bacaracağımızı deyə bilərəm. Amma çətin işdi və sona kimi də belə olacaq.
- Vaxtilə dünyanın ən yaxşı futbolçularından biri olmusuz. İstedad baxımından sizdən zəif olan oyunçuları çalışdırmaq çətin deyil?
- Karyeranızı başa vurandan sonra futbolçu kimi düşünməməlisiz. Heç vaxt fikirləşməməlisiz ki, bu və ya başqa hərəkəti özünüz necə edərdiz. Bəzi oyunçuların bacarığının yüksək olmadığını bilməlisiz. Çünki daha az istedadlı oyunçularla da işləmək məcburiyyətində qalırsız və bu asan deyil.
- “Srvena Zvezda” və “Kayserispor”da işləmisiz, indi də Azərbaycan millisində çalışırsız. Daha böyük komandaların məşqçisi olmaq hədəfiniz varmı?
- Hamının ambisiyaları var. Bir peşəkar mütəxəssis kimi ən yaxşı komandalarda çalışmaq istərdim. Bu normaldı. Təbii ki, məşqçi kimi inkişaf etmək istəyirəm. Avropanın aparıcı liqaları haqda düşünürəm. Amma baxarıq, bu menecerimin işidi. Heç Azərbaycanda çalışacağım da ağlıma gəlməzdi.
- Yeniyetmə vaxtlarınızda Almaniyada “Ştutqarter Kikers” komandasında oynamısız. Bu klubla əlaqələriniz varmı?
- Ailəm Almaniyada yaşayırdı - Nürtingendə. Sonra anam məni Degerloxa apardı və mən o klubda 6 yaşımdan 10 yaşıma kimi çıxış etdim. Sonra biz Yuqoslaviyaya köçdük və Zaqreb “Dinamo”sunda oynamağa başladım. İndi “Ştutqarter Kikers”lə heç bir əlaqəm yoxdu. Lakin komandanın nəticələrini izləyirəm.
- Almaniyada işləməyi xəyal edirsiz?
- Bundesliqa çox maraqlıdı. Hamı orda işləmək istəyər. Böyük klublar var və onların lap çox azarkeşi var. Almaniyada futbolu İngiltərə və ya İspaniyada olduğu kimi sevirlər. Əlbəttə, nəyisə hədəfləyə bilərsiz, amma necə olacağını əvvəlcədən bilmək olmaz. Onu da deyim ki, mən alman dilini unutmamışam.
- Almaniya ilə qarşılaşmada sizi hansı nəticə qane edər?
- Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq. Amma açığı, bu, bizim üçün çox çətin işdi. Adətən, Almaniya gəlir və işini peşəkarcasına həll edir. Bəxtimiz gətirə, bizim üçün uğurlu, Almaniya üçün uğursuz gün ola bilər və nəticədə heç-heçə qeydə alınar. Ancaq mən həmişə realistəm. Desəm ki, biz qalib gələcəyik, o zaman qapımızdan 5 top da buraxa bilərik. Ən yaxşı o olardı ki, almanlar oyundan sonra “bizim üçün çox çətin oldu” desinlər.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar