17 fev 12:23aktual

“Red Black Army” narahatdı

“Red Black Army” narahatdı
“İmarət” “Qarabağ”sevərləri “Tofiq Bəhramov”a səslədi
Premyer-liqanın 17-ci turunun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. “Qarabağ” mərkəzi arenada “Qəbələ”ni sınağa çəkəcək. “Köhlən atlar” hazırda liderlik uğrunda mübarizə aparırsa, “qırmızı-qaralar” ilk “üçlüy”ü hədəfləyib. Odu ki, fevralın 17-də, saat 17.30-da başlayacaq prinsipial qarşılaşmada hər iki komanda qələbə üçün əlindən gələni edəcək. Onu da qeyd edək ki, “Qarabağ” mövsümün ikinci yarısına 1 qələbə və 1 heç-heçə ilə start verib. Qurban Qurbanovun yetirmələri evdə “Neftçi” ilə heç-heçə edibsə (1:1), səfərdə “Sumqayıt”ı iki cavabsız qolla məğlubiyyətə uğradıb. “Qəbələ” isə 3-cü dövrənin əvvəlində 6 xal qazanıb. Özü də Sənan Qurbanovun komandası bu iki qarşılaşmada qapısını toxunulmaz saxlamağı da bacarıb. Belə ki, “qırmızı-qaralar” “Sumqayıt”ı evdə, “Sabah”ı isə səfərdə eyni hesabla (1:0) məğlub edib. Ümumiyyətlə, şimallılar 6 oyunluq “quru” seriyaya malikdi. Bu isə o deməkdi ki, “Qəbələ” həmin seriyanın ömrünü uzatmağa, “Qarabağ” bunun əksinə çalışacaq. Cari mövsümdə tərəflərin ilk iki duelində “köhlən atlar”ın aşkar üstünlüyü (4:1, 3:1) var.
İndi isə əsas sual doğuran məqam turun mərkəzi oyununu nə qədər azarkeşin izləyəcəyidi. O şübhəsizdi ki, matça rəng qatan əsas məqamlardan biri məhz tribunalardakı görüntüdü. Söhbət azarkeş sayından, onların dəstəyindən, səsləndirdiyikləri şüarlardan və açdıqaları pankartlardan gedir. Bəs görəsən, bazar günü “Tofiq Bəhramov”da bu baxımdan göz oxşayan tablonun şahidi olacağıq? Düzdü, 30 mindən çox azarkeş tutumuna malik stadionun dolacağını iddia etmək gülməli olar. Çünki bu reallıqla yaxından-uzaqdan əlaqəsi olmayan proqnoz deməkdi. Ancaq ən azı iki həftə əvvəlki mənzərəni görməyi arzulayırıq. Yadınızdadısa, “Qarabağ” – “Neftçi” oyununda azarkeşlər arenada əla ab-hava yaratmışdılar. Rəsmi protokola görə həmin matçda 6 min tamaşaçı qeydə alınsa da, əslində onların sayı daha çox idi. Bu isə əzəli rəqiblərin duelinə əlavə rəng qatmışdı. Maraqlıdı, bu dəfə mərkəzi arenaya nə qədər azarkeş təşrif buyuracaq? Tərəfdarların oyuna hazırlıqla bağlı xüsusi planı var? Sualları klubların ən böyük fanat qruplarına ünvanladıq.
Cavad Şərifli (Red Black Army): “Əlbəttə, “Qarabağ”la oyuna gələcəyik. Başqa matçlarda necədisə, bu qarşılaşmada da komandamızın yanında olacağıq. Qəbələdən gələnlərdən əlavə, Bakıda da bizə qoşulanlar olacaq. Paytaxtda yaşayan, təhsil alan qəbələlilər “Qarabağ”la oyunda tirbunada olacaq. Azarkeş qrupumuzun konkret neçə nəfərlə dəstək olacağını deyə bilmərəm. Təxminən 50 nəfər “Red Black Army” fanklubunun üzvü tribunada olacaq. Çox güman, xüsusi pankart olmayacaq. Olsa da, sürpriz kimi oyun zamanı açacağıq. Düzü, “Qəbələ”nin son oyunlarda qələbə qazanması yaxşı haldı. Sadəcə, bəzi məqamlar bizi narahat edir. Əvvəla, hər iki oyunda minimal hesabla qalib gəlmişik. Oyun baxımından o qədər də ürəyimizi açmayıb. “Sabah”la görüşdə rəqib ikinci yarıda 10 nəfərlə qalsa da, növbəti qolu vura bilmədik. Bu kimi məqamlar narahatlıq yaradır. Bununla belə, “Qarabağ”la oyunda da yaxşı nəticəyə ümid edirik. Bu görüşdə komandamızdan azı xal gözləyirik”.
Elnur Quliyev (İmarət): “Hazırda “Neftçi”ilə aramızda 3 xal fərq var. Bu komandanın hər an xal itirməsi mümkündü. Marafonun sonuna xeyli var. Hər oyun önəmlidi və finişə doğru matçların əhəmiyyəti daha da artır. “Neftçi”nin hər an büdrəmək ehtimalını nəzərə alsaq, “Qarabağ” qələbə sayəsində aradakı məsafəni əridə bilər. Yəqin ki, belə də olacaq. Buna ümid edirik. “Qəbələ”yə gəlincə, bu komanda çempionatın ikinci dövrəsində yüksək motivasiya ilə oynayır. Özünü yaxşı tərəfdən göstərməyi bacarır. Amma “Qarabağ”ın fevralın 17-də qalib gələcəyinə inanıram. Komandadan qələbə gözləyirik. “İmarət” olaraq yenə də yaxşı dəstək nümayiş etdirməyi düşünürük. Hələ ki planda xüsusi heç nə yoxdu. Ancaq komandanı maksimum şəkildə qələbəyə səsləyəcəyik. Qəzetiniz vasitəsilə də “Qarabağ”sevərləri, müxtəlif səbəblərdən oyunlarda iştirak etməyən “İmarət”in keçmiş üzvlərini “Qəbələ” ilə oyuna çağırıram. Gəlsinlər, komandamıza dəstək olsunlar. Təkcə “Qarabağ”ın adını daşıdığı bölgədən olanları yox, ümumilikdə bu klubu sevənləri stadiona səsləyirəm. Şərt deyil ki, gəlib “İmarət”lə bir yerdə əyləşsinlər. Ümumiyyətlə, stadionda nə qədər çox azarkeş olsa, bir o qədər gözəl olar. Hamıya bəllidi ki, Qarabağ yaralı yerimizdi. Bu bölgəni təmsil edən komanda həm ölkə daxilində uğurları sıralayıb, həm də avrokuboklarda üzümüzü güldürüb. Odu ki, Avropadan da bu komanda haqda veriliş hazırlayanlar olur, oyunları izlənilir. Bu adı daşıyan komandanı çempionatda dəstəkləyənlərin sayı 1500 nəfərdən çox olmur. İstərdim ki, gündən-günə bu say artsın. Çayxanada və ya başqa yerdə əyləncə axtaranları “Qarabağ”ın oyununa çağırıram. İstirahət etmək, zövq almaq, adrenalin yaşamaq istəyənlər gəlsinlər. Futbolda bunların hamısı var. Odu ki, “Qarabağ”ın oyununa gəlmək və onu dəstəkləmək üçün yetərincə səbəb sadaladım. Ümid edirəm ki, “Qəbələ” ilə görüşdə azarkeş sayı bizləri üzməyəcək”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar