17 fev 12:13aktual

Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb

Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb
“FC Baku”nun prezidenti zəng vurmuşdu, ancaq...”
Bu gedişlə Amit Quluzadə növbəti yarımildə də peşəkar statusla futbol oynaya bilməyəcək. Vaxtilə “Neftçi”, "Rəvan", “Qəbələ”, "Səbail" və “Sumqayıt”da çıxış edən, legioner kimi isə Türkiyənin "Ərciyəsspor", Yunanıstanın AEL, Portuqaliyanın "Atletiko" və Kosovonun "Drita" klublarının şərəfini qoruyan yarımmüdafiəçinin inadla xaricə can atması alqışlanasıdı. Ancaq məsələ burasındadı ki, qarşısından “qara pişik keçib”.
Ötən yay "Drita"dan ayrılan millimizin sabiq yarımmüdafiəçisi yanvarda Bosniya və Hersoqovinanın "Çelik" klubunun düşərgəsində olub. Nə az-nə çox – 22 gün Türkiyə toplanışında sınanıb və məşqçilər korpusu tərəfindən bəyənilib. Lakin 26 yaşlı futbolçunun transferi baş tutmayıb. Heyətində beş legioner olan Zenitsa təmsilçisinin rəhbərliyi Quluzadəyə nigeriyalı yarımmüdafiəçi Paskal Okoliylə yolların ayrılacağı halda müqavilə bağlanacağını bildirib. Lakin "Bursaspor"dan icarəyə götürülən 21 yaşlı futbolçunu vaxtından əvvəl göndərmək mümkün olmayıb. Bu səbəbdən də həmyerlimizin transferi baş tutmayıb.
Hər halda, dünən əlaqə saxladığımız Amit Quluzadə özü belə deyir: “Klub axtarışlarım davam edir. Azad agent kimi istənilən vaxt hansısa kluba keçə bilərəm. Sadəcə, bəxtsizliklə üzləşirəm. Menecerim mənə klub tapmışdı. Bir aya yaxın “Çelik”in düşərgəsində oldum. Bosniya və Hersoqovina çempionatında qaydalara görə hər klub 4 legioner sifariş edə bilər. Mən 5-ci idim. Sadəcə, onlar nigeriyalı yarımmüdafiəçini göndərmək istədiklərini demişdilər. Di gəl ki, qarşılıqlı razılıq əldə olunmadı və o, qalası oldu. Mənə təklif etdilər ki, onlarla Bosniya və Hersoqovinaya gedim. Razılaşmadım, qalmağın mənası yox idi. Çünki mənə dedilər ki, klub prezidenti ilə baş məşqçi arasında da fikir ayrılığı var. Münaqişə olan yerə getmək istəmədim. Başqa təkliflər də var idi. Konkret Rumıniya çempionatının səviyyəcə ikinci divizionu sayılan birinci liqasından dəvət var idi. “Energetikyanul”un təklifini qəbul etmədim. Gözləmə mövqeyindəyəm, görüm necə olacaq”.
Amit karyerasını yenidən vətəndə - Regon Liqasında davam etdirməyə də müsbət yanaşmayıb: “Qəzetiniz vasitəsilə “FC Baku”nun prezidenti Cavidan Qorçuyevə minnətdarlığımı bildirmək istəyirəm. Şəxsən 2-3 dəfə zəng vurub əlaqə saxladı və məni komandaya dəvət etdi. Təşəkkür edib təklifi geri çevirdim. Yenə deyirəm, saydığına görə sağ olsun, ancaq hələ ki karyeramı peşəkar müstəvidə davam etdirmək istəyirəm. Ola bilər, hətta 1 il futbolsuz qalım, ancaq axtarışlarım davam edəcək. Karyeramı ölkədən kənarda davam etdirmək istəyirəm. Bu inadla nəyə nail olacağam, zaman göstərəcək. Bəlkə heç alınmadı, peşman olmayacam”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar