24 mar 13:13aktual, manset

Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək

Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək
“Hakimlərin qərəzli idarəçiliyi nəticəsində kuboku qazana bilmədik”

İranın Abadan şəhərində keçirilən Dünya Kubokunda 2-ci yeri tutan yunan-Roma güləşi yığmamız martın 19-da vətənə qayıtdı. “Klassiklər”in qarşılanma mərasimi Dövlət Bayrağı Meydanında baş tutdu. Baş məşqçi və yığma üzvləri yarış haqda təəssüratlarını bölüşdü.
Akif Əliyev, millimizin baş məşqçisi: “İlk öncə komandamızın yarışını işıqlandırdığınız üçün sizə minnətdaram. İranın Abadan şəhərində keçirilən Dünya Kubokuna yaxşı hazırlaşmışdıq. Federasiya tərəfindən hər cür şərait yaradılmışdı. İdmançılarımız məşqlərə çox ciddi yanaşırdı. Şükürlər olsun ki, yarışdan medalla qayıtdıq. 2014-cü ildə bürünc, 1 il sonra isə qızıl medal qazanmışdıq. Bu il də titul qazanmaq üçün İrana yollanmışdıq. Əvvəlcə Türkiyə ilə qarşılaşdıq. Türklərlə ilk 2 görüşün gedişində uduzsaq da, sonraki qarşılaşmalarda qalib gəldik. Qrupda Türkiyə, Belarus və Ukraynanı 5:3 hesabıyla yendik. Finalda isə eyni hesabla Rusiyaya uduzduq. Hakimlərin qərəzli idarəçiliyi nəticəsində kuboku qazana bilmədik. Amma 2-ci yer də pis nəticə deyil”.
Rəsul Çunayev: “Hədəfimiz Dünya Kubokunu 2-ci dəfə qazanmaq idi. Təəssüflər olsun ki, hakimlərin haqsızlığı üzündən 2-ci olduq. Çox sevinirəm ki, dünyanın liderləri sırasındayıq. Dünya Kubokunda bizi izləyən və dəstəkləyən hər kəsə komandamız adından təşəkkür edirik. Qarşıda bizi Avropa çempionatı və İslam Həmrəyliyi Oyunları gözləyir. Komanda olaraq çalışacağıq ki, bu yarışlarda da qazanacağımız qələbələrlə Azərbaycan xalqını sevindirək. Hələ tam formada deyiləm. Amma bu yarışda gözlədiyimdən yaxşı çıxış etdim. Özümə inamım artdı. 50-60 faiz hazıram. Növbəti yarışda çalışacam ki, tam formada olum. Qarşıda seçim turnirləri olacaq. Məşqçilər 71 kq-da ya məni, ya da Həsən Əliyevi seçəcək. Növbəti Olimpiadaya qədər isə çəkilər dəyişəcək".
İslam Abbasov: “Dünyanın ən güclülərinin mübarizəsi idi. Əvvəlcə Türkiyə kimi güclü komandanı məğlub etdik. Ardından Ukrayna və Belarusdan güclü olduq. Finalda da, baxmayaraq ki, rəqib Rusiya idi və ən güclü güləşçilərlə çıxış edirdilər, qələbəyə iddialıydıq. Mənim görüşüm də daxil, 2 qarşılaşmada bizə qarşı aşkar haqsızlıq oldu. Yoxsa indi 2-ci yox, çempion kimi qarşınıza çıxmışdıq. Finalda Rio Olimpiadasının qalibi ilə qarşılaşdım. Ona məğlub oldum. Halbuki qalib gələ bilərdim. Üzərimdə çalışıb növbəti görüşdə onu yenəcəm. Ukraynalı güləşçiylə görüşdə üzümdən və alnımdan zədə aldım. Final qarşılaşmasında bu zədə bir az da ağırlaşdı”.
Güləşdən söz düşmüşkən, martın 18-dən 20-dək İranın paytaxtı Tehranda Beynəlxalq Olimpiya Komitəsinin (İOC) məşqçilər üçün texniki kursu və Dünya Güləş Birliyinin (UWW) yunan-Roma güləşi üzrə məşqçilərinin toplantısı keçirilib. Hər iki kursda ölkəmizi müvafiq yığmamızın məşqçisi Nurəddin Rəcəbov təmsil edib. Kurs zamanı UWW-nin bəzi qaydalarda edəcəyi dəyişikliklər haqda məlumat verilib, taktiki və texniki hazırlıqla bağlı fikir mübadiləsi aparılıb, praktiki məşğələlər keçirilib. Kursların yekunu olaraq iştirakçılara sertifikatlar təqdim olunub.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar